Bu gün Yel çərşənbəsidir

 
Bu gün Yel çərşənbəsidir


Bu gün Yel çərşənbəsidir
Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.

Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb.
Bu gün Yel çərşənbəsidir
Novruz şənliklərində icra olunan Yel baba mərasimi əcdadlarımızın Yel tanrısına etiqadla bağlıdır. İnanclara görə, Yel baba xırmana gəlməmişdən qabaq ordan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər. Yeli əsdirəni söyməzlər. Yel çərşənbəsində qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər.

Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.

Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür.

Bu gün Yel çərşənbəsidir


Geri dön

Burlaxatun

  • 15 mart 2018 08:56
  • Məqalə: 0
  • Şərh: 502
  • Bal:
Qarshidan gelen Novruz bayraminiz mubarek!!!

--------------------
Getmek temiz qelblere yarashmazdi..... Cirkli qelbler olmasaydi((

aytc.sza

  • 14 mart 2018 19:38
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
Yel cerwembeniz mubarek eziz LeGenD.aZ-lilar :)

--------------------

Darling

  • 13 mart 2018 17:53
  • Məqalə: 694
  • Şərh: 12565
  • Bal:
{awards}
Yel Çərşənbə miz Mübarək

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

Silent_ Night

  • 13 mart 2018 15:29
  • Məqalə: 647
  • Şərh: 5177
  • Bal:
{awards}
Çərşənbəniz mübarək!

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 40
Cəmi: 107

 

Top 10 Müəllif

✵Дорогой✵
Xəbərləri: 6
Cəmi: 739
 
 
{slinks}