logo coaching

Makedoniyalı İsgəndər

 
Makedoniyalı İsgəndər

E.ə.336-cı ildə atası Filip öldürüldükdən sonra hakimiyyətə keçən İsgəndər Yunanıstan, Frakiya və İlliriyada Makedoniya hakimiyyətinə qarşı baş vermiş üsyanları yatırdı, Makedoniyada hakimiyyət üğrunda mübarizəyə son qoydu. O, e.ə.334-cü ildə Kiçik Asiyaya, Əhəmənilərin hakimiyyəti altında olan ərazilərə hücum etdi. Qoşunu sayca az olsa da Qranik çayı yaxınlığında Əhəməni ordusunu ağır məğlubiyyətə uğratdı (e.ə.334, may). E.ə.333-cü ildə artıq bütün Kiçik Asiya Makedoniyalı İsgəndərə tabe idi. Həmin ilin noyabrında İss yaxınlığındakı növbəti döyüşdə sayca makedoniyalılardan üç dəfə çox olan III Daranın ordusu məğlubiyyətə uğradıldı. Bu qələbədən sonra Aralıq dənizi sahili şəhərləri Makedoniyalı İsgəndərin hakimiyyətini tanıdı. E.ə.332-ci ildə və e.ə.331-ci ilin qışında Makedoniyalı İsgəndər Misiri döyüşsüz ələ keçirdi, İsgəndəriyyə şəhərinin əsasını qoydu. E.ə.331-ci ilin yazında İsgəndərin işğalçılıq yürüşünün ikinci mərhələsi başladı. Qavqamel döyüşü III Daranın böyük ordusunun məğlubiyyəti ilə nəticələndi. İsgəndərin ordusu cənuba hərəkət edib Babil, Suz və s. şəhərləri tutdu, Əhəmənilər dövlətinin paytaxtı Persepol müqavimətsiz təslim oldu. Baktriya çanişini Bess III Daranı öldürüb özünü Əhəməni padşahı elan etdi. Lakin tezliklə İsgəndər Bessi tutaraq onu edam etdi. O, Orta Asiyaya (e.ə.329) və Hindistana (e.ə.327) hərbi yürüşlər təşkil etdi və qələbələr qazandı. E.ə.326-cı ildə İsgəndərin on ilə yaxın davam edən Şərq yürüşü başa çatdı. İsgəndərin yürüşləri nəticəsində sərhədləri qərbdə Balkan yarımadasına, şərqdə Hindistana, cənubda Misir və Afrikanın bir hissəsinə, şimalda Qara dənizə qədər uzanan böyük bir dövlət yarandı. Lakin onun yaratdığı yeni dövlət Əhəmənilər dövlətinə nisbətən mütərəqqi idi. İsgəndərin ölümündən sonra onun yaratdığı dövlətin ərazisində bir sıra ellin dövlətləri yarandı.

İsgəndərin hərbi yürüşləri Qədim Yunanıstan hərb sənətinin yüksək mərhələsi olmuşdur. İsgəndər falanqanın həmlə qüvvəsini artıraraq sıxlığını çoxaltmış, süvari qoşununu ordunun qəti zərbə və manevr qüvvəsinə çevirmiş, yeni tipli süvarilərdən (süvari və piyada döyüşməyi bacaran) istifadə etmiş və s. mühüm yeniliklər həyata keçirmişdi.


Nikah siyasəti

İskəndər Orta Asiyaya, Qərbi İrana və Hindistana qalibiyyətli yürüşlər edir və böyük bir imperiya yaradırdı. Bu imperiyanı idarə etməksə gün-gündən çətinləşirdi. O, yerli əyanları idarəetməyə cəlb edir, zərdüştiliyi öyrənərək, özünü Allah (Zevsin oğlu) elan edir, fars və makedoniyalı şah ailələri, aristokratları arasındakı nikahları hər vəchlə həvəsləndirirdi. O, öz möhtəşəm imperiyasını uğurla idarə etməyə imkan verəcək yeni bir "ellin-fars" aristokratiyasının yaranmasını arzu edirdi. Bu istiqamətdə ilk addım Suz yaxınlığındakı təntənələrdə atılmış oldu - burada bir neçə gün ərzində iki ölkənin nümayəndələrinə toy çalındı. İskəndər özü eyni zamanda iki fars şahzadəsi - Daranın qızı Satira və III Artakserksin qızı Parisatida ilə ailə qurdu. Eyni gündə 80 nəfər yunan və makedoniyalını yerli əyanların övladları ilə evləndirdi. Fars qızlarını özlərinə arvad etmiş on minlərlə döyüşçüyə bahalı hədiyyələr bağışladı. Hər belə döyüşçü bir qızıl qədəhlə mükafatlandırıldı. Bu mərasimlərdə Yunanıstandan gəlmiş aktyor, musiqiçi və oyunbazlar iştirak edirdi.

