BÖYÜKLƏRƏ HÖRMƏT DİNİMİZDƏNDİR!

 
BÖYÜKLƏRƏ HÖRMƏT DİNİMİZDƏNDİR!


Rəhmli və Mərhəmətli Allahın adı ilə*

Allah Təala insanı elə xəlq etmişdir ki, ona (insana) hər zaman Allahın, Peyğəmbərin ﷺ,valideynlərin və digər insanların haqqları barədə xatırlatmaq lazımdır. Bunu etmək üçün isə Uca Allahın Öz Rəhməti ilə bizə göndərdiyi İslam dininə əməl etmət kifayətdir. Çünki bu din bizə təmizliyi, ədalətliyi, hər bir haqq sahibinin haqqını ödəməyi əmr edir. Uca Allah buyurur: *«Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara (haqqını) verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız».*
(Nəhl, 90)
Allahın, Peyğəmbərinin ﷺ,valideynlərinin, qonşularının, böyüklərin və s. haqlarını bilməyən insan adil ola bilməz. Məhz buna görə də bu cür haqları bilmək və ona əməl etmək hər bir müsəlman üçün mühümdür. Çünki bu, İslamda əxlaqın göstəricisi və Allah Rəsulunun ﷺ
göndərilmə səbəblərindəndir. Necə ki, Peyğəmbər ﷺ
buyurur:
*«Mən gözəl əxlaqları tamamlamaq üçün göndərilmişəm».*
(Buxari «Ədəbul Mufrad» və Əhməd)
Həmçinin əxlaqı gözəl olan kəs namaz qılan və oruc tutan qədər savab qazanır. Çünki Peyğəmbər ﷺ buyurur:
*«Bəndə, gözəl əxlaqı sayəsində namaz qılıb oruc tutanın dərəcəsinə çatır».*
(Əbu Davud və Əhməd. Albani «Səhih»)
Həmçinin əxlaqı gözəl olan kəs Qiyamət günü ən yüksək dərəcələrə çatacaqdır. Çünki, Peyğəmbər ﷺ buyurur:
*«Sizin aranızda mənə daha sevimli olanınız, mənə daha yaxın olanının gözəl əxlaqlı olanınızdır».*
(Tirmizi)
Böyüklərə hörmət etmək gözəl əxlaqa malik olmanın təcəssümüdür. Böyüklərə hörmət dedikdə isə ata, ana, qardaş, qohum, qonşu, müsəlman və ya qeyri müsəlmana hörmət nəzərdə tutulur.
Əbi Musə əl-Aşariyy (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺbuyurdu:
*«Müsəlman olan bir yaşlı kişiyə, Quranı daşıyan kəsə (yəni əzbər bilənə) və adil (ədalətli) olan rəhbərə hörmət etmək Allaha hörmətdəndir».*
(Əbu Davud. Albani hədisin «Həsən» olduğunu bildirmişdir).
Digər bir hədisdə Peyğəmbər ﷺbuyurur:
*«Böyüklərimizə hörmət etməyən, kiçiklərimizə rəhm etməyən bizdən deyildir».*
(Tirmizi)
Hədisdə Peyğəmbər ﷺ
*«Bizdən deyildir»* deməsi onu göstərir ki, böyüklərə hörmət etmək Onun ﷺ yolu və sünnəsidir. Əgər üzərində böyük kimi haqqı olan kəs qohum olarsa, o zaman insan üzərində iki haqq vardır. Həm qohumluq, həm də böyüklük haqqı.
Əgər qonşu olarsa insan üzərində yenə iki haqq vardır. Həm qonşuluq, həm də böyüklük. Hətta əgər üzərində haqqı olan böyük müsəlman deyilsə o zaman insanın üzərində bir haqq vardır, böyüklük haqqı. Düşünməliyik ki, həmin o böyüyə hörmət etməklə onun dinə gəlməsinə səbəb ola bilərik. Bu gün biz müsəlmanların etdikləri böyük xətalardan biri də məhz budur. Yaşının böyük olmasına baxmayaraq islam dinində olmadığına görə belə insanlarlarla pis rəftar edir, onlardan üz çevirir, verdikləri salamı almırlar. Hətta ata-anaları olsa belə namaz qılmadıqlarına görə onlarla kobud danışırlar. Məhz buna görə də günümzdəki müsəlamanların əxlaqından insanlar şikayətçidirlər. Övladları islamı qəbul edib, məscidə gedən valideynlər onların əxlaqından şikayətçidirlər. Çünki müsəlman olduqlarını dedikləri halda, insanlarla pis rəftarları sayəsində Quranda yazılanlara əks getmiş olurlar. Peyğəmbərin ﷺ sünnəsinə əməl edirik dedikləri halda belə əxlaq sayəsində Onun yoluna əks gedirlər.
Uca Allah buyurur:
