Sağlam olmaq üçün 10 ən faydalı ərzaq

 
Sağlam olmaq üçün 10 ən faydalı ərzaq

1.Qəhvəyi düyü

Çoxları karbohidratları az yeməyə çalışırlar, çünki ümumi fikirə görə insan onlardan kökəlir. Lakin onlar ümumi energetik səviyyəni saxlamaq üçün çox vacibdirlər. Qabıqlı yarmalardan hazırlanmış ərzaqları yaddan çıxarmayın: bura tərkibində coxlu liflər olan qəhvəyi düyü, çörək, sıyıqlar aiddir. Bu xəlesterinin səviyyəsini aşağı salmağa kömək edər, ürək-damar xəstəlikləri, düz bağırsağın xərçəngi, öd kisəsində daş əmələ gəlmə, diabet və piylənmə riskini azaldır, həmçinin yaşlaşdıqca aktivliyi azalan bağırsaqların sağlamlığı üçün həyati vacibdir.

2. Toyuq yumurtası

Toyuq yumurtası haqqında çox vaxt pis fikir söyləyirlər, lakin onlar gözləri kataraktadan qoruyan zülal lüteyinin mənbəyidirlər. Tədqiqatlar güman etməyə əsas verir ki, onlar tromb əmələ gəlməsinin qarşısını alaraq, infarkt və insult riskini azaldırlar. Bu yaxınlarda aparılmış tədqiqatların məlumatlarına görə, həftə ərzində 6 ədəd yumurta yemək süd vəzisi xərçəngi riskini 44% azaldır. Artıq dietoloqlar belə deyirlər ki, gündə 1-2 ədəd yumurta qanda xolesterini artırmır, belə ki, orqanizm xolesterini yumurtanın da aid olduğu xolesterinlə zəngin ərzaqlardan almır, özü doymuş yağlardan yaradır.

3. Süd

Yaşlaşdıqca bizim kalsiyə təlabatımız artır, ona görə də gündəlik rasionumuza kalsi ilə zəngin ərzaqların daxil edilməsi vacibdir. Yağsız inək südü sağlamlıq üçün çox faydalıdır. O, osteoparozun profilaktikası və sümüklər üçün lazım olan kalsi ilə zəngindir. Hər gün 2 stəkan yağsız süd vəya qatıq için və kalsi ilə zəngin meyvələri rasionunuza daxil edin.

4. İspanaq

Bu ərzaqda qidalı maddələr istənilən digər ərzaqlara nisbətən coxdur. O dəmir, vitamin A, C, K mənbəyidir, həmçinin infarkt və insultdan qorunmağa kömək edən antioksidantlarla zəngindir. Ispanaq düz bağırsağın xərçəngindən, osteoparozdan və artritdən müdafiə edir. Yumurtadakı kimi o, gözlər üçün faydalı olan lütein ilə zəngindir, belə ki, səhər yeməyinə ispanaq ilə yumurta yeyin.

5. Banan

Təkcə bir ədəd sarı meyvənin tərkibində 467 mq kali vardır ki, bu da əzələlərin (xüsusi ilə də ürək əzələsinin) güclü və sağlam qalması üçün lazımdır. O, həmçinin arterial təzyiqin aşağı düşməsinə kömək edir. Bananlar həmçinin ürək-damar xəstəliklərinin qarşısını alan liflərlə zəngindir, turşuluğu neytrallaşdırır ki, bu da mədə qıcqırmasının müalicəsində faydalıdır. Kalinin mənbəyi həm də mərci, sardina və qaysıdır.

6. Toyuq əti

Bu, ən faydalı ətdir. Yağı az olan döş ətindən istifadə edin və dərisini soyun. Bundan başqa toyuq əti zulallarla zəngindir və sümüklərin kütləsinin azalmasının qarşısını alır. O, həmçinin xərçəngin qarşısını alan selenin və enerjini yüksəldən, beyinin işini gücləndirən B vitaminləri mənbəyidir.

