ads inc ipo nasdaq

İnsanların eyiblərini açmaq

 
İnsanların eyiblərini açmaq


Mərhəmətli və rəhimli Allahın adı ilə!

Bütün həmd və tərif Aləmlərin rəbbi Allahadır. Onun qulu və elçisi olan Muhəmmədə, onun ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun!


Sonra isə:

İnsanların eybləri ilə məşğul olmaq pis və qınanılan bir əməldir və bu əməl onunla məşğul olanı öz nəfsinə baxmaqdan və ona əhəmiyyət verməkdən kənar qoymuşdur. Bəzi hikmət sahibləri demişdir: “Kim insanların eyiblərinə baxarsa, öz nəfsi üçün kor olar”. (Beyhəqi, “Zühd kitabı” 1/195).
Başqa biri isə, belə demişdir: “İnsanların eyiblərinə vaxt ayıranın öz nəfsini unutduğunu hesab edirəm, əgər öz nəfsinə əhəmiyyət versəydi, heç kəsin eyiblərinə ayırmağa vaxtı olmazdı”. (“Feydul-Qadir”, 4/371).
Və eləcə də, kim ki müsəlmanların sirrlərinə qulaq asmağa, başqalarının yanında eyiblərini yaymağa, namuslarına tən etməyə həvəslidirsə, bunu ona nəfsinin pislikləri əmr edir. Qardaşlarına qarşı həsədi, nifrəti onu kor etmiş və öz nəfsini unutdurmuşdur. Buna görə də, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bunu qadağan etmişdir.
İbn Ömərdən (Allah hər ikisindən razı olsun) gələn hədisdə Rəsulullah (salləllahu aleyhi və səlləm) minbərə çıxıb uca səslə belə dedi:
“Ey dilləri ilə islama girən, iman isə qəlblərinə girməyənlər! Müsəlmanlara əziyyət verməyin, onları ifşa etməyin, eyiblərin axtarmayın, çünki kim insanların eyiblərini üzə çıxararsa, o, evinin içində olsa belə, Allah onun eyiblərini üzə çıxarar”. (Tirmizi, 2032. Albani hədisi səhihləşdirib).
Məgər insan özü dərk etmirmi ki, başqalarının eyibləri ilə məşğul olmaq onu öz nəfsinin eyiblərini və pisliklərini bilməkdən məhrum edəcək?! Özü özünə əhəmiyyət verməyib öz eyiblərini islah etməzsə, onun eyiblərini də başqaları üzə çıxaracağını bilmirmi?!
Buna görə də, insan öz nəfsi ilə məşğul olmalıdır, çünki insanların eyiblərin açsa, onları həlak etmiş olar.
Əbu Hureyradan (Allah ondan razı olsun) gələn hədisdə Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurub:
“Əgər bir kəs “insanlar həlak olub” deyərsə, o özü insanları həlak etmişdir”. (Muslim, 2623).

