QADININ MƏHRƏMİ OLMADAN YOLA (səfərə) ÇIXMASI

 
QADININ MƏHRƏMİ OLMADAN YOLA (səfərə) ÇIXMASI


Məhrəmsiz səfərə çıxmağı Allaha və Hesab gününə inanan qadına heç bir icazə verilməmişdir!*
*Kim məhrəm hesab edilir?*
*İmam İbn əl-Əsir (Allah ona rəhmət etsin) dedi: “əl-Məhrəm – bu o kəsdir ki, qadınla evlənməyinə icazə verilməmiş yaxın qohumlardandır, ata, qardaş, əmi, dayı və başqa adamların timsalında”*
(ən-Nihəya, 1/337)
*İmam İbn Daqiq al-İd (Allah ona rəhmət etsin) deyib: “əl-Məhrəm – o kəsdir ki, qadın onunla, səyyahətə çıxa bilər, tək otaqda qala bilər və evlənməyi qadağandır”*
.(İhkəmul-əhkam, 304)
*Qadının məhrəminin azyaşlı oğlan uşağı olması caizdirmi?*
*Alimlərimiz arasında bu sual barədə bir neçə fikir ayrılığı vardır, çünkü bu məsələ nə sünnədə nə də Quranda tam rast gəlinməmişdir.*
*Hənbəli alimləri hesab edir ki, azyaşlı oğlan uşağı səfər ərəfəsində qadına məhrəm ola bilməz. İmam İbn Qudamə (Allah ona rəhmət etsin) deyir ki: İmam Əhmədə (Allah ona rəhmət etsin) sual verdilər : “ Uşaq qadın üçün məhrəm hesab edilə bilər?” O cavab verdi: “Xeyr, yeniyetmə yaşına çatmayınca hesab edilə bilməz! Çünkü o özünü müdafiə edə bilmir, bəs qadını necə müdafiə edəcək?” Axı məhrəm həqiqi mənası odur ki, qadını qorusun və bunu ancaq yeniyetmə və ağıllı adam edə bilər”.*
(əl-Muğni, 6/302)
*Hənəfi alimləri hesab edirlər ki, yeniyetmə məhrəm vəzifəsini tuta bilər. İmam İbn Abidin (Allah ona rəhmət etsin) deyib: “Ağıllı yeniyetmə, yetkin adam hesab edilir”.*
(Haşiyə İbn Abidin, 8/129)
*Yeniyetmə (əl-murahiq) – o şəxsdir ki, yetkin insana yaxındır və onun 11 yaşı var”*
(Lisən əl-Ərəb, 10/128)
*Və bu fikri Şeyx Muqbil (Allah ona rəhmət etsin) də üstün tutmuşdur. Ona belə bir sual verirlər: “ Olarmı ki, qadın öz balaca oğlu ilə başqa şəhərə müalicə üçün getsin?” O, belə cavab vermişdi: “Əgər uşaq ayrı-seçkilik etmə yaşına çatmışdırsa, əgər uşaq 12 və 13 yaşına çatmışdırsa və (yaxşılıq və pislik) arasında ayrı-seçkilik edə bilirsə, əgər sui qəsd qorxusu yoxdursa səfərə çıxa bilər. Allahın Rəsulu (Allahın ona salavat və salamı olsun) deyib: “Məhrəmsiz səfərə çıxmağı Allaha və Hesab gününə inanan qadına heç bir icazə verilməmişdir!”*
(İcabətu-s-səil, 678)
*Şəfii məzhəbinin alimləridə Hənəfi alimləri kimi düşünür, amma onlar bir şərt əlavə etmişdirlər ki, yeniyetmə qadına kömək etmək iqtidarında olmalıdır.* (Nihayətul-Muhtac, 10/188)
*Maliki məshəbinə gəldikdə isə onlarda belə bir şərt var ki, uşaq bir qədər də olsa pisi yaxşıdan ayıra bilməlidir və heç bir yaş məhdudiyyəti qoymamışdırlar. İmam əl-Həşri əl-Maliki (Allah ona rəhmət etsin) dedi: “Yetkinlik yaşı məhrəm olmaq üçün şərt deyl”.*
(Şərh Xəlil 7/231)
*Lakin bəzi alimlər deyirlər ki, ayrı-seçkilik etmək qabiliyyəti uşaqlarda 7 yaşından hesab edilir, necə ki Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) hədisdə uşaqlara namazı 7 yaşından aşılamağı buyurub: “Uşaqlarınıza namazı 7 yaşından öyrədin, 10 yaşından sonra isə bunu etməyə etiraz etsə vurun. Və onları ayrı-ayrı yatırdın”.*
(Əhməd, 6689. Şeyx Əhməd Şakir və Şeyx əl-Albani hədisin səhihliyini təstiqləyir.)
*Heç bir şeyi ayırmayan uşaqla səfərə çıxmaq və ya təklikdə kimləsə qalmaq alimlərin fikrincə, düzgün deyldir, çünkü o məhrəm hesab edilmir! İmam Nəvəvi (Allah ona rəhmət etsin) deyir: “Əgər qadın balaca uşaqla yad kişinin ilə tək qalırsa bu qadağandır*
İmam Nəvəvi (Allah ona rəhmət etsin) deyir:
*“Əgər qadın balaca uşaqla yad kişinin ilə tək qalırsa bu qadağa hesab edilir”.*
(Şərh Səhih Müslim, 9/109)
*Buradan belə nəticəyə gəlinir ki, İmam Əhmədin fikri bu sualda daha güclü hesab edilir, yəni məhrəm əqli və yaş cəhətdən yetkin olmalıdır ki, qadını qoruya bilsin.*


*Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha*


Geri dön

Darling

  • 10 mart 2018 17:33
  • Məqalə: 694
  • Şərh: 12564
  • Bal:
Allah razı olsun

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 29
Cəmi: 72

 

Top 10 Müəllif

 
{slinks}