ÖLÜM yaxındır TÖVBƏ ET

 
ÖLÜM yaxındır TÖVBƏ ET


Dur ey insan, nə istərsən bu dünyadan?
Ölüm gələr, ayılarsan bu röyadan,
Peşman olar, ağlayarsan günahlardan,
Ayırarsan gerçəkləri boş xülyadan.
Can gələr boğaza qədər, sıxar yaman,
Sənin üçün artıq bitər, artmaz zaman,
Hey istərsən ölməyəsən, amma gecdir,
Mələk alar səndən canı, verməz aman.
Sonra səni qoyacaqlar dar qəbirə,
Artıq gücün qalmayacaqdır səbirə,
Yaxınların orda səni tərk edərək,
Gedərlər, növbə gələr münkər—nəkirə.
Başın üstə gəlib orda duracaqlar,
Varlı kasıb fərq qoymadan soracaqlar,
Əməllərin versə səni bada əgər
Rəhm etmədən səni çox pis vuracaqlar.
Sümüklərin şaqqıldayıb sınacaqdır,
İnsan xaric bunu hər kəs duyacaqdır,
İndi düşün sən bunları yaxşı-yaxşı,
Belə olsan halın necə olacaqdır?.
Gec olacaq, son peşmanlıq nəyə yarar?
Onda səni, qəm və qüssə tamam sarar,
Qayıt haqqa, tövbə et sən haramlardan,
Budur yolu, insan bu cür haqqa varar.

ÖLÜM yaxındır TÖVBƏ ET


Geri dön

Silent_ Night

  • 10 mart 2018 00:34
  • Məqalə: 647
  • Şərh: 5177
  • Bal:
Allah razı olsun

--------------------

Darling

  • 9 mart 2018 21:43
  • Məqalə: 694
  • Şərh: 12528
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Həyat nə tamaşa,nə də bayramdır.Həyat çətin bir imtahandır.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 36
Cəmi: 95

 

Top 10 Müəllif

Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 11
 
aytc.sza
Xəbərləri: 2
Cəmi: 281
 
The Shield
Xəbərləri: 1
Cəmi: 552
 
 
{slinks}