İsgəndərin Azərbaycanda olması haqqında müxtəlif rəvayətlər var. Azərbaycan nağıllarında Makedoniyalı İsgəndərin adı çəkilir. Nizami Gəncəvinin "İsgəndərnamə" poemasında İsgəndərin həyatından, hərbi səfərlərindən, fəlsəfi görüşlərindən bəhs edilir, poemada onun Bərdə hakimi Nüşabə ilə görüşü də təsvir olunur.


Makedoniyalı İsgəndərin Qafqaza yürüşü

Makedoniyalı İsgəndərin qədim Azərbaycan səfərini təsdiq edən mənbələrdən biri və ən mötəbəri II əsr yunan tarixçisi Flavi Arrianın əsəridir. Onun "İsgəndərin hərbi yürüşləri" adlı əsərində İsgəndərin bu ölkəyə hərbi səfəri, döyüşləri və s. barədə ətraflı məlumat verilir. Tarixçinin yazdığına görə, Atropatena hökmdarı Atropatın komandanlığı altında iskit-sak, alban, girkan, tapur atlıları və kadusilər İsgəndərə qarşı vuruşmuşlar: "İskit tayfasından olub Asiyada yaşayan saklar da Daranın bilavasitə müttəfiqi kimi" İsgəndərə qarşı durmuşdu; Midiyalılara Atropat komandanlıq edirdi; kadusilər, albanlar və sakasenlər də midiyalıların tərəfində idi".

Hələ Strabon yazırdı: "Saklar kimmerilər və trerlər kimi yürüş etmişdilər: yürüşlərin biri daha uzaq, digəri isə yaxın məsafəyə olmuşdu. Onlar bu cür Baktriyanı tutdu və oraya özlərinin Sakasen adını qoydular, onlar kappadokiyalıların ölkəsinə, xüsusən ora qədər ki, o adamlar indi pontların adı ilə adlanan Yevksin dənizinədək yaşayırlar". Sak//sakalar, artıq məlum olduğu kimi, iskit-türk tayfalarından idilər. Hələ m.ö. təxminən IX-VI əsrlərdə yürüş etmiş, Qara dənizədək gedib çıxıbmışlar...

Strabon Makedoniyalı İsgəndərin Asiyanın Girkaniya, yəni Kaspi vilayətində olması, vilayətin çayları, məhsuldar torpaqları və s. barədə maraqlı məlumatlar verir. Tarixçinin məlumatına görə, hələ onun vaxtında Kaspi dənizi barədə İsgəndərin şöhrətpərəstliyi arzusuna uyğun düşünülüb uydurulmuş rəvayətlər də vardır.

Bu məlumatlarla F.Arrianın dedikləri tam uyğun gəlir. Lakin Arrian İsgəndər haqqında daha dəqiq məxəzləri, sarayın arxiv sənədlərini araşdırmış, real dəlillərə daha çox diqqət yetirmişdi. V.V.Struve Arrianın rus dilinə tərcüməsinə ön sözündə deyir: "Arrian kamil tarixçidir və İsgəndər onun üçün əfsanəvi qəhrəman deyil, tarixi şəxsiyyət idi: İsgəndər haqqında nağıl danışan bütün yazıçılardan fərqli olaraq o, öz iş üsuluna və müraciət etdiyi məxəzlərə görə daha etibarlıdır. O, İsgəndərin tarixi üçün tamam əvəzsiz materiallar: Makedoniyadan Hindistanadək onunla yol getmiş, onun bütün göstərişlərini yerinə yetirmiş və planlarının tərtibində iştirak etmiş müasirlərinin qeyd və xatirələrini əldə etmişdi...".

Nizami "İsgəndərnamə"ni yazarkən, ən etibarlı mənbə kimi Flavi Arriana daha çox müraciət etmiş, ondan daha çox bəhrələnmişdir.

F.Arrian yazırdı: "İsgəndər yürüş zamanı geri qalmış qoşun hissəsinin çatmasını gözlədi və Girkaniyaya yola düşdü. Bu ölkə Baktriyaya gedən yoldan solda yerləşirdi. Onu yüksək meşəli dağlar örtür, onun ardınca böyük dənizədək düzənlik başlanır. İsgəndər Girkaniyaya gəlirdi; öyrənmişdi ki, Dara qoşununda qulluq edən yadellilər dağlara, tapurlara tərəf qaçmışlar, onları tapurlarla birgə tabe etmək istəyirdi".

