Qalx Gəl

 
Qalx Gəl


Bilirsən, bugün də sənsiz oyandım

Güzgü qarşısına keçib dayandım

Tük basmış üzümə diqqətlə baxdım

Baxıb da yenidən yermə qayıtdım...

...

İstədim bu evi söküm yandırım

Daha istəmirəm qoxunu alım

Beynimdə cürbəcür fikirlər gəzir

Bəlkə də büsbütün mən evi satım?!

...

Başqa bir şəhərdə yuvamı salım

Özümə sıfırdan həyat sağlayım

Bilmirəm, qarışır çox fikirlərim

Mənası nə axı mən evi satım?

...

Evimdə ətrin yox, çoxdan çəkilib

Burnumda qalıbdır sevdiyim, ətrin

Getdiyin o gündən həftələr keçib

Keçməyən qalıbdır ,sevdiyim, sevgin

...

Bir də xatirədir bir neçə şəklin

Gedərkən unudub aparmamısan

Əlimdə qalıbdır izi əllərin

Onları niyə bəs sən saxlamısan?

...

Niyə bəs gedəndə məni apardın?

Evimdə bir dəri-sümük saxladın...

Heç cürə bilmədim necə sevirdin

Gedərkən arxaya belə baxmadın...

...

Baxsaydın izlərin gedərdi bəlkə

Qoşulub qaçardı bəlkə səninlə

Getsəydi bu qədər çəkməzdim əzab

Qalmazdı bu qədər kədər əlimdə...

...

Bax indi gecələr yuxusuz keçir,

Həyat da marağın itirib artıq

Boğazdan aşağı yemək keçmiyir

Tökmüşəm ətimi, olmuşam arıq..

...

Bir bər-bər üzünə həsrətdi üzüm

Saçmı da kəsmirəm getdiyin gündən

Deyəsən qan çəkib hər iki gözüm

Əməlli yatmıram sənin əlindən...

..

Az qalıb həsrətdən divara çıxım

Az qalır qəlbimi yırtım çıxarım

Mən sənə nə qədər şeirlər yazım?

Qalx gəl də insafsız, qalx gəl də daha...

...

Qalx gəl ki, rahatlıq tapım yaşayım,

Qalx gəl ki, üz-gözüm qaydaya salım

Tək-tənha yaşamaq yorubdu məni

Qalx gəl ki, səninlə birgə yaşayım

Və sənlə Xoşbəxtlik dastanın yazım...




Əhəd Əhədli



Geri dön

Darling

  • 28 fevral 2018 18:38
  • Məqalə: 694
  • Şərh: 12528
  • Bal:
Şeir üçün sağ ol mənalı şeirdir

--------------------
Həyat nə tamaşa,nə də bayramdır.Həyat çətin bir imtahandır.

aytc.sza

  • 28 fevral 2018 18:11
  • Məqalə: 281
  • Şərh: 1959
  • Bal:
{awards}
buyurunn.)

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 45
Cəmi: 103

 

Top 10 Müəllif

Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 11
 
aytc.sza
Xəbərləri: 2
Cəmi: 281
 
The Shield
Xəbərləri: 1
Cəmi: 552
 
 
{slinks}