Smartfon məktubları cavablandıracaq

 
Smartfon məktubları cavablandıracaq


"Android" əməliyyat sisteminin tərtibatçısı Endi Rubinin təsis etdiyi "Essential" startapı süni intellektə malik smartfon hazırlamağa başlayıb.

Kiçik ekranla təchiz ediləcək smartfonun idarəetməsi həm düymələr, həm də səsli komandalar vasitəsilə həyata keçiriləcək. Qurğu elektron poçt ilə daxil olan məktubları avtomatik cavablandıra və görüşlər təyin edə biləcək. Bundan başqa, smartfon istifadəçisi zənglər etmək, eləcə də istədiyi vaxt bildirişlərə müstəqil cavab vermək imkanına malik olacaq.

Qurğunun prototipinin ilin sonunadək, işlək versiyasının isə 2019-cu ilin yanvarında "CES" sərgisində təqdim olunması planlaşdırılır. "Essential" smartfonu onun ekranı qarşısında az vaxt keçirmək istəyənlər üçün qurğu kimi qələmə vermək niyyətindədir.

Şirkət nümayəndələri qurğunun hazırlanması ilə bağlı informasiyanı şərh etməkdən və onun texniki xüsusiyyətlərini dəqiqləşdirməkdən imtina ediblər.


Geri dön
İnformasiya
Qonaq qismində daxil olan istifadəçılərin bu məqaləyə şərh yazmaq hüququ yoxdur.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 46
Cəmi: 88

 

Top 10 Müəllif

 
{slinks}