Asan hazırlanan kurabiyə resepti

 
Asan hazırlanan kurabiyə resepti


Legend.Az ev şəraitində asan hazırlanan kurabiyə reseptini təqdim edir:

250 qram otaq istiliyində yumşalmış marqarin

2 çay stəkanı şəkər tozu
1/2 çay stəkanı maye yağ
1 ədəd yumurta
2 yemək qaşığı nişasta
1 çay qaşığı qabartma tozu
1 paket vanil
9 çay stəkanı un

Hazırlanması:

Bir qabda marqarini, şəkər tozunu, duru yağı və yumurtanı yaxşı qarışdırın. Sonra nişasta, vanilin və qabartma tozunu da əlavə edib qarışdırın. Unu üzərinə əlavə edib yoğurun. Ələ yapışmayan xəmir əldə edəcəksiniz.

Hazırladığınız xəmiri streçlə sarın və soyuducuda 30 dəqiqə saxlayın. Sonra xəmiri soyuducudan çıxarın və əlinizlə qoz büyüklüyündə parçalar qopararaq istədiyiniz şəklə salın. Formalaşdırdığınız xəmirləri yağlı kağız sərilmiş bir soba qabına düzün. Əvvəldən isidilmiş 180 dərəcə sobada, üstləri bir az qızarana qədər təxminən 15 dəqiqə bişirin. Soyuduqdan sonra süfrəyə gözəl şəkildə servis edib yeyə bilərsiniz.


Geri dön

Darling

  • 14 dekabr 2018 23:38
  • Məqalə: 694
  • Şərh: 12585
  • Bal:
Məsləhət üçün sağ olun çayın yanında yaxşı gedər

--------------------
http://legend.az/user/imza/

ARCUN

  • 13 dekabr 2018 21:14
  • Məqalə: 58
  • Şərh: 375
  • Bal:
{awards}
Gece Gece Wirniyat cekdi canim

--------------------
Həyat Bütün İsteklerimin Aqzinin payın verdi Xosbext Olmaq ne heddimize......

^^KuKuLKa^^

  • 13 dekabr 2018 15:09
  • Məqalə: 775
  • Şərh: 11408
  • Bal:
{awards}
ilk serh ozumnen ))

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 45
Cəmi: 122

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 1
Cəmi: 560
 
 
{slinks}