Rus Dizaynerinin 4 Növ Ağac Sortundan Hazırladığı Taxta Maus

 
Rus Dizaynerinin 4 Növ Ağac Sortundan Hazırladığı Taxta Maus

Rusiyanın məşhur dizayneri Alest Rukov on illərlə insana xidmət edə biləcək maus
yaratmaq qərarına gəlib. Onun fikrincə, kompüterin mausu müasir olduğu qədər də,
təbii olmalıdır. Bəlkə bu səbəbdəndir ki, dizayner özünəməxsus
qacetlər yaradarkən yalnız təbii materiallardan istifadə edir.

Bu taxta maus qədim ustaların sirləri əsasında xüsusi texnologiya ilə hazırlanmışdır.
Qeyd edək ki, təkcə bu texnologiyanın axtarışı 5 il vaxt tələb edib.

Rus Dizaynerinin 4 Növ Ağac Sortundan Hazırladığı Taxta Maus

Bu Məhsulun Digər Taxta Mauslardan Fərqi Nədir?

Bu mausu xatırladan bütün digər analoji məhsulların yalnız korpusu taxta
materialdandır. Onların tərkib hissəsi isə məşhur
firmaların istehsal etdiyi hazır detallardan ibarətdir.

Dizayner Alest Rukov isə təkcə korpusu deyil,
mausun bütün daxili hissələrini sıfırdan işləyib hazırlayıb.

Qırmızı və qara ağacın 4 qiymətli növündən hazırlanmış
bu funksional maus öz sahibini həqiqətən heyrətləndirəcək.

Rus Dizaynerinin 4 Növ Ağac Sortundan Hazırladığı Taxta Maus

Mausun Hazırlanması Nə Qədər Vaxt Tələb Edir?

a) Materialın hazırlanması,
yəni emalı və təbii şəkildə qurudulması 3 aydan 1 ilədək zaman alır;

b) 1 gün ərzində dəzgahda daxili hissələr istehsal olunur;

c) 3-4 həftə müddətində isə örtük çəkilir.

Maus Səsi də Nizamlaya Bilir

Qacetin məxsusi keyfiyyətlərindən biri də odur ki, o, səsin səviyyəsini nizamlamağa
imkan verir, beləliklə, kompüterə əlavə drayver və ya digər proqram təminatı
yüklənməyə ehtiyac qalmır. Başqa sözlə, bu aksesuar 2-si 1-ndə
rolunu oynayır: eyni zamanda həm maus, həm də səs nizamlayıcısı.

Rus Dizaynerinin 4 Növ Ağac Sortundan Hazırladığı Taxta Maus

Kabelin Özəlliyi

Mausun kabeli də özünəməxsusluğu ilə seçilir. Adi mausların dolaşmağa meylli olan
narahat tellərindən fərqli olaraq, bu qacetin kabelini istədiyiniz formada
əyərək mausa yaxın yerdə yerləşdirməklə tam rahatlıqla istifadə edə bilərsiniz.
Şəkildə gördüyünüz kimi, alıcı mausu sifariş verərkən
öz istəyinə uyğun olaraq 3 növ kabeldən birini seçə bilər.

Qeyd edək ki, bu tel məxsusi olaraq Alestin öz emalatxanasında
hazırlanır və yalnız bu dizayner məhsulu üçün tətbiq edilir.

Bu elastik və ələyatımlı kabel eyni zamanda özündə telli
mausun etibarlılığı və telsiz mausun rahatlılığını birləşdirib.

Dizayner Ekoloji Cəhətdən Təmiz Kompüter İşləyib Hazırlayacaq?

Hal-hazırda Alest Rukov qeyri-adi fləş üzərində işləyir.
Yaxın gələcəkdə isə onun kompüter işləyib hazırlamaq niyyəti də var.


Geri dön

Ulya

  • 20 mart 2011 14:09
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
twk

Lexikon

  • 19 mart 2011 23:11
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
serhleriniz

Nur_Ay

  • 19 mart 2011 22:08
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
tewekkurler

--------------------

kiss love

  • 19 mart 2011 20:08
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
maraqlidi twk what

--------------------

FanatkaJB

  • 19 mart 2011 16:38
  • Məqalə: 18
  • Şərh: 922
  • Bal:
{awards}
Ferqli ve maraqlidir,Twk)

--------------------

DEATH

  • 19 mart 2011 15:16
  • Məqalə: 1
  • Şərh: 134
  • Bal:
{awards}
maraqlidir

love__yoou

  • 19 mart 2011 13:58
  • Məqalə: 0
  • Şərh: 245
  • Bal:
{awards}
maraqlidi,, twk,

mutefekkir

  • 19 mart 2011 13:38
  • Məqalə: 7
  • Şərh: 191
  • Bal:
{awards}
maraglidi.......

marlin

  • 19 mart 2011 13:26
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
maraqli mausdu twk

maraqli mausdu twk

--------------------

CandyGirl

  • 19 mart 2011 12:56
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
halal olsun

--------------------

GlamouR_

  • 19 mart 2011 12:25
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
maraqlidir winked

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 36
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 478
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}