Hamiləlik dövründə qidalanmağınıza diqqət edin

 
Hamiləlik dövründə qidalanmağınıza diqqət edin


Sağlam hamiləlik keçirmək üçün nizamlı qidalanma əsasdır. Hamiləlik dövründə işləyən ana namizədləri, ara yeməkləri unuda bilirlər və ya "körpəm böyüsün" deyə nizamsız qidalanırlar.

1. Körpəm böyüsün deyə nizamsız qidalanmayın

Hamiləlik dövründə, körpənin sağlam inkişafı üçün bir çoxu gündəlik qidalanmalarını artırmaqdadır. Əgər işləyirsinizsə, qidalanmağınız daha da əhəmiyyət qazanmaqdadır. Bütün qida qruplarının daxil olduğu lazımlı və nizamlı qidalanmaq artan qida dəyərini nizamlamaq üçün ən yaxşı yoldur. Sizin və körpənizin enerjisini təmin etmək üçün, gündəlik 300 kalori enerji əlavəsi, bütün ehtiyacınızı qarşılayacaqdır.

2. Ara yeməkdə sağlam qidalara diqqət edin

İnkişaf edən körpənin bədən hüceyrələri əsasən proteindən hazırlanır. Bədəndəki dəyişikliklər xüsusilə də cift, proteinə ehtiyac duyur. Hamiləlik düvründə gündəlik 10 qr proteinə ehtiyac var. Bunun üçün günə mütləq proteinli səhər yeməyi ilə başlamalı, evdə və ya iş yerində süd, pendir, yumurta, qoz, buğda çörəyi kimi qidalarla ara yemək yeyilməlidir. Ara yeməklərdə qoz, fındıq, badam kimi sərt qabıqlı, mövsüm meyvələri, hamiləliklə artan kalsium ehtiyacını qarşılamağa dəstək üçün süd, qatıq, ayran, kefir kimi süd məhsulları ilə qidalanılmalıdır.

3. Proteinli qidalarla qidalanın

Günorta və axşam yeməklərində artıq kalori qəbulunu qarşısını almalı, xüsusilə çox yeyilən çörək, pilov, makaron kimi qidalardan ehtiyac daxilində yeyərək, protein mənbəyi olan qidalar və tərəvəz kimi qidalarla qidalanmağa üstünlük verilməlidir.

4. Evdən kənarda yediyiniz qidalara diqqət edin

Kənardan aldığınız qidaların, yaşıl yarpaqlı tərəvəzlərin yuyulma şərtləri gigiyenik olduğundan, əmin olduğunuz yerlərdə yeməyə diqqət edin. Həmçinin ət, toyuq, balıq kimi qidaların bişirilmə üsulu ilə hazırlandığına diqqət edin.

5. İşdə çay və qəhvəni azaldın

Hamiləlikdə dəmir ehtiyacını qarşılamaq üçün lazımlı miqdarda dəmir qəbulu məcburidir. Dəmir hər nə qədər qidalarda bol olsa da lazımlı miqdarda əmilməməkdədir və bir çox ananın hamiləlikdən əvvəl dəmir ehtiyatı çox azdır. Bunun üçün iş yerində çalışarkən sıxlıqla içdiyiniz çay, qəhvə kimi kafein tərkibli və dəmirin əmilimini azaldan içkilərə diqqət etməlidirlər. Çay qəbulu azalmalı, qırmızı ət yedikdən sonra çay içməməli, qırmızı ət ilə birlikdə gün ərzində kalsium qəbul etməyə və əti C vitamini ilə birlikdə (ət və limonlu salat) yeməyə çalışılmalıdır.


Geri dön

Darling

  • 4 avqust 2018 14:57
  • Məqalə: 694
  • Şərh: 12555
  • Bal:
Gələcəkdə lazım olacaq xəbərdir..

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Qonaq qismində daxil olan istifadəçılərin bu məqaləyə şərh yazmaq hüququ yoxdur.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 36
Cəmi: 91

 

Top 10 Müəllif

aytc.sza
Xəbərləri: 12
Cəmi: 294
 
The Shield
Xəbərləri: 4
Cəmi: 558
 
ARCUN
Xəbərləri: 2
Cəmi: 55
 
 
{slinks}