Telefon

 
Telefon


Sən necə oynadın hisslərim ilə?
Necə rahat oldun, yalan deyəndə?
Axı mən heç rahat ola bilmirdim,
Bircə gün səsini eşitməyəndə.
Getdin... gedişinlə isti nəfəsim,
Soyuq divarlara qısılı qaldı.
Lal telefonumun taleyi çox vaxt,
Sənin bir zəngindən asılı qaldı.
Sən mənim gözümdə göy qurşağıydın,
Heç kim həyatıma rəng qatmayanda.
Nədənsə mənim də havam çatmırdı,
Hər sənin nömrənə zəng çatmayanda.
Qəlbimdə səndən bir nişanə qalıb,
Fələk taleyimlə yaman əyişir.
Mənim sevgi bağım viranə qalıb,
Səninki gündə bir bağban dəyişir.
Sənsiz yaşamaram deyirdin bir vaxt,
Madam, guruldadın yağaydın barı.
Bu qədər boğaza yığınca məni,
Bir dəfə nömrəmi yığaydın barı.
Keçməyən keçmişi unutmaq olmur,
Hərdən darıxıram səninçün nəsə.
Nömrəni yığıram səs tanış gəlir,
Amma, "səhv düşmüsüz"-deyir kimdisə.
Madam istəmirsən mənlə danışmaq,
Gəl səmimi söylə hər şey əbəsdi.
Sənə heç yaraşmır belə dəyişmək,
Telefon nömrəni dəyişsən bəsdi!

Telefon


(R.Məmmədli)


Geri dön

Nergiz__Sirinova

  • 27 avqust 2018 16:26
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
Seire gore tesekkurler

--------------------

Darling

  • 4 avqust 2018 15:10
  • Məqalə: 694
  • Şərh: 12585
  • Bal:
{awards}
Seirə görə sağ olun

--------------------
Ümidini itirmə, Bu həyatda bir şeyin sonu, hər zaman başqa bir şeyin başlamasına səbəb olmuşdur.

aytc.sza

  • 29 iyul 2018 21:00
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
Qəlbimdə səndən bir nişanə qalıb,
Fələk taleyimlə yaman əyişir.
Mənim sevgi bağım viranə qalıb,
Səninki gündə bir bağban dəyişir.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 3
        Qonaqlar: 44
        Cəmi: 67

         

        Top 10 Müəllif

         
        {slinks}