*«Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün (səni məcbur etməyə) cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran».*
(Loğman, 15)
Ayədən də bəlli olur ki, əgər valideyn namaz qılmırsa bu o demək deyil ki, onlarla düşmənçiılik aparmalıyıq. Əksinə onların üzərimizdə ən azından iki haqqı olduğunu düşünməliyik. Həm valideyn, həm də böyüklük haqqı.
Bəli böyüklərə hörmət etmək bizim dinimizdəndir. Biz buna görə məsuliyyət daşıyırıq, deməli buna görə Allah qarşısında cavab verəcəyik. Bu səbəbdən də özümüzdən böyüklərlə danışıqlarımıza, hərəkətlərimizə fikir verməliyik. Buna nail olmağın isə aşağıdakı səbəbləri vardır:
*Birincisi:*
Böyüklərin haqqı barədə olan ayə və hədisləri oxumaq və bu barədə düşünmək.
Həsən (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi Kəbəni anası belində təvaf edərkən ibn Ömər onu anasına belə deyən görür: «Anam! Mənim sənin mənə etdiklərinin əvəzini necə verdiyimi gördünmü?. İbn Ömər bunu gördükdə deyir: Yox sən bununla onun bir sancısını belə ödəyə bilməzsən».
*İkincisi:*
Hər bir işdə olduğu kimi bu işdə də Allahdan kömək diləmək. Çünki Peyğəmbər ﷺ buyurur:
*«Sənə fayda verəcək şeylərə qarşı həris ol və Allahdan kömək dilə».*
(Muslim)
*Üçüncüsü:*
Bir gün böyük ehtimalla özümüz də qocalacağıq deyə düşünmək. Böyüklərimizə qarşı etdiyimiz rəftarın bir gün özümüzə də dönəcəyini düşünmək. Necə ki, Uca Allah buyurur:
*«Yaxşılığın əvəzi ancaq yaxşılıq deyildirmi?».*
(ər-Rahman, 60)
Böyüklərimizə hörmət etməklə, dinimizin bizə öyrətdiyi gözəl əxlaq və ədəbləri nümayiş etdirməklə onların islama girməsinə səbəb ola bilərik. Bunun üçün qeyd etiklərimi bilmək lazımdır:
Böyüklərə bacardıqca fayda verməyə, kömək etməyə çalışmaq
Xüsusən də, yaşlı olanlara. Çünki onlara kömək etmək ruzini artırır. Peyğəmbər ﷺ buyurur:
*«Zəiflərinizə kömək edin. Siz zəiflərə kömək etdiyinizə görə Allah sizin ruzinizi artırır və sizə kömək olur».*
(Əbu Davud, Tirmizi. Albani hədisin səhih olduğunu bildirmişdir)
Böyüklərə hörmət etmək
Onların yanında az danışmaq, danışmaq istədikdə sözü birinci böyüklərə vermək. Bu barədə Peyğəmbərin ﷺ onun tərbiyə etdiyi səhabələrinin həyatını oxuduqda rast gəlmək mümkündür. Belə ki, cavan səhabənin özündən böyük təbiinlə rəftarına nəzər salaq. Görəcəyik ki, vəzifə baxımından üstün olmasına baxmayaraq, səhabə yaxşlı olduğuna görə təbiinə hörmət etdi.
İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺbir gün dedi:
*«Mənə elə bir ağac barədə xəbər verin ki, məsəli müsəlmanın məsəlinə bənzəsin. O ağac ki Rəbbinin izni ilə daim bar verər və yarpaqlarını tökməz». Mən özlüyümdə bunun xurma ağacı olduğunu düşündüm. Amma bu haqda bir söz deməyi məsləhət bilmədim. (Fikir verin qardaşlar nəyə görə İbn Ömər susur cavab vermir. İbn Ömər deyir ki,) Abu Bakr və Ömər orada idilər. Onlar cavab vermədikdə Peyğəmbər ﷺdeyir: «Bu xurma ağacıdır». Mən atamla birlikdə bayıra çıxdıqda dedim; «Atacan! Mən özlüyümdə bunun xurma ağacı olduğunu düşündüm». Atası soruşur: «Bəs bunu deməyə sənə nə mane oldu?. Əgər bunu demiş olsaydın mənim üçün filan filan şeylərdən daha əziz olardı». İbn Ömər (Allah ondan razı olsun) dedi: «Mənə mane olan yalnız sənin və Əbu Bakrın (Allah ondan razı olsun) dinməməsini görməyim idi. Odur ki danışmağı məsləhət bilmədim».*
(Buxari və Muslim)
Böyüklərə salamı ilk olaraq başlamaq
Əgər üz-üzə gəldiyimiz adam yaşca böyükdürsə salamı az yaşlı başlamalıdır. Peyğəmbər ﷺ buyurur: *«Yaşı az olan böyüyə, keçən oturana salam verməlidir».*
