İslamofobiya – Qərbin İslam düşmənçiliyinin təzahürü. 1-ci hissə.

 
İslamofobiya – Qərbin İslam düşmənçiliyinin təzahürü. 1-ci hissə.


Bismilləh. Həmd olsun Allaha! Peyğəmbərə, Onun ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun! Sonra isə:

Bu yazımızda Allahın izni ilə islamofobiyanın mənası, səbəbləri, təzahürləri, Qərb mətbuatının İslam qorxusunu yaymaqda rolu və dünyada təbliğ edilən islamofobiyaya bir müsəlman kimi necə yanaşmalı olmağımızdan danışacağıq.

İslamofobiya nədir?

İslamofobiya (islamophobia) yeni bir termindir, iki sözdən ibarətdir: İslam və fobiya (phobia – qorxu). Bununla bir şeyin fərz olunan təhlükəsindən şüursuz şəkildə qorxmaq və ya qorxutmaq qəsd olunur. Oksford İngilis lüğətində «Islamophobia» termininə bu tərif verilib: «İslamofobiya: İslama qarşı olan qorxu və ikrahdır. (İslamı və müsəlmanları) siyasi bir qüvvə kimi görmək, müsəlmanlara qarşı dözümsüzlük və ayrıseçkilik nümayiş etdirməkdir.» (Oxford English Dictionary – Islamophobia. Oxford University Press)

Bu termindən ilk dəfə 1991-ci ildə istifadə edilmiş, ABŞ-da 2001-ci ildə 11 sentyabr hadisəsindən sonra yenidən gündəmə gəlmişdir. (Wikipedia)

Bəzi tədqiqatçılar 80-ci və 90-cı illər arasında da istifadə edildiyini vurğulamışlar.

Ümumən, İslama və müsəlmanlara qarşı olan qorxu və nifrət təbliğatının tarixi Avropada “Səlib yürüşlərinə” qədər gedib çıxır.

«İslam və media fobiyası» kitabında deyilir:

«İslamdan və müsəlmanlardan qorxmaq, qorxutmaq və ya bir termin kimi işlədilən İslamophobia (yəni: İslam qorxusu) problemi istər xalq səviyyəsində, istər də rəsmi səviyyədə Qərbdə ümumi fikirə çevrilmişdir. Bu, Qərbin siyasət, strategiya, mətbuat və islamla əlaqəli kolleclərinin tədqiqat mərkəzlərində açıq bir şəkildə özünü biruzə verir. Qərb dünyasının şərhçilərinin, mütəfəkkirlərinin, siyasətçilərinin və mətbu orqanlarının fikirlərində İslama din, əqidə və mədəniyyət nahiyəsindən olan baxış Qərb mədəniyyətini təhdid edən və onunla qətiyyən uzlaşmayan bir baxış və İslam mədəniyylətiylə Qərb mədəniyyəti arasında dialoqa, birgəyaşayışa, qarşılıqlı anlaşma, qarşılıqlı ehtirama yönələn baxış arasında dəyişir. (əl-İsləm vəl-İ’ləmufubiyə, səh. 105)

İslamofobiya (islamophobiya) termini mötədil və qərəzli şərqşünaslıq araşdırmalarında da çox istifadə olunmuşdur. Mötədil şərqşünaslar öz araşdırmalarında (orientalisme islamophile) bu termini İslama qarşı mötədil və yumşaq yanaşma baxımından istifadə etmişlər. Qərəzli şərqşünaslar isə öz araşdırmalarında (Orientalisme İslamophobie) bu termindən tənqidi nöqteyi nəzərdən, İslam dinini və İslam mədəniyyətini başqa mədəniyyətlər üçün qorxulu təqdim etməkdə istifadə etmişlər. (əl-İsləm vəl-İ’ləməfubiyə, səh 108)

İslamofobiyanın səbəbləri nələrdir?

