Hökumətdən vacib qərar - bu ailələrə pul ayrıldı

 
Hökumətdən vacib qərar - bu ailələrə pul ayrıldı


Nazirlər Kabineti Bayıl sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı qərar qəbul edib.

Legend.az bildirir ki, report-un əldə etdiyi məlumata görə, qərara əsasən, maliyyələşməni Maliyyə Nazirliyi həyata keçirməlidir.

Sakinlərə hansı məbləğdə maliyyə vəsaitinin ayrıldığı hələ məlum deyil.

Xatırladaq ki, yanvar ayının son ongünlüyündən etibarən Səbail rayonundakı Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı mövcud sürüşmə zonasında aktivlik başlayıb. Sürüşmə hələ də aktiv fazadadır və davam edir. Bayıl yamacında sürüşməyə meyilli riskli ərazidə 67 ev müəyyən olunub. Səbail Rayon İcra Hakimiyyəti (RİH) ərazidən əlavə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 80 ev (ailə), yəni 390 nəfər ailə üzvü köçürüb. Fevral ayının 10-da ərazidəki növbəti sürüşmə nəticəsində 4 ev dağılıb. Hazırda təhlükə səbəbindən əraziyə heç kim buraxılmır. Səbail RİH ərazidə evi olan sakinləri siyahıya alıb.

Nazirlər Kabinetinin (NK) Bayıl sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı sərəncam verdiyi rəsmən təsdiqlənib.

NK-nın mətbuat xidmətinin rəhbəri Akif Əli "Report"a açıqlamasında müvafiq sərəncamın baş nazir Artur Rasi-zadə tərəfindən imzalandığını bildirib. Sərəncamla, 98 ailənin (ailə tərkibinə uyğun olaraq) müvəqqəti kirayə evlərdə yerləşdirilməsi üçün vəsait ayrılıb.


Geri dön

İslak_imza

  • 23 aprel 2018 06:25
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
Xeber ucun tewekkurler

Darling

  • 20 aprel 2018 19:40
  • Məqalə: 694
  • Şərh: 12564
  • Bal:
{awards}
xəbər üçün sağ olun

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

aytc.sza

  • 20 aprel 2018 19:37
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
melumata gore cox saol.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 34
Cəmi: 92

 

Top 10 Müəllif

 
{slinks}