Uzun müddət televizor arxasında vaxt keçirmə xərçəng riskini artırır

 
Uzun müddət televizor arxasında vaxt keçirmə xərçəng riskini artırır


Beynəlxalq tədqiqat qrupu televizor qarşısında gündə 4 saatdan çox vaxt keçirməyin, kişilərdə yoğun bağırsaq xərçəngi riskini 35 faiz artırdığını müəyyən edib.

Oksford Universiteti, London imperial kolleci və Xərçəngin tədqiq olunması üzrə beynəlxalq agentliyin alimləri belə bir nəticəyə gəlib.

Sözü gedən onkoloji xəstəlik adətən yüksək kalorili dieta ilə əlaqali olur.

Mütəxəssislər 6 il ərzində yarım milyona yaxın insanla əlaqədar toplanmış məlumatları təhlil edib. Araşdırmaya görə, uzun müddət televizoru seyr edən kişilərin yoğun bağırsağında bədxassəli şişin formalaşması riski 3 dəfə artıq olur, qadınlarda isə xərçəng riskini 11 faiz artırır.

Beynəlxalq tədqiqat qrupunun mütəxəssislərinin fikrincə, bağırsaq xərçənginin üzə çıxması kişilərin televizora baxa-baxa qida qəbul etməsidir.

Alimlər eyni zamanda kompüter arxasında uzun müddət vaxt keçirmə ilə onkoloji xəstəliklərin inkişafı riski arasında əlaqənin olduğunu təsdiq edib.

Araşdırmanın müəllifləri balanslaşdırılmış dieta saxlamağı, sağlam həyat tərzi sürməyi tövsiyə edir. Bu yoğun bağırsaq xərçənginə qarşı effektiv profilaktika hesab olunur.


Geri dön

Darling

  • 19 aprel 2018 21:29
  • Məqalə: 694
  • Şərh: 12565
  • Bal:
Mən onsuz elədə çox vaxt keçirmirəm serial ya kino olanda baxiram Belə şeylər məncə boş şeydir hər şeydə xərçəng yaradır ki

--------------------
http://legend.az/user/imza/

aytc.sza

  • 19 aprel 2018 20:36
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
bunu bilmirdim, men esasen evveller tvye cox baxrdm son vaxtlar yatram axwamlar baxa bilmirem, gunduzlerde vaxtm olmur )

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 39
Cəmi: 106

 

Top 10 Müəllif

✵Дорогой✵
Xəbərləri: 6
Cəmi: 739
 
 
{slinks}