CƏHƏNNƏM ƏHLİNİN CƏHƏNNƏMDƏKİ HALI

 
CƏHƏNNƏM ƏHLİNİN CƏHƏNNƏMDƏKİ HALI


Düşün ki, Cəhənnəm atəşi ciyərlərinə işləmiş, sən imdad - deyə bağırırsan. Lakin acıyan olmur. Ağlayırsan, peşmançılıx hissləri keçirirsən, lakin faydasızdır. Tövbən qəbul olmur. Çağırışına cavab verən yoxdur. Düşün ki, orada uzun bir müddət. Bəlkə də əbədi qalmalı olacaqsan. Əzab canına keçəcək, susuzluq ciyərlərini parçalayacaqdır. Dünyadakı içəcəkləri xatırlayacaq, Cəhənnəm atəşi ilə qarşı-qarşıyasan. Sənə əzab verməklə görəvli olan Cəhənnəm qoruyucularının əlindən su qabını alacaqsan, içdiyin şeyi ağzına yaxınlaşdırdığın zaman üzünü qovuracaq, içdiyin ilk qurtum boğazını qoparacaq, qarnına çatdıqda isə bağırsaqlarını parça-parça edəcəkdir. Rahatlıq istəyəcəksən, lakin orada rahatlıq əbədiyyən yoxdur. Kədərin, sıxıntın artdıqca Cənnəti xatırlayacaqsan.* *Xatırlayacaqsan ki, Allahın əmrlərini yerinə yetirmədin, Ona yaxınlıq qazanmadığına görə qəlbin sanki boğazına tıxanacaqdır. Cənnətin nemətlərini, içəcəklərini, suyunun soyuqluğunu, orada olan yaşayışın gözəlliyini xatırlayacaq, həsrətlə qəlbin yerindən söküləcəkdir. Sonra bəzi yaxınlarını, ananı, atanı, qardaşını, bacını və digər dostlarını orada olduqlarını xatırlayacaq həzin bir səs, yanıq bir qəlblə onlara nida edərək: Anacan, atacan... Bir qurtum su! - deyəcəksən. Ümüdünü boşa çıxaran cavablar veriləcəkdir sənə. Allahın qəzəbinə layiq olduğun üçün onlarında sənə qarşı duyduqları qəzəbi görməkdən və ümüdünün boşa çıxmasından ötrü qəlbini parçalayacaq qədər kədərlərə dalacaqsan. Dünyada onlar sənə nəsihət etmiş, öyüd vermiş və sənin üçün xeyirli olanı göstərmişlər. Lakin sən öyüd verənləri sevmirdin. Bunun üçün də Allaha yönələrək səni geri dünyaya təkrar döndərməsini xahiş edəcəksən. Sənə uzun müddət cavab verilməyəcəkdir. Çünki Onun qatında sənin dərəcən və yerin yoxdur. Sonra sənin ümüdünü tamamən boşa çıxaran:*
*"Orada zəlil, məyus vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin!".*
(əl-Muminun 108).
*Bu cavabı eşitdikdən sonra qəlbin ağrayacaq, danışmağa taqətin belə qalmayacaqdır, nəfəs belə almayacaqsan. Sonra sənin kədərinin və həsrətinin daha da artmasını istəyərək həm sənin, həm də düşmənlərin üzərinə Cəhənnəm qapıları bağlanacaqdır. Artıq əbədiyyən rahatlıq yox,bitməyən kədər, tükənməyən üzüntülər, sağalmayan xəstəliklər, açılmayan zəncirlər, söndürülməyən susuzluqlar, sakitləşməyən izdirablar."*


CƏHƏNNƏM ƏHLİNİN CƏHƏNNƏMDƏKİ HALI


Geri dön

Xirdaburun1

  • 13 mart 2018 15:08
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
Beli ALLHIMIZA daima bu günümüze şükr ve dua edek!!!

Darling

  • 11 mart 2018 00:34
  • Məqalə: 694
  • Şərh: 12564
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 30
Cəmi: 74

 

Top 10 Müəllif

 
{slinks}