Son şeir

 
Son şeir


Bir də səndən şeir yazmayacağam.
Səbəbin soruşma deyə bilmərəm
Hər səndən yazanda qələm inciyir
Qələmin xətrinə dəyə bilmərəm
Yazdığım şeirlər bitirdi məni
Hər sətrin başında kaş oldu sözüm
Oxuya bilmədim bir şeirimi
Birinci bəndində yaş oldu gözüm
Dərd,kədər içində tək qoydun məni
Sevən sevdiyinə qıymaz deyirlər
Özgə ürəklərdə gəzdiyin zaman
Dərdimin dərmanı oldu şeirlər
Səni sevdiyimə peşman olmuşam
Çox şükür ayrılıq pənah gətirdi
Aldı gəncliyimi bu sevgi məndən
Çiynimə dağ boyda günah gətirdi
Guya ki,dərd,kədər azıydı məndə
Durmadan dərd qatdın dərd sırasına,
Oxuyub güldüyün şeirlərimin
Dəyməzsən inanki, bir misrasına..!

(R.Memmedli)


Geri dön

Darling

  • 11 dekabr 2018 23:13
  • Məqalə: 694
  • Şərh: 12585
  • Bal:
Nə mənalı şeirdir bəyəndim

--------------------
http://legend.az/user/imza/

^^KuKuLKa^^

  • 11 dekabr 2018 23:02
  • Məqalə: 775
  • Şərh: 11408
  • Bal:
{awards}
Seire gore tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 44
Cəmi: 125

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 1
Cəmi: 560
 
 
{slinks}