"Unutqan Qadın"

 
"Unutqan Qadın"


İlahi, nə unutqandı bu qadın,
dümdüz gedir sağı-solu unudub.
Ürəyində mürgüləyən adamın
yuxusuna gedən yolu unudub
O unudub sevinməyi, gülməyi
gözlərində qorxu dolu təlaş var
O unudub hər gecənin sonunda
yeni günə hamilə bir günəş var
Sevməyi də illər öncə unudub
nədənsə heç çiçək açmır bəd bəxti
Bir özüdür, bir kitablar, bir də ki,
dörd divar və bir qapılı mətbəxti.
Xoş gününü xatırlamır bu qadın,
Allah bilir daha nəyi unudub.
Güz saçları oxşanmağı, tumarı,
yanaqları öpülməyi unudub
Qış düşəndə sağlamlığı unudur
incə beli günü-gündən incəlir
Yaşamaqdan yorulanda bu qadın
görən kimin xəyalında dincəlir?
Bu qadın ki unutqandır beləcə
arzusunu, diləyini unudub
Bir oğlanın yuvasına köç edib,
bir oğlanda ürəyini unudub
Dağ qoynunda tənha qalan çiçək tək
necə açıb, necə solub bilinmir.
İlahi, nə unutqandı bu qadın,
unudub ya unudulub bilinmir...

(R.Məmmədli)


Geri dön

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 5 avqust 2018 13:56
  • Məqalə: 694
  • Şərh: 18838
  • Bal:
Weir ucun cox sagolun beyendim
Redaktesine fikir verin kicik herfle setir bawlamie redkatorlar fikir verse daha yaxsi olar)

Darling

  • 4 avqust 2018 15:00
  • Məqalə: 694
  • Şərh: 12555
  • Bal:
{awards}
Şeir üçün sağ olun

--------------------
http://legend.az/user/imza/

aytc.sza

  • 3 avqust 2018 13:51
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
Dağ qoynunda tənha qalan çiçək tək
necə açıb, necə solub bilinmir.
İlahi, nə unutqandı bu qadın,
unudub ya unudulub bilinmir...

--------------------
İnformasiya
Qonaq qismində daxil olan istifadəçılərin bu məqaləyə şərh yazmaq hüququ yoxdur.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 34
Cəmi: 88

 

Top 10 Müəllif

aytc.sza
Xəbərləri: 12
Cəmi: 294
 
The Shield
Xəbərləri: 4
Cəmi: 558
 
ARCUN
Xəbərləri: 2
Cəmi: 55
 
 
{slinks}