Qış fəslində möminin 3 əsas qəniməti

 
Qış fəslində möminin 3 əsas qəniməti


Qış möminin baharıdır

Bismilləh. Artıq qış fəsli də gəlmək üzərədir. Bu ayda möminlər üçün çox gözəl faydalar vardır.

Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

“Qış möminin baharıdır.”
(Əhməd bin Hənbəl, Müsnəd, III, 75.)
Yəni mömin doğru istifadə etdiyi təqdirdə qış fəslini baharı kimi yaşaya bilər.

Möminlərin əmiri Ömər ibn Xəttab (Allah ondan razı olsun) belə deyərdi: “Qış fəsli abidlərin qənimətidir.”

Səhabənin böyüklərindən olan Abdullah İbn Məsud isə (Allah ondan razı olsun) belə deyərdi: “Qış mövsümünə salam olsun! Onda mərhəmət var; ibadət edən üçün gecəsi uzun, oruc tutan üçün isə gündüzü qısadır.”

Tabiinlərdən olan Həsən əl-Bəsri (Allah ona rəhmət etsin) də qışı belə vəsf etmişdir:“Mömin üçün ən yaxşı fəsil qışdır. İbadət etmək istəyənlər üçün gecələr uzun, oruc tutmaq istəyənlər üçün isə gündüzlər qısadır.”

1Gecə namazları

Gecələrin uzun olması daha çox ibadətə yol açır. Bu isə müttəqilərin Quranda vəsf edilən sifətlərindəndir. Allah təalə Qurani Kərimdə belə buyurur:

“Onlar gecələr (ibadət edib) az yatırdılar. Sübh çağı isə bağışlanma diləyirdilər.”
(Zariyət, 51/17-18)
Peyğəmbər (sallallahu aleyhi və səlləm) digər bir hədisdə belə buyurmuşdur:

“Gecə namazına davam edin! Çünki gecə namazı qılmaq sizdən öncəki saleh bəndələrin adəti, Rəbbinizə yaxınlaşmağın bir yolu, pislikləri örtən və günahlardan uzaqlaşdıran bir vasitədir.”
(Tirmizi, Dəavat, 101)
Başqa bir hədisdə belə buyurur:

“Fərz namazından sonra ən fəzilətli namaz gecə namazıdır.”
(Muslim, Siyam, 202: Tirmizi, Məvaqit, 207: Nəsai, Qiyamul-Leyl, 6: Əhməd ibn Hənbəl, ll, 344)
2Qış fəslində oruc tutmaq

Çünki, qış aylarında oruc tutmaq çox asandır. Bundan başqa isə, gündüzlər çox qısadır. Bu da oruclu keçirdiyimiz günlərin sayını artırmağa fürsətdir.

Bu anlamda Peyğəmbər (sallallahu aleyhi və səlləm) qışda oruc tutmaq haqda belə demişdir:

“Qışda oruc tutmaq, sərin bir qənimətdir.”
(Tirmizi, Savm, 74)
Başqa bir hədisdə isə belə buyurmuşdur:

“Kim Allah yolunda bir gün oruc tutarsa, Allah onun üzünü Cəhənnəm odundan yetmiş illik (məsafəyədək) uzaqlaşdırar”.
(Səhih Buxari, 2840)
3Acları doyurmaq, yoxsulları geyindirmək

Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Kim bir möhtac Müsəlmanı geyindirsə, paltar o möhtacın üstündə olduğu müddətdə Allahın himayəsindədir.”
(Tirmizi, Qiyamət 41)
Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət edilən başqa bir hədisdə isə belə buyurmuşdur:

“Hansısa Müsəlman digər bir Müsəlmanı çılpaqlığına görə geyindirirsə, Allah onu cənnətin yaşıl rəngli nazik ipəklərindən geyindirər. Hansı bir Müsəlman digər bir Müsəlmanı aclığından dolayı yedirərsə, Allah ona cənnət meyvələrindən yedizdirər. Hansı bir Müsəlman digər bir Müsəlmanı susuzluğundan dolayı içirərsə, Allah ona möhürlənmiş saf cənnət şərabından içirdər.”
(Əbu Davud, 1682)


Geri dön

Darling

  • 28 fevral 2018 18:38
  • Məqalə: 694
  • Şərh: 12561
  • Bal:
ALLAH RAZI OLSUN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 40
Cəmi: 86

 

Top 10 Müəllif

aytc.sza
Xəbərləri: 12
Cəmi: 294
 
The Shield
Xəbərləri: 4
Cəmi: 558
 
ARCUN
Xəbərləri: 2
Cəmi: 55
 
 
{slinks}