Где купить hdmi vga адаптер переходник. . http://plomba.org.ua/ контрольные браслеты что такое контрольный браслет.

Quran təhrif edilə bilərmi?

 
Quran təhrif edilə bilərmi?


Cavab: Təhrif məsələsini doğru başa düşmək üçün Qurandankı ayələri yaxşı incələmək lazımdır. Çünki, söhbət Allahın kitabından gedirsə, bu sahədə söz demək də Allaha düşür.

Əvvəlki kitabların pozulduğunu və bu gün bu kitabların hökmü qalmadığını iddia edənlər, Quranda İsrailoğulları barədə “onlar ayələri təhrif edərlər” ifadələrini dəlil gətirirlər. Əlaqədar ayələri incələdiyimiz zaman görəcəyik ki, Quranda “təhrif” kəliməsi, mətnin təhrif edilməsinə və itməsinə deyil, kəlimələrdəki mənanın itməsinə işarət etməkdədir. Bu ayələrdən biri belədir:

“Onlar (Kitabda olan) kəlmələrin mənasının yerlərini dəyişdirərək təhrif edərlər. Onlar (özlərinə) öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və (təqsirlərindən) keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir.” (Maidə, 5/13).

Burada diqqət edilməsi lazım olan nöqtə, təhrif kəliməsiylə qəsd edilən şeyin, kəlimənin dəyişdirilməsi və ya pozulması deyil, mənasının başqa yerlərə çəkilməsidir. Bunun bir nümunəsini Allah Quranda belə göstərir:

“Yəhudilərdən bəziləri kəlmələrin mənalarının yerini dəyişərək, dillərini əyərək və dinə tənə vuraraq: ‘Eşitdik və bərk sarıldıq/asi olduq!’, Sənə ‘eşit!” demək həddimizə deyil, ama eşit!/eşitməzsən eşit!” bir də “bizə çoban ol!”– deyirlər. Əgər onlar: ‘Eşitdik və itaət etdik!’, ‘eşit!’, ‘bizə nəzər yetir!’– desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah küfrlərinə görə onları lənətlədi. Onlar olduqca az inanırlar.” (Nisə, 4/46)

Ayələrdən başa düşüldüyü kimi təhrif sözü, kəlimənin və ya mətnin özünü deyil, onun ifadə etdiyi mənalarından kənara çıxarmaq üçün işlədilir. Bu yöndə Yəhudilərin Quranı təhrif etməyə çalışdıqları da bildirilir:

“Siz (yəhudilərin) sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü (Quranı) eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər.” (Bəqərə, 2/75.)

Yuxarıdakı ayədə ifadə edildiyi kimi, İsrailoğulları Qurana qulaq asır, sonra ayələrin mənasını əyib insanlarda Quran əleyhinə səhv düşüncələrin yaranmasına şərait yaradırlar. Beləliklə, Quranla Tövrat arasındaki təsdiq yönünü də pozmağı hədəfləyirlər. Deməli təhrif, mətni dəyişdirmək deyil, deyiləni başqa səmtə yönləndirməkdir.

Bu gün də məallar üzərindən Quran ciddi bir təhrifə məruz qalmaqdadır. Mətndə olmayan şeyləri varmış kimi, olan şeyləri də yoxmuş kimi məallarda təqdim edilməkdədir. İnsanlar da bunu Allahın sözü zənn etməkdədir. Buna da bir misal verərsək, məsələn:

“Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınmaması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir.” (Əhzab, 33/59.)

Bir çox məallarda “tanınmaması” deyə çevrilən kəlimənin orijinalı “tanınması” şəklindədir. Ancaq məal verən adam, Allahın dediyinin əksinə məna vermişdir. Belə ki, Quranın təhrif dediyi tam da budur.


Geri dön

mrn - 1106

  • 20 iyun 2018 15:15
  • Məqalə: 5
  • Şərh: 104
  • Bal:
Allah ozu islah elesin bele axmaq cehdleri

--------------------
Lakı qurumadığı halda, qız sənin mesajına cavab yazırsa, evlən onunla :-)

_favorit_arkadas

  • 10 iyun 2018 03:04
  • Məqalə: 556
  • Şərh: 8102
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 53
Cəmi: 126

 

Top 10 Müəllif

^^KuKuLKa^^
Xəbərləri: 4
Cəmi: 775
 
The Shield
Xəbərləri: 3
Cəmi: 561
 
ARCUN
Xəbərləri: 3
Cəmi: 58
 
✵Дорогой✵
Xəbərləri: 1
Cəmi: 740
 
 
{slinks}