buy dnp online

Şahin İlqar - "Acılar Bitməz"

 
Şahin İlqar - "Acılar Bitməz"


Love is blind (Sevgi kordur)


Ağlarıq dünyaya doğulan zaman,
San ki, taleyindən xəbərdar kimi.
Həyat çəkər bizə acı imtahan,
Giley gözümüzün qurumaz nəmi.
Çəkdirər insana bir ömür qədər...
Bir gələr, bir gedər... Acılar bitməz..!
Həyat davam edər... Acılar bitməz..!

Aldanıb həyatın şirinliyinə,
Salarsan özünü tükənməz dərdə.
Zamanla batarsan dərinliyinə,
Kabusa çevrilər xatirələr də,
Düşər izlərinə hər axşam, səhər...
Bir gələr, bir gedər... Acılar bitməz..!
Həyat davam edər... Acılar bitməz..!

Həsrətdən titrəyər, donar əllərin,
Ömrün soyuğunda solar baharın.
Arzular şirindir, duyğular şirin,
Ümid edərik ki, ayrılıqların,
Əlbət bir gün olar, axırı yetər...
Bir gələr, bir gedər... Acılar bitməz..!
Həyat davam edər... Acılar bitməz..!

Tilsimmiş, tələymiş hər addım başı,
Sevdanın yolları çətinmiş, çətin.
Yalanmış baharı, yalanmış qışı;
Yenə hər vüsalın, hər məhəbbətin,
Sonunda dayanar ayrılıq, kədər...
Bir gələr, bir gedər... Acılar bitməz..!
Həyat davam edər... Acılar bitməz..!

Nədənsə səhf düşər hər şeyin yeri,
Azar yollarını səadətimiz.
Yalanlar üstələr həqiqətləri,
Bir ömür boyunca aldanarıq biz;
Səbrimiz tükənər, ömrümüz bitər...
Bir gələr, bir gedər... Acılar bitməz..!
Həyat davam edər... Acılar bitməz..!

Şahin İlqar


Geri dön

seva20

  • 9 aprel 2018 17:25
  • Məqalə: 322
  • Şərh: 3059
  • Bal:
Beli heyat çox çetindir

Heyat özü öz axarıyla işin görür ve heyat yene de davam edir

Darling

  • 4 aprel 2018 22:41
  • Məqalə: 694
  • Şərh: 12528
  • Bal:
{awards}
Həyat davam edər... Acılar bitməz..!

--------------------
Həyat nə tamaşa,nə də bayramdır.Həyat çətin bir imtahandır.

aytc.sza

  • 4 aprel 2018 18:19
  • Məqalə: 281
  • Şərh: 1959
  • Bal:
{awards}
Ağlarıq dünyaya doğulan zaman,
San ki, taleyindən xəbərdar kimi.
Həyat çəkər bizə acı imtahan,
Giley gözümüzün qurumaz nəmi.
Çəkdirər insana bir ömür qədər...
Bir gələr, bir gedər... Acılar bitməz..!
Həyat davam edər... Acılar bitməz..!

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 33
Cəmi: 85

 

Top 10 Müəllif

Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 11
 
aytc.sza
Xəbərləri: 2
Cəmi: 281
 
The Shield
Xəbərləri: 1
Cəmi: 552
 
 
{slinks}