İLK XƏLQ OLUNAN MƏXLUQ

 
İLK XƏLQ OLUNAN MƏXLUQ


Sual:

*Allah ilk olaraq nəyi xəlq etmişdir?*

Cavab:

*Bu məsələdə elm əhli arasında ixtilaf vardır. Bəzi alimlərin rəyinə görə ilk xəlq olunan şey qələm, bəzi alimlərin rəyinə görə isə ilk xəlq olunan şey ərşdir. Düzgün rəy budur. Uca Allah ilk olaraq ərşi xəlq etmişdir.*
*Bu rəyin daha səhih olmasına dair bir neçə dəlili zikr edirik. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyumuşdur: “Allah məxluqatı yaratdıqdan sonra Ərşin üzərində, Öz yanında yerləşən Kitabında bu (sözləri) yazmışdır: «Mənim rəhmətim qəzəbimi üstələmişdir”.»*
(Buxari 3194)
*Bu hədisin şərhində Hafiz ibn Həcər ilk məxluqatın ərş olduğunu qeyd etdikdən sonra bu hədisi zikr etmişdir. (… Onun ərşi suyun üzərində idi sonra isə qələmi yaratdı). Digər bir hədisdə «Allah yeri və göyü yaratmamışdan əlli min il öncə bütün məxluqatın qədərini yazmışdır və artıq Onun Ərşi suyun üzərində idi”. Digər bir hədisdə Abdullah ibn Abbas (Allah ondan razı olsun) buyurmuşdur: “Uca Allah ərşin üzərində olarkən lövhul məhfuzu yaratdıqdan sonra hələ məxluqatı yaratmamış qələmə dedi: “Yaz». Qələm: «Nəyi yazım» deyə soruşdu. Uca Allah: «Qiyamətə qədər xəlqim barədə olan elmimi».*
(Fəthul Bari, 6/346-347)
*Digər bir hədisdə peyğəmbərdən hər bir şeyi yaratmazdan öncə Allahın harada olduğunu sorşduqda O, dedi: “»İmə» adlanan yerdə idi. Sonra suyun üzərində Ərşini yaratdı». Kim ki, ilk yaradılan şeyin qələm olduğunu deyirsə, bu hədisə isnad etmişdir: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Uca Allah ilk dəfə qələmi yaratdıqda ona yaz dedi». Ancaq bu hədisdə Uca Allahın ilk yaratdığı şeyin qələm olması yox, qələmi ilk dəfə yaratdıqda ona yaz deməsidir. Həmçinin Şeyxul İslam ibn Teymiyyə bu məsələ barəsində Məcmuəl Fətava (2/275) kitabında danışdıqdan sonra ilk məxluqatın ərş olduğunu zikr etmişdir.*


Geri dön

Darling

  • 9 mart 2018 20:08
  • Məqalə: 694
  • Şərh: 12527
  • Bal:
ALLAH RAZI OLSUN DƏYƏRLİ XƏBƏR ÜÇÜN

--------------------
Həyat nə tamaşa,nə də bayramdır.Həyat çətin bir imtahandır.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 36
Cəmi: 111

 

Top 10 Müəllif

Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 12
 
aytc.sza
Xəbərləri: 2
Cəmi: 281
 
The Shield
Xəbərləri: 1
Cəmi: 552
 
 
{slinks}