Mənhəcin düzgün olmaması bidətlə nəticələnir

 
Mənhəcin düzgün olmaması bidətlə nəticələnir


Şeyx Fovzana (Allah onu qorusun) sual verilir: "İstər dostluq və düşmənçilik məsələsində olsun, istərsə də əmr sahiblərinə - əməlisaleh və ya günahkar - qulaq asıb itaət etmək məsələsində olsun, digər məsələlərdə müvafiq olsa da, bu məslələrdə "Nicat Tapmış Firqə" (Firqatun-Nəciyə), "Kömək Olunmuş Tayfaya" (Taifətul-Mənsura) müxalif olan sələf mənhəcindən çıxırmı?​"
Şeyx Fovzan (Allah onu qorusun) cavab verərək buyurur: “Bəli! Kimsə bir şeydə onlara müxalif olub, digər şeylərdə onlara müvafiq olarsa, müxalif olduğu şeydə onlardan sayılmasa da, müvafiq olan şeylərdə onlardan sayılır. O, böyük bir təhlükə uzərindədir. O: “Hamısı Cəhənnəmdə olacaq”- hədəsinə daxil olur. (“...Bunların birindən başqa ha­mı­sı Cə­hən­nəmdə olacaq” ət-Tirmizi, 2641, 2853). Bu müxalifliyi səbəbi ilə - əqidə məsələlərinin birində olsa belə - insan oda daxil ola bilər, çünki Allah Elçisi demişdir: “Hamısı Cəhənnəmdə olacaq” sözü o demək deyil ki, "onlar kafirdirlər və orada əbədi qalacaqlar". Onlar orada müxalifliklərinin miqdarına görə Cəhənnəmdə qalacaqlar. Çünki, müxaliflik bəzən dindən çıxaran olur, bəzən də dindən çıxarmayan olur". (Yeni Mənhəclər Barədə Suallara Faydalı Cavablar, 42-ci sual. səh.128).
Ona görə də kimdə bir bidət olsa belə ondan ehtiyat etmək lazımdır. Bidətçilərə qulaq asmaq, onların kitablarını oxumaq yalnız onlara rəddiyyə verib zəlalətlərini bəyan etmək istəyən elm əhlindən olan mütəxəssislərdən başqa heç kəsə icazəli deyil. Əks halda qəlb təsirlənər, şübhəyə düşər və onların şərinə düşər.
Onlarla oturub-durmamaq salamat mənhəcdə olanların öz mənhəclərini qorumaq xətrinədir. Bu daha şiddətli olmalıdır. Onlarla oturub-durmağa icazə verilsə, sufi, xavaric, rafizi və digər bidətlərə düşən insanların sayı çoxalacaq. Bidət əhli ilə oturub-durmamaq Əhli Sünnənin üsul qaydalarındandır. İnsan öz övladını pis uşaqlarla oturub-durmağa qymur, onun is vərdişlər etməməsinə, başqa insanların təsiri altına düşməməsi üçün nəzarət edirsə, necə ola bilər ki, əqidəsi xarab olan insanlarla oturub-durmağa icazə verilsin?! Düzgün əqidəni qorumaq üçün belə insanlarla oturub-durmaqdan necə çəkindirilə bilməz?! Sələflər deyərdilər: “Mən razıyam ki, övladım zinaya düşsün və ya şərab məclisinə düşsün, amma razı deyiləm ki, övladım bidət məclisində olsun”.


Geri dön

Darling

  • 4 avqust 2018 14:55
  • Məqalə: 694
  • Şərh: 12555
  • Bal:
Allah razı olsun

--------------------
Həyat nə tamaşa,nə də bayramdır.Həyat çətin bir imtahandır.

omrumdesen

  • 4 avqust 2018 11:53
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
Allah razı olsun

aytc.sza

  • 3 avqust 2018 21:21
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
Allah razi olsun!

--------------------
İnformasiya
Qonaq qismində daxil olan istifadəçılərin bu məqaləyə şərh yazmaq hüququ yoxdur.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 37
Cəmi: 91

 

Top 10 Müəllif

aytc.sza
Xəbərləri: 12
Cəmi: 294
 
The Shield
Xəbərləri: 4
Cəmi: 558
 
ARCUN
Xəbərləri: 2
Cəmi: 55
 
 
{slinks}