Armudla quzu qabırğası

 
Armudla quzu qabırğası


Tərkibi:

3 ədəd quzu qabırğası
2 diş sarımsaq
20 qr kərə yağı
1 budaq rozmarin
6 ədəd şabalıd
5-6 x.q. bitki yağı
duz, istiot

Armudun karamelləşdirilməsi üçün:

1 ədəd armud
80 qr şəkər tozu
20 qr kərə yağı
100 ml su

Sous üçün:

½ ədəd qırmızı baş soğan
6 x.q. demiqlas sousu
1 ədəd dəfnə yarpağı
1 x.q. şəkər tozu
2 ç.q. su
duz, istiot

Hazırlanması:

Sousun hazırlanması:
Soğan samanvarı doğranır. Şəkər tozunun üzərinə su tökülüb karamel hazırlanır. Üzərinə soğan, dəfnə yarpağı əlavə edilib zəif odda 5 dəqiqə bişirilir. Qarışığa demiqlas sousu (marketlərdə satılır) tökülür, duz, istiot səpilib 10 dəqiqə qaynadılır.

Ətin bişirilməsi:

Qabırğanın yuxarısındakı ətin nazik hissəsi sümükdən ayrılıb (kəsilmədən) aşağı hissədəki ətin ətrafına dolanır. Sarımsaq əzilir, üzərinə rozmarin budağı, yağ, duz, istiot əlavə edilib qarışdırılır. Qabırğanın üzərinə sarımsaqlı qarışıq tökülür, folqaya bükülüb 2 saat saxlanır. Ət 180 dərəcəyədək qızdırılmış sobada 15-20 dəqiqə bişirilir.
Şabalıd çərtilib duzlu suda bişirilir. Qabığı təmizlənib kərə yağında qovrulur.
Armudun karamelləşdirilməsi:
Armudun qabığı təmizlənir, iki yerə bölünüb özəyi çıxarılır. Şəkər tozunun üzərinə su əlavə edilib karamel hazırlanır. Karamel armudun üstünə tökülür. Üzərinə rozmarin, kərə yağı əlavə olunub zəif odda 10 dəqiqə bişirilir. Ət boşqaba qoyulur, üzərinə sous tökülür, iki yerə bölünmüş armud və şabalıdla servis edilir.

Nuş olsun!


Geri dön

Silent_ Night

  • 10 mart 2018 00:33
  • Məqalə: 647
  • Şərh: 5177
  • Bal:
Armud o qədərdə sevmirəm

--------------------

Darling

  • 9 mart 2018 20:09
  • Məqalə: 694
  • Şərh: 12528
  • Bal:
{awards}
Fərqli dadı olar

--------------------
Həyat nə tamaşa,nə də bayramdır.Həyat çətin bir imtahandır.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 33
Cəmi: 83

 

Top 10 Müəllif

Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 11
 
aytc.sza
Xəbərləri: 2
Cəmi: 281
 
The Shield
Xəbərləri: 1
Cəmi: 552
 
 
{slinks}