Rahatlıq Yoxsa Xoşbəxtlik?

 
Rahatlıq Yoxsa Xoşbəxtlik?

İki mənzərə: Bir yanda, insanı pərişan etmək üçün fasiləsiz çalışan inanc qatilləri, iffət düşmənləri, ən qısa ifadəsiylə şər yuvaları ... Zəhər satışa çıxaran meyxanələr, pis havalı qumarxanalar, #həya düşməni moda mərkəzləri, körpə zehinləri rəzalətə özəndirən (həvəsləndirən) #romanlar, hekayələr ...
Və dünyanın hər tərəfindən ekranlara hücum edərək ruhu gəmirən #ədəbsiz səhnələr. Ümidsizlik aşılamaqla qəlbi pərişan edən acı #xəbərlər. Bitmək bilməyən boğuşmalar. Cinayətlər, yol qəzaları ... Siyasət səhnəsindən heç əskik olmayan böhtan palçıqları, qaralamalar, yalanlar, qeybətlər.
Digər tərəfdə, #hörmət-məhəbbət münasibətini itirmiş viranə ailələr. Adət-ənənə bəlası, #desinlər ehtirası yaxud #deməsinlər qorxusu üzündən, israf ilə qabaran məsrəf rəqəmləri. Yuxu qaçıran kreditlər ...
Dünyanın, çox zaman insanların əliylə icra edilən və insanı insana sanki bəla edən bu qədər maddi və mənəvi sıxıntısı qarşısında #aciz, fəqir və fani insan ...
Və "Dünyada #rahat yoxdur" hədisi-şərifini daim təfsir edən xəstəlik, qocalıq və ölüm ...
Bu mənzərələr, #qəlbin dünya ilə qane ola bilməyəcəyinin ən aydın bir göstəricisi və insanın nəzərini bir başqa diyara çevirən bir #hidayət öndəri.
Həqiqətən də dünyada rahat yoxdur. Çünki bu imtahan aləminin quruluşu buna münasib deyildir. İmtahanda rahat olmaz. İnsan bu kainatın meyvəsi olduğundan, elementlərin insan bədənində, #hadisələrin də onun #ruh aləmində nümunələri, izləri, kölgələri vardır.
Aləmdə olduğu kimi insanın iç dünyasında da, daim bir bahar gözləyə bilməzsiniz; onun da qışı, yazı, payızı vardır. Havası daim sakit deyildir; şimşəyi, fırtınası, qasırğası vardır. Onu da daima işıqlı görə bilməzsiniz; qaranlığı, kölgəsi, buludu vardır. Onda da məhsullar bir cinsdən deyildir; çiçəyi, meyvəsi, tikanı vardır. Sahəsi də hamar deyildir; dağı, uçurumu, dərəsi vardır.
Bunun belə olduğunu qəlbimizdə yaxşıca həzm edəcəyimiz təqdirdə, hadisələrə baxış tərzimiz dəyişəcək, #yersiz kədərlərdən, həyəcanlardan, bədbinliklərdən böyük ölçüdə qurtulmuş olacağıq.
Və bütün bunlar dünyada rahat olmadığının şahidləridir. Həm də ki, rahatla #səadəti qarışdırmamaq gərək. Dünyada rahat yoxdur, amma xoşbəxtlik, hüzur və səadət vardır. Bu məfhumlar, bədənə deyil #ruha baxarlar. Ruh isə iman, saleh əməl, təqva və gözəl əxlaq ilə hüzur tapar və xoşbəxt olar.


Geri dön

Darling

  • 21 mart 2018 14:53
  • Məqalə: 694
  • Şərh: 12565
  • Bal:
Allah razı olsun dəyərli xəbər üçün

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 46
Cəmi: 97

 

Top 10 Müəllif

 
{slinks}