Allaha iman və onun faydaları

 
Allaha iman və onun faydaları


Mərhəmətli və Rəhimli Allahın adı ilə.

Allaha iman gətirmək insanın Allahın rububiyətinə iman gətirməsidir. (İnsan inanmalıdır ki, hər şeyi Yaradan, onlara Sahib olan, Hökmran, bütün işləri idarə edən tək Allahdır). Eləcə də Allahın uluhiyyətinə iman gətirməsidir. (İnsan inanmalıdır ki, Allah ibadət edilməyə layiq olan tək ilahdır. Ondan başqa ibadət edilən məbudlar isə, batil, ibadətə haqqı çatmayan məbudlardır. Həmçinin, insan Allaha aid olan adlara və vəsflərə də iman gətirməlidir. Həqiqətən də, Allahın gözəl adları və uca sifətləri vardır. İnsan iman gətirməlidir ki, Allah təkdir, nə rububiyyətdə (gördüyü işlərdə), nə uluhiyyətdə (ibadət edilməkdə) nə də ad və sifətlərdə Ona şərik olan yoxdur. Allah Təalə Quranda belə buyurmuşdur:

“O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə, yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?!”(Məryəm 65)

Həmçinin, iman gətirməlidir ki, Allah Təalə yatmır və mürgüləmir. O aşkarda olanı da, gizlində olanı da bilir. Göylərin və yerin hökmranlığı Ona məxsusdur. Allah Təalə Quranda belə buyurmuşdur:

“Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.” (əl-Ənam 59)

Həmçinin, insan iman gətirməlidir ki, Allah Təalə ərşin üzərinə yüksəlmişdir. O, məxluqların üstündədir. Bununla bərabər O, yaratdıqlarından kimin hansı halda olduğunu bilir, hamısını görür, onların sözlərini eşidir, kimin harada olduğunu bilir, onların işlərini idarə edir. O, kasıbı ruziləndirir, ehtiyacı olana yardım edir, istədiyinə var- dövlət bəxş edir, istədiyini də ondan məhrum edir. Allah hər şeyə qadirdir.

Allaha iman gətirməyin insana böyük faydaları vardır:

Allaha iman gətirən insan Allahı sevir və Onu təzim edir. Nəticədə, bu insan Allahın əmr etdiklərini yerinə yetirəcək və qadağan etdiyi şeylərdən uzaq olacaq. Belə edən insan da həm dünyada, həm də axirətdə xoşbəxtliyə nail olar.
Allaha iman gətirən insan özünün izzətli olduğunu hiss edir. Çünki o bilir ki, bu kainatın həqiqi sahibi, hökmranı tək Allahdır. Allahdan başqa heç kəs nə fayda verməyə, nə də zərər verməyə malik deyil. Bunları bilən insan başa düşür ki, onun Allahdan başqasına ehtiyacı yoxdur. Beləliklə Allahdan başqa kimdənsə qorxmaq hissi onun qəlbindən çıxarılır. O insan Allahdan başqasına ümid etmir, Ondan başqa heç kəsdən qorxmur.
Allaha iman gətirmək insanın təvazökar, sadə olmasına səbəb olur. Çünki insan bilir ki, onda olan bütün nemətləri ona Allah verib. Beləliklə o insan şeytana aldanaraq təkəbbürlük etmir, lovğalanmır, öz gücünə və ya mal-dövlətinə görə özündən razı olmur.
Allaha iman gətirən insan yəqinliklə bilir ki, xoşbəxt olması üçün yalnız Allahın razı qaldığı saleh əməlləri etməlidir. Çünki yer üzərində olan insanlardan elələri vardır ki, batil inanclar üzərindədirlər. Onlardan bəziləri düşünür ki, təkcə xaça inanmaqla onun bütün günahları bağışlanacaqdır. Digərləri isə batil ilahlara, məbudlara ibadət edirlər və düşünürlər ki, o məbudlar insanın istəklərini həyata keçirə bilirlər. Əslində isə, o məbudlar insana nə bir zərər, nə də fayda verməyə qadir deyillər. İnsanlardan elələri də vardır ki, həyatı boyu Allahın olmasını inkar edərək yaşayır. Sözsüz ki, belə insanlar xülyalara aldanmış kimsələrdir. Vaxt gələcək ki, bu dünya həyatı bitəcək, insanlar Qiyamət günü Allahın qarşısında duracaqlar və həqiqətləri gördükdə başa düşəcəklər ki, onlar dünyada ikən açıq-aydın azğınlıq içində olublar.
Allaha iman gətirmək insanda gözəl xislətlərin yaranmasına səbəb olur. Allaha iman gətirən insan əzmkar, möhkəm, dözümlü, səbirli olur, öz işlərində Allaha təvəkkül edir. O bilir ki, bu dünyaya boş yerə gəlməyib. O öz vaxtını faydasız işlərlə zay etməməlidir, əksinə öldükdən sonra ona fayda verəcək əməllər etməlidir və Allahın razılığını qazanmağa çalışmalıdır. O insan göylərin və yerin Hökmranı olan Allaha bel bağlayar və bilər ki, Allah onu darda qoymayacaq, ona yardım edəcək. Beləliklə, o, dözümlü olur və səbir edir.


Geri dön

Darling

  • 20 aprel 2018 19:38
  • Məqalə: 694
  • Şərh: 12565
  • Bal:
Allah razı olsun Dəyərli xəbər ucun

--------------------
http://legend.az/user/imza/

aytc.sza

  • 20 aprel 2018 19:37
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 39
Cəmi: 95

 

Top 10 Müəllif

✵Дорогой✵
Xəbərləri: 6
Cəmi: 739
 
 
{slinks}