Bu gün Od çərşənbəsidir

 
Bu gün Od çərşənbəsidir



Bu gün Od çərşənbəsidirİlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi tanınan Od çərşənbədir. Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından qaynaqlanıb. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən atlanmaqla daxildəki bütün çirkabı və azar-bezarı yandırırlar.

Qədim zamanlardan bəri od Türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi olub. Od çərşənbəsinin mahiyyətində odun qədimdən müqəddəs sayılması, odun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur. Novruz bayramı ərəfəsində keçirilən od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin - od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür.

Qədim türk mifologiyasında odla bağlı müxtəlif motivlər mövcud olub. İnanclara görə, odu günəşlə, işıqla bağlayırlar. Od çərşənbəsində Oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunur. Günəşin istisini arzulayanlar babalarımız böyük tonqal qalayıb günəşin çıxmasını gözləyər, odun şərəfinə nəğmələr söyləyərdilər.

Qeyd edək ki, 2018-ci ildə fevralın 27-də ilk çərşənbə - Su, martın 6-da Od, martın 13-də Hava (Yel), martın 20-də isə sonuncu Torpaq çərşənbəsi qeyd olunacaq.

Bu gün Od çərşənbəsidir


Geri dön

aytc.sza

  • 6 mart 2018 22:04
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
butun saytn bayrami mubuw*-*

--------------------

Darling

  • 6 mart 2018 11:05
  • Məqalə: 694
  • Şərh: 12565
  • Bal:
{awards}
Legend.azlıları od çərşənbəsi münasibətilə təbrik edirəm

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 45
Cəmi: 99

 

Top 10 Müəllif

 
{slinks}