7. Qızıl balıq əti

O, xolesterinin səviyyəsini aşağı salan, xərçəngin bir neçə növündən qoruyan və tromb əmələ gəlməsinin qarşısını alan omega-3 yağlar qrupu ilə zəngindir. Tədqiqatlar göstərir ki, qızıl balıq əti depressiv halı yüngülləşdirir və yaddaşın itməsinin qarşısını alır. Onun tərkibində nikotin turşusu da vardır ki, bəzi məlumatlara görə, Alsqeymer xəstəliyindən müdafiə edir. Həftədə 3 dəfə konservləşdirilmiş və ya təzə qızıl balıq əti yeyin. Omega-3 yağlar qrupu həmçinin qozun da tərkibində vardır.

8. Qaragilə

Bu kiçik möcüzəli meyvədə kalori azdır, lakin qidalı maddələr çoxdur. Qaragilədə antioksidantlar vardır ki, kataraktanın, qlaukomanın, venaların genişlənməsinin, babasilin, mədə yarasının, ürək-damar xəstəliklərinin və xərçəngin qarşısını almağa kömək edir. Qaragilə insultdan sonra beyin fəaliyyətinin pozğunluğunun azalmasına kömək edir və qida traktının iltihabını azaldır, mədə pozğunluğunu yaxşılaşdırır.

9. Otlar

Yaşlaşdıqca bizim dad bilməmiz kütləşir və yeməyi dada gətirmək üçün ən asan yol ona duz əlavə etməkdir. Lakin duz arterial təzyiqi artıtır, ən yaxşısı yeməyə otların və ədviyyatın əlavə edilməsidir. Təzə otların dadı daha güclüdür, lakin rahatlıq üçün mətbəxdə quru ot assortimentinin olması əlverişlidir.

10. Sarımsaq

Kiçik bir baş sarımsağın çox böyük üstünlükləri vardır. Sarımsaq xərçəngin və ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edir, insult riskini azaldır. O, həmçinin iltihab əleyhinə təsirə malik oub, artiritlərdə ağrı və şişin azalmasına kömək edir. Sarımsaq diabetlər üçün də faydalıdır. Əgər siz onun iyinə dözə bilmirsinizsə, onda sarımsaq kapsullarından istifadə edin.

Qəzet həmçinin ziyanlı 4 ərzaqın da siyahısını dərc edib:

1. Şirniyyatlar - onlarda kalorinin çox, faydalı maddələrin isə olmaması bizi artıq çəki yığmağa vadar edir. Şəkərin istifadəsini məhdudlaşdırın və ya ondan imtina edin.

2. Duz - o, təzyiqi qaldırır.

3. Spirtli içkilər - gündə 50 qr-dan artıq içməyin, onda çoxlu kalori vardır və vitaminlərin orqanizm tərəfindən mənimsənilməsinə mane olur. Ən yaxşı və sağlam variant qırmızı şərabdır.

4. Doymuş yağlar - onlar ətdə, pendirdə, toyuq dərisində və dondurmada olur. Onlar xolesterinin səviyyəsini qaldırır və çəkinin artmasına səbəb olur.


Geri dön

Darling

  • 4 aprel 2018 22:44
  • Məqalə: 694
  • Şərh: 12581
  • Bal:
Bunları bilmirdim maraqlı məlumatdır

--------------------
http://legend.az/user/imza/

http://legend.az/user/imza/

aytc.sza

  • 4 aprel 2018 18:22
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
gehveyi duyu yememiwem hec))

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 39
Cəmi: 134

 

Top 10 Müəllif

^^KuKuLKa^^
Xəbərləri: 4
Cəmi: 775
 
ARCUN
Xəbərləri: 3
Cəmi: 58
 
The Shield
Xəbərləri: 2
Cəmi: 561
 
 
{slinks}