Yeyə-yeyə arıqlayın – YAPON DİYETOLOQLARINDAN TÖVSİYƏ

 
Yeyə-yeyə arıqlayın – YAPON DİYETOLOQLARINDAN TÖVSİYƏ


Biz öyrəşmişik ki, arıqlamaq üçün mümkün qədər az yemək, hətta ac qalmaq lazımdır.

Lakin Yaponiya alimlərinin son araşdırması göstərib ki, yeyə-yeyə də arıqlamaq mümkündür. Lakin bunun üçün 1 sadə qaydaya riayət etmək lazımdır.

Araşdırmada 60 mindən çox kişi və qadın iştirak edib. Alimlər 6 il ərzində bu insanları müşahidə etdikdən sonra belə qərara gəliblər ki, insan tez-tez, tələsik yemək yeyəndə bu piylənməyə və şəkərli diabetin inkişafına səbəb ola bilər.

Əksinə isə qidanı mümkün qədər asta-asta çeynəyən və yeməklər arasında fasilələr verən insan nəinki kökəlməz, hətta arıqlaya da bilər.

Alimlərin fikrinə görə, toxluq haqqında siqnal mədədən beyinə müəyyən "gecikmə" ilə çatır. Bu səbəbdən tez-tez yeyən insanın beyini toxluq haqqında məlumatı xeyli gecikmə ilə alır ki, bu müddət ərzində insan lazım olandan daha çox yemək yeyir.

Bundan əlavə alimlər artıq çəkidən azad olmaq istəyənlərə daha 2 sadə tövsiyə edir: əsas qəbulların arasında heç nə yeməyin və yatmazdan ən azı 2 saat əvvəl qida qəbul edin.


Geri dön

Darling

  • 26 fevral 2018 19:19
  • Məqalə: 694
  • Şərh: 12561
  • Bal:
Yaxsi məsləhətdir mənim ehtiyacım yoxdur

aytc.sza

  • 26 fevral 2018 17:37
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
ehtiyacm yoxdu.)

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 121

 

Top 10 Müəllif

aytc.sza
Xəbərləri: 12
Cəmi: 294
 
The Shield
Xəbərləri: 4
Cəmi: 558
 
ARCUN
Xəbərləri: 2
Cəmi: 55
 
 
{slinks}