Nokia 7.1 modelini təqdim etdi

 
Nokia 7.1 modelini təqdim etdi


HMD Global şirkəti Londonda keçirtdiyi tədbir çərçivəsində Nokia 7.1 smartfonunu təqdim etdi. Bu smartfon büdcəli cihazlar seriyasına daxildir və Nokia 6.1 Plus modelinin bir qədər təkmilləşdirilmiş versiyasıdır. Nokia 7.1 19:9 nisbətli 5.84 inç PureDisplay ekrana sahibdir. Ekran üzərində həmçinin standart çıxıntı hissə də var. Şirkət həmçinin qeyd edib ki, smartfonun ekranı HDR10 texnologiyasını da dəstəkləyir.

Smartfonun ön paneli Gorilla Glass 3 qoruyucu şüşəsi ilə əhatə olunub. Əsas texniki göstəricilərə gəldikdə isə Nokia 7.1 modeli Snapdragon 636 prosessoru, 3/4 GB RAM, 32/64 GB daxili yaddaş (microSD dəstəkli) və 3060 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon USB Type-C girişi vasitəsilə şarj olunur. Məlumata əsasən Nokia 7.1 30 dəqiqə ərzində 50% enerji yığa bilir.

Kameralara gəldikdə isə smartfon 12 MP + 5 MP ikili arxa kamera və 8 MP-lik ön kamera ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, kameralar Zeiss markalıdır. Smartfon Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışsa da artıq gələn ay Android 9.0 Pie dəstəyi əldə edəcək. Nokia-nın digər modelləri kimi Nokia 7.1 də Android One proqramına daxildir. Beləliklə 3 GB RAM və 32 GB daxili yaddaşa sahib olan versiya 320 avro, 4 GB RAM və 64 GB daxili yaddaşa sahib olan versiya isə 350 avro qiymətində satılacaq. Nokia 7.1-in satışlarına bu ay start veriləcək.


Geri dön
İnformasiya
Qonaq qismində daxil olan istifadəçılərin bu məqaləyə şərh yazmaq hüququ yoxdur.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 44
Cəmi: 96

 

Top 10 Müəllif

✵Дорогой✵
Xəbərləri: 6
Cəmi: 739
 
 
{slinks}