Şahin İlqar - "Sonu Yoxdur Bu Yolun"

 
Şahin İlqar - "Sonu Yoxdur Bu Yolun"


Niyə öz yolumdan saxladın məni?
Sonunu düşünmür sevəndə ürək.
Çox nahaq özünə bağladın məni,
Sən evli qadınsan, sevməzdim gərək.

Bir sevgi içində yansaq da belə,
Bir yerdə döyünmür ürəklərimiz.
Ölmüş ümidlərin əlindən tutub,
Aldana-aldana yaşamışıq biz.

Zamanmı gecikdi, mənmi gecikdim,
Sənmi gecikmisən mənə, bilmirəm.
Bu yolu getmək də ağılsızlıqdır,
Bu yoldan geri də dönə bilmirəm.

Niyə öz ürəyim sözümə baxmır,
Niyə varlığımdan almısan məni?
Yenə də uduzan mən olacağam,
Niyə bu oyuna salmısan məni?

Səni öz yuvana bağlılığından,
Mənim sevgim belə qopara bilmir;
Dalğalar sahilə toxunsa belə,
Sahili dənizə apara bilmir.

Yenə də ayrılsaq, yenə də getsən,
Yenə də mənimçün darıxacaqsan.
Yenə azdıracaq bu yollar məni,
Yenə də qarşıma sən çıxacaqsan...


Şahin İlqar


Geri dön

nurlana77

  • 4 mart 2018 20:25
  • Məqalə: 13
  • Şərh: 1757
  • Bal:
ela weir winked laughing
bu wekli loqosuz mene ata bilersiz?

--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))

Darling

  • 26 fevral 2018 19:17
  • Məqalə: 694
  • Şərh: 12521
  • Bal:
{awards}
Zamanmı gecikdi, mənmi gecikdim,
Sənmi gecikmisən mənə, bilmirəm.
Bu yolu getmək də ağılsızlıqdır,
Bu yoldan geri də dönə bilmirəm.

--------------------
Həyat nə tamaşa,nə də bayramdır.Həyat çətin bir imtahandır.

aytc.sza

  • 26 fevral 2018 17:39
  • Məqalə: 279
  • Şərh: 1958
  • Bal:
{awards}
Niyə öz ürəyim sözümə baxmır,
Niyə varlığımdan almısan məni?
Yenə də uduzan mən olacağam,
Niyə bu oyuna salmısan məni?

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 96

 

Top 10 Müəllif

Darling
Xəbərləri: 4
Cəmi: 694
 
The Shield
Xəbərləri: 3
Cəmi: 570
 
A.n.o.n.i.m.k.a
Xəbərləri: 1
Cəmi: 3
 
 
{slinks}