İmam Nəvəvi demişdir: “Alimlər ittifaq etmişlər ki, bu qınaq yalnız insanları aşağılayıb özünü onlardan üstün tutaraq belə deyənə aiddir…” (“Səhih Muslimin şərhi”, 16/175).
Çünki hər bir insan günahkardır və hər kəsin günahı var, əgər hər günah edənin eybini açsa, insan öz günahını unudacaq və özünə ucb (özünü bəyənmək) xəstəliyi gələcək. O, insanların həlak olduğunu iddia edib onları ifşa edəcək və, nəhayət, özü insanları həlak etmiş olacaq.
Muaviyədən (Allah ondan razı olsun) gələn hədisdə Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurub:
“Həqiqətən, sən əgər insanların eyiblərini araşdıracaqsansa, onları korlayacaqsan”. (Əbu Dəvud, 4880; Əbu Yələ, 13/382).
İbnul-Qeyyim (Allah ona rəhmət etsin) demişdir:
“Kim öz nəfsini tanıyarsa, insanların eyiblərin tərk edib öz nəfsini islah etməklə məşğul olar”. (“Əl-Fəvaid”, 57).
Məgər başqalarının eyibləri ilə məşğul olan insan bilmirmi ki, “cəza əməlin növündəndir” və kim bir pislik edərsə, onun cəzasını görəcəkdir?! Bilmirmi ki, kim müsəlman qardaşının eyiblərini üzə çıxarmağa səy göstərərsə, Allah onun eyiblərin üzə çıxarar və kim bir qardaşının eyiblərin örtərsə, Allah onun eyiblərin dünya və axirətdə örtər?!
İbn Abbasdan (Allah hər ikisindən razı olsun) gələn hədisdə Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurur:
“Kim müsəlman qardaşının eybini örtərsə, gizlədərsə, Allah qiyamət günü onun eyiblərini gizlədər və kim onun eyiblərini açarsa, Allah onu, evində gizlənsə belə, ifşa edər”. (İbn Məcə, 2546. Albani səhihləşdirib).
İbnul-Cəuzi (Allah ona rəhmət etsin) demişdir:
“Kim şəriəti lazım olan şəkildə öyrənərsə, Peyğəmbərini tanıyarsa, səhabələrin və böyük alimlərin halın bilərsə, görər ki, insanlar şəriətlə deyil, adətləri üzrə gedirlər. Bir-birini ziyarət edib insanların qeybətin edirlər, hər kəs müsəlman qardaşının eyibləri haqqında soruşur. Əgər birində nemət varsa, həsəd aparar, müsibət baş veribsə, söyüb pisləyər, təkəbbürlü-təkəbbürlü ona nəsihət edər, dünya malından ondan nə isə götürmək üçün ona hiylə işlədər və imkanı olsa, öz xətalarını da onun üzərinə yıxar”. (“Saydul-Xatır”, 96).
Bu yerdə Rəsulullah (salləllahu aleyhi və səlləm) gözəl buyurub:
“Kim bir qövmün danışığına onlar istəmədiyi halda qulaq asarsa, qiyamət günü qulağına qurğuşun töküləcəkdir”. (Buxari, 7042).
İbnul-Qeyyim (Allah ona rəhmət etsin) demişdir:
“Xoş o insanın halına ki, öz eyibləri ilə məşğuldur, başqalarının eyiblərinə vaxt ayırmır. Vay o insanın halına ki, öz eybin unudub başqalarının eyiblərinə vaxt ayırır. Birincisi xoşbəxtliyin, ikincisi isə bədbəxtliyin əlamətidir”. (“Tariqul-hicrateyn”, 271).
İbn Abbas (Allah hər ikisindən razı olsun) demişdir:
“Dostunun eyiblərini yadına salmaq istəyirsənsə, öz günahlarını yadına sal”. (“Əl-ədəb əl-mufrad”, 328).
Uca səslə nəsihət etmək və ya insanların yanında nəsihət etmək də, əgər tutarlı bir səbəb yoxdursa, nəsihət yox, qardaşının eybini açmaq, onu ifşa etmək sayılır. İmam Şafii (Allah ona rəhmət etsin) demişdir:
“Kim bir qardaşına gizlində nəsihət edərsə, bu, nəsihət və bər-bəzəkdir, kim açıqda nəsihət edərsə, bu ifşa etmək və xəyanətdir”. (“Hilyətul-əuliyə”, 9/140).
Buna görə də, müsəlman gərək bu çirkin xislətdən uzaq dursun, özünə fayda verən işlərlə məşğul olsun, özünü və insanları həlaka aparmasın, onların islahına çalışsın və onları hidayətə çağırsın. Çünki bu, ən böyük xeyirli əməllərdəndir.
Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdur:
“Allaha and olsun ki, sizdən birinizin əli ilə Allahın bir kəsi hidayətə yönəltməsi, onun üçün qırmızı dəvələrdən (ərəblərin ən qiymətli malı) daha xeyirlidir”. (Buxari, 3701; Muslim, 2406).


Geri dön

İslak_imza

  • 23 aprel 2018 01:23
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
Bawqalarinin eybini ortki Allahda senin eybini ortsun
Gozel movzudu tewekkurler

Darling

  • 22 aprel 2018 18:20
  • Məqalə: 694
  • Şərh: 12564
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

aytc.sza

  • 22 aprel 2018 17:33
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 38
Cəmi: 102

 

Top 10 Müəllif

 
{slinks}