(Buxari və Muslim)
Böyüyə müraciət etdikdə adı ilə deyil, əmi, dayı və s. buna oxşar sözlərlə müraciət etmək
Uməmə ibn Səhl (Allah ondan razı olsun) dedi: *«Ömər ibn Abdul-Əziz ilə zöhr namazını qılıb sonra Ənəs ibn Malikin yanına gəldik. Ənəs ibn Malikin yanına daxil olduqda onu əsr namazını qılan gördük. Mən dedim: «Ey əmi! Bu qıldığın nə namazı idi?». O cavab belə cavab verdi: «Qıldığım əsr namazı idi. O namaz ki, biz Peyğəmbərlə ﷺbirlikdə bu namazı qılırdıq…..»*
(Buxari və Muslim)
Danışdıqda, daxil olduqda, oturduqda ilk olaraq böyüklərə təklif etmək
Rəvayət edilir ki, Səhl ibn Əbu Həsmə (Allah ondan razı olsun) demişdir: *“(Xeybərlilərlə müsəlmanlar arasında) sülh müqaviləsi olduğu bir vaxtda Abdullah ibn Səhl və Müheyyisə ibn ibn Məsud Xeybərə yollandı. Orada onlar bir-birindən ayrıldılar. Bir qədər sonra Müheyyisə Abdullah ibn Səhlin yanına qayıtdıqda onun qanına qəltan edildiyini gördü. Muheyyisə onu dəfn etdi, sonra da Mədinəyə qayıtdı. Abdur-Rəhman ibn Səhl, Muheyyisə ibn Məsud və Huveyyisə ibn Məsud Peyğəmbərin ﷺyanına gəldilər və yaşca hamıdan balaca olan Abdur-Rəhman danışmaq istədikdə Peyğəmbər ﷺ «Böyüyünüz (danışsın), böyüyünüz!»— deyə buyurdu. Onda Abdur-Rəhman susdu və digər iki əshabə danışmağa başladı. (Peyğəmbər ﷺonları dinlədikdən) sonra dedi: «Qardaşınızın qanını yerdə qoymayasınız deyə (onun kim tərəfindən ölüdürüldüyünə) and içə bilərsinizmi?» Onlar dedilər: «(Hadisənin) şahidi olmadığımız və (onu) görmədiyimiz halda biz necə and içə bilərik?!» Peyğəmbər ﷺdedi: «Qoy yəhudilərdən əlli nəfər (bu cinayəti etmədiklərinə dair) and içməklə sizin yanınızda özlərinə bəraət qazandırsınlar.» Onlar dedilər: «Kafir adamların andına biz necə inana bilərik?» Belə olduqda Peyğəmbər ﷺöz malından onlara qanbahasını verdi.* (əl-Buxari, 3173)
Həmişə böyüklərin halını soruşmaq
Xüsusən də yaxşı insanlar zəifliyə doğru getdikləri üçün həmişə onların hallarını öyrənmək lazımdır. İnsan nə qədər yaşayırsa bir o qədər zəifliyə doğru gedir. Bu Allahın qoyduğu qədərdir. Allah Təala buyurur:
*«Sizi zəif bir şeydən (nütfədən) yaradan, zəiflikdən sonra sizə qüvvət verən, qüvvətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır».*
(Rum, 54)
Onlar üçün dua etmək
Nə qədər ki, insan qocalır onlar üçün duaları daha da çoxaltmaq lazımdır. Bu dua isə əsasən Allaha ibadətlərinin daha da artırmaları, əgər ibadət etmirlərsə ibadət etmələri, Allahın onlara gözəl sonluq nəsib etməsi, bərəkətli gözəl əməllə dolu ömür sürmələri barədə olmalıdır. Necə ki, Peyğəmbərdən ﷺ
hansı insanlar daha xeyirlidirlər deyə soruşdurqda «Ömrü uzun olub əməli gözəl olan insandır» , deyə buyurmuşdu.
Suleyman ibn Abdul-Malik məscidə daxil oldu və yaşlı bir kişini görüb ona salam verdi. Sonra isə qoca kişidən soruşdu. «Ölmək istəyirsənmi?». Kişi «yox» deyə cavab verdi. Suleyman «Niyə» deyə soruşdu. Kişi cavab verir; «Cavanlığım şər içində keçib. Qocalığım ilə xeyir də gəldi. Indi mən durandada «bismillləh», oturanda «Əlhamdulillah» deyirəm və mən istəyirəm ki bu cür də davam edim.


BÖYÜKLƏRƏ HÖRMƏT DİNİMİZDƏNDİR!


Geri dön

aytc.sza

  • 6 mart 2018 22:00
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
Allah razi olsun.

--------------------

Darling

  • 6 mart 2018 14:34
  • Məqalə: 694
  • Şərh: 12564
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 41

 

Top 10 Müəllif

 
{slinks}