İslamofobiyanın səbəblərindən bəzilərini qeyd edək:

1) Qərb dünyasında yerli müsəlmanların və müsəlman miqrantların sayının sürətlə artması və bunu həzm edə bilməyən dairələrin əks fəaliyyəti. Son statistik göstəricilərə görə hazırda Avropada 60 milyon müsəlman yaşayır. Tədqiqatçıların fikrincə, mühacirlərin Avropa ölkələrinə axını və onların arasında doğum hallarının artması nəticəsində 2050-ci ildə Avropa əhalisinin 20%-nin müsəlman olması ehtimalı gözlənilir.

2) İslamı həqiqi mənbələrinə (Qurana və hədislərə) müxalif şəkildə təmsil edən təkfirçi, radikal, dinə yeniliklər gətirən təriqətçi qrupların kor-koranə fəaliyyəti.

3) Böyük islam alimlərindən elm almayan, onların elmlərindən bəhrələnmədən, elm yolunda adi çətinliklərə belə tab gətirmədən fəaliyyət göstərməyə başlayan din xadimlərinin hikmətsiz fəaliyyəti.

4) İslama nifrətlə yanaşan başqa din mənsublarının və qeyri-din mənsublarının tarixi düşmənçiliklərinin yeni bir şəkildə təzahür etməsi.

5) İrqçilik (racism) fəaliyyətləri və əcnəbi düşmənçiliyinin (xenaphobia) təsirləri.

6) Mətbuat orqanlarına rəsmi və qeyri-rəsmi qəsdli təsirlər.

7) Qərbin öz insanlarının düşüncəsində İslam barədə formalaşdırmaq istədiyi “qorxulu İslam və müsəlmanlar” obrazı, xüsusən də, islamofobiyanın bəzi rəsmi dairələrin siyasətinə alət olması. Artıq çoxumuza məlumdur ki, müsəlmanları parçalamaq üçün uzun illərin planları islam düşmənləri tərəfindən bu günümüzdə aktiv şəkildə yerinə yetirilir, hətta, müxtəlif institutların illərlə müsəlmanlar barədə araşdırmalar edib onları zəiflətmək yollarını axtarmışlar. Xülasə, bu iş üçün institutlar işləyiblər. Heç təsadüfi deyil ki, qısa bir zamanda yaxın Şərqdə İŞİD kimi bir terror təşkilatı peyda olur, müsəlmanlar oraya aktiv şəkildə cəlb olunur, bunun vasitəsi ilə üç-dörd il bütün dünyada aktiv islamofobiya təbliğatı gedir, sonra da İŞİD-in təsisçiları geri çəkilir, üstəlik həmin ərazilərdə müsəlmanlar qırılır, xəritədə isə, dəyişiklik olur. Bütün bunlar bizə İslamofobiya ilə əlaqəli ciddi mesajlardır.

İslamofobiyanın dünyadakı təzahürləri:

İslamofobiyanın dünyadakı təzahürlərindən bəzilərini qeyd edək:

1) Müsəlmanlara hicab problemi yaratmaq. Başqa açıq-saçıq geyim tərzlərinə azadlıq, abır-həya rəmzi olan hicaba isə qadağalar dünyadakı ədalətsizliyin, dözümsüzlüyün və islamofobiyanın ən aydın təzahürlərindəndir.

2) Saqqallı müsəlmanlara yersiz təziqlər və iş problemlərinin yaradılması. Halbuki, bu da, son əsrdə ortaya çıxmış bir qərb adətidir ki, müsəlman ölkələrində də tətbiq edilmiş və insanları buna uyğunlaşdırmaq istiqamətində təbliğat işləri görülmüşdür.

3) İslama qarşı mübarizə aparmaq və buna çağırmaq. Bu da, İslamofobiyanın ən yayılmış təzahür formalarındandır.

4) İslam barədə elementar məlumatları olmadan islama qiymət vermək səylərinin çox olması və s. Bunu daha çox ateistlər və başa dini təmayülü olan şəxslər edirlər.

5) Qərb aləminin, Qərb mediasının və bütün qərəzli mediaların İslam və müsəlmanlar barədə sözlərini araşdırmadan yayılması. Həqiqətən də, artıq dünyada İslam və müsəlmanlar barədə dəqiqləşdirilmədən yayılan xəbərlərin sayı çoxalmışdır.

