Xocalı haqqında film çəkmək istəyən litvalı teleprodüser İrəvana buraxılmadı

 
Xocalı haqqında film çəkmək istəyən litvalı teleprodüser İrəvana buraxılmadı


Məşhur litvalı teleprodüsser Andrius Brokas çəkiliş qrupu ilə Ermənistana buraxılmayıb. Buna səbəb onun guya Azərbaycanın xeyrinə casusluq etməsidir. Ermənistan xüsusi xidmət orqanları və dövlət sərhəd xidməti, habelə gömrük əməkdaşları məşhur prodüsserin bütün titullarına baxmayaraq onu ölkədən dərhal kənarlaşdırmaq qərarına gəliblər. Ermənistan kütləvi informasiya vasitələri Andrius Brokasi azərbaycanlıların köhnə həmkarı kimi təqdim etsə də, Brokas yaradıcı bir insan olaraq yalnız öz planlarına uyğun hərəkət etdiyini etiraf edib və onu Xocalı soyqırımına həsr olunmuş film çəkməyə Azərbaycan tərəfinin yox, faktın özünün cəlb etdiyini gizlətməyıb.

Dünyanın əksər jurnalist təşkilatlarının kəskin hiddətinə səbəb olan bu addımı zəruri etmiş təfərrüatlar isə çox sadədir. Əslində cənab Brokas Ermənistana Xocalı haqqında film çəkmək məqsədilə gedirmiş. Bu filmin heç şübhəsiz ki, Ermənistanın Xocalıda törətdiyi cinayətin üstünün açılmasında əlavə dəlil ola biləcəyi qarşı tərəfi narahat edib və onlar belə bir filmi çəkməyə gələn adamın hətta Litvadan olmasına belə neytral mənbə kimi yanaşa bilməyiblər.

Ermənistan kütləvi informasiya vasitələrinin bir ağızdan təqdir etdiyi bu hadisədə Azərbaycanın adının çəkilməsinə hansı əsaslar var? İş burasındadır ki, Landrius Brokas ötən il Heydər Əliyev Sarayında "Noterdam de Paris" müziklinin səhnələşməsində prodüsser kimi iştirak edib. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi doğrudan da Brokasın bu tamaşanın səhnələşdirilməsində prodüsser kimi iştirakı faktını təsdiqləyir. Amma iş bundan uzağa getmir.

Qeyd edək ki, araşdırmalarımız nəticəsində öyrəndik ki, cənab Brokas Ermənistanda da öz yaradıcılığı ilə tanışdır. Məsələn onun ekranlaşdırdığı "Kristina və Xrist" əsəri məhz İrəvanda keçiriləcək "Qızıl ərik" beynəlxalq film festivalında nümayiş olunacaq filmlərin siyahısına daxil edilib. Amma Brokas Azərbaycana gələndə heç kim onu bu filmi İrəvanda nümayiş etdirmək planına görə Ermənistanın xeyrinə işləməkdə günahlandırmamışdı.

İşin ən qəribə tərəfi həm də burasıdır ki, Brokas Ermənistandan Finlandiya və Estoniya televiziya qrupu ilə birlikdə "Zvartnots" hava limanında saxlanılıb və geri qaytarılıb. Ermənistan kütləvi informasiya vasitələri Andrius Brokası azərbaycanlıların köhnə həmkarı kimi təqdim etsə də, Brokas yaradıcı bir insan olaraq yalnız öz planlarına uyğun hərəkət etdiyini etiraf edib və onu Xocalı soyqırımına həsr olunmuş film çəkməyə Azərbaycan tərəfininin yox, faktın özünün cəlb etdiyini gizlətməyib. "Panarmenian" agentliyinin yaydığı məlumatda isə bir az da irəli gedərək bildirilir ki, litvalı teleprodüsserin Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə müqaviləsi var. Və onun Ermənistana səfərinin əsas məqsədi məxfi materiallar əldə etməkdir. Və elə bu faktın özü Ermənistan tərəfinin Xocalı mövzusunda film çəkməyə yollanan tamamilə neytral bir yaradıcı şəxsi ölkə sərhədlərindən içəri buraxmamaq qərarının səbəbini maraqlı edir. Tutaq ki, müəllif Xocalıdan film çəkmək niyyətindədir. Burada qapalı nə var ki? Varsa, deməli bu daha maraqlı məsələlərdən xəbər verir.


Geri dön

only-girl

  • 3 aprel 2011 11:38
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
Sitat: Lexikon
tewekur xeber ucun


--------------------

Lexikon

  • 18 mart 2011 22:22
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
tewekur xeber ucun

-=EFSANE-XANIM=-

  • 18 mart 2011 17:15
  • Məqalə: 8
  • Şərh: 844
  • Bal:
{awards}
BIR SIYASI ADDIM KIMI DUZ HEREKET EDIBLER

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

Ulya

  • 18 mart 2011 14:52
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
twk

Cant_Breathe

  • 18 mart 2011 14:50
  • Məqalə: 64
  • Şərh: 1394
  • Bal:
{awards}
Xebere gore teshekkurler.

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..

_RONALDO_

  • 18 mart 2011 13:40
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
tewekur xeber ucun

--------------------

marlin

  • 18 mart 2011 13:31
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
serf elemirde onlara

--------------------

eliza

  • 18 mart 2011 11:42
  • Məqalə: 6
  • Şərh: 353
  • Bal:
{awards}
bu ermenilerin koku kesilsin

Morning_Star

  • 18 mart 2011 11:40
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
Buraxmaz da...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 52
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 505
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 1
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}