Strabon yazırdı: "İsgəndər Arazdan keçib Persepolisin özünə gedib çıxmış"dı.

F.Arrian yazırdı: "İsgəndər Qafqaz dağlarına gəlib çıxdı, orada şəhər saldı və ona İsgəndəriyyə adı verdi, adətincə, Tanrıya qurban kəsdi...". Yenə Arrianın verdiyi məlumata görə, İsgəndər öz qoşunu qarşısındakı nitqində özü deyir ki: "O, Qafqaz üzərindən keçib Kaspi keçidinin o tayına adlamışdı".

Böyük Qafqazın mənzərəli cənub ətəklərindən birində Alazan-Həftəran vadisində - Şəkinin Orta Zəyzid kəndində geniş bir sahəni əhatə edən (indi burada üç-dörd ailənin evi və həyatyanı torpaq sahələri yerləşir) qala divarlarının qalıqları var; qalanın bürc yerləri və mərkəz gümbəzi aydınca sezilir, tamam dağılıb məhv olmuşsa da, yaddaşlarda adı qalmışdır: "İsgəndər zülqərney qalası". Təəssüf ki, belə bir mühüm tarixi obyekt indiyədək arxeoloqlarımızın diqqətindən yayınmışdır. Görünür, Makedoniya fatehi Gürcüstanda Sarkine qalasındakı məğlubiyyətdən sonra Atropatenaya səfəri indiki Balakən-Şəki, Alazan - vadisi boyunca olubmuş ki, həm mənzərəli, həm də strateji cəhətdən əlverişli olan həmin yerdə əylənib düşərgə salıb, kənd camaatının hələ də yaddaşından silinməyən "Zülqərney qalası"nı tikdiribmiş. Bu qala - düşərgənin salındığı vaxt orada əhali yaşayıb-yaşamadığını demək çətindir.


Qeyd

Yuxarıda yazılanlar bəzi azərbaycanlı müəlliflərin şərhi əsasında yazılmışdır. Makedoniyalı İsgəndər və onun dövrünü tədqiq edən tarixçilər İsgəndərin hücumları, fəthləri və yaratdığı imperiyanın sərhədlərini müəyyən etmişlər (Məsələn, bax: ingiliscə Vikipedia). Bu barədə çoxsaylı monoqrafiyalar və elmi məqalələr yazılmışdır. Makedoniyalı İsgəndərin imperiyası indiki Cənubi Azərbaycan ərazisini də özünə daxil etmiş, lakin İsgəndər özü orada olmayıb, daha cənubdan keçib şərqə, sonra isə şimala doğru hərəkət edib. İndiki Şimali Azərbaycan ərazisi onun imperiyasına daxil olmayıb.

Nizami Makedoniyalı İsgəndəri Bərdə tərflərə gətirməklə onu ruslara qarşı qoymaq məqsədi güdmüşdür. Bu işdə də bilərəkdən anaxronizmə yol vermişdir (Tarix İsgəndər zamanında ruslar haqqında məlumat vermir və rusların Qafqaza, Qafqaz Azərbaycanına yürüşü də Nizami dövründən bir qədər əvvəl, 10-cu əsrdə baş vermişdi. Bu məsələ də tarixçilər və ədəbiyyatşünaslar tərəfindən tam qəbul edilmiş məsələdir.


Geri dön

Lexikon

  • 18 mart 2011 21:56
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
tewekurler

Cant_Breathe

  • 18 mart 2011 21:02
  • Məqalə: 64
  • Şərh: 1394
  • Bal:
{awards}
Chox sagol,Ucube_cocuk.

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..

::..ONSLAUGHT::..

  • 18 mart 2011 20:09
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Tşk maraqlıdı

Tşk maraqlıdı

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 18 mart 2011 19:30
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Tşk maraqlıdı

--------------------

Ulya

  • 18 mart 2011 19:28
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur.oxudum

MuslimGirl

  • 18 mart 2011 18:31
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Tesekkurler cox maraqli melumata gore. Umumiyyetle, tarixde en qudretli hokmdarlardan biri olub.

marlin

  • 18 mart 2011 18:28
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
melumata gore twk

--------------------

CandyGirl

  • 18 mart 2011 18:14
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 8
Cəmi: 21

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}