6) Mediada terrorçu qrupların İslamın rəhmət əsaslarından uzaq olmalarına baxmayaraq “İslami qruplaşma” kimi təqdim olunması halları. Həmçinin, İslam sözüylə “terror” sözünün qəsdli şəkildə yanaşı işlədilməsi halları.

7) Bəzi müsəlmanların əsassız şəkildə təqib və təhqir olunmaları.

Ümumiyyətlə, Avropa birliyinin 27 ölkəsində 23.500 nəfər üzərində ətraflı bir araşdırma edən «European Union Agency for Fundamental Rights» (FRA) dərc etdiyi bir anketdə bu ölkələrdə yaşayan hər üç müsəlmandan birinin sadəcə son bir ildə mütləq ayrı-seçkiliklə qarşılaşdığını və hər on müsəlmandan birinin də təcavüz (hücum xarakterli) və ya təhqirə məruz qaldığını göstərir. (Avrupada yükselen İslamofobi, Murad Aktaş, səh 3)

8) Bəzi islami kəlmələrə, şüarlara və rəmzlərə qarşı aqressivliyin, sərtliyin nümayiş etdirilməsi və hətta bəzi islami kəlmələrin istifadəsinin, mediada işlədilməsinin qadağan edilməsi və s.

Qeyd etmək olar ki, bunlar dünyada yayılmış islamofobiyanın bir çox təzahürlərdən yalnız bəziləridir.

İslamofobiyanın qısa tarixinə nəzər yetirək:

Məlum olduğu kimi, Əndəlüs müsəlmanlarının dövründə Kordova Xilafəti və Osmanlı Xilafəti zamanında Avropanın müəyyən hissəsi islam mədəniyyətinin əhatə dairəsinə daxil olmuşdur. VIII əsrdə Pireney yarımadasına ərəblərin daxil olması ilə XV əsrədək burada islam dini hakim olmuşdur. Əndəlüs torpaqlarında bura gələn müsəlmanlar, İslamı sonradan qəbul edən yerli əhali və xristianlar yanaşı yaşamışdır. Lakin, 1492-ci ildə sonuncu müsəlman əyaləti olan Qrenadanın süqutu ilə İspaniyada qeyri-xristianların məhvinə yönəlmiş rekonkista siyasəti Qərb sivilizasiyasının bəşəri insanlıq dəyərlərinə sadiq olmadığını bir daha göstərdi. 1610-cu ilədək İspaniyada müsəlmanların yaşayışına son qoyuldu. 1492-1610-cu illər arasında müsəlmanların kütləvi qırğını və mühacirəti nəticəsində İspaniyanın əhalisi üç milyon nəfərə qədər azaldı. Müsəlmanlarla bərabər başqa din mənsublarının da İspaniyadan qovulması Qərbin tarixən digər dinlərə qarşı dözümsüzlüyünü bir daha təsdiq etdi.

İspaniyadan başqa Portuqaliya, Cənubi İtaliya, Malta da islami fəthlər dövründə İslamın xoşməramlı təsirinə məruz qalmışdır. Sonradan müsəlmanlar bütün bu coğrafiyadan tam sıxışdırıldılar. İslamı sonradan qəbul edən əhalini inkvizisiya tonqalı aqibəti gözləyirdi, ərəblər isə, ümumiyyətlə bu coğrafiyadan silindilər. Hazırda yalnız Maltada bir neçə minlik müsəlman icması qalmaqdadır. Baxmayaraq ki, XIII əsrdən islam bir din olaraq burada qadağan edilmişdir.


Geri dön

Darling

  • 20 aprel 2018 19:51
  • Məqalə: 694
  • Şərh: 12561
  • Bal:
Dəyərli xəbər üçün sağ olun

aytc.sza

  • 20 aprel 2018 19:35
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 44
Cəmi: 98

 

Top 10 Müəllif

aytc.sza
Xəbərləri: 12
Cəmi: 294
 
The Shield
Xəbərləri: 4
Cəmi: 558
 
ARCUN
Xəbərləri: 2
Cəmi: 55
 
 
{slinks}