19 mart təhlükəlidir?

 
19 mart təhlükəlidir?

Bəzi alimlər insanları mart ayının 19-da diqqətli olmağa çağırıb. 18 ildən sonra bu tarixdə Ay Yerə ən yaxın məsafədə olacaq. Bəzi elm nümayəndələri hesab edir ki, bu hadisə dünyanın dörd bir yerində şiddətli təbii fəlakətlərə, zəlzələ və sunamilərə səbəb olacaq. Çünki Ay 19 martda Yerin sadəcə 356 min 578 kilometr məsafəsindən keçəcək.

Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev bildirib ki, Ayın bu dəfə Yerə yaxınlaşmasının fərqli xüsusiyyətləri olacaq. Müxtəlif illərdə Ay Yerə yaxınlaşsa da, heç bir zaman Ayın bədirlənmiş formada Yerə yaxınlaşması müşahidə olunmayıb.

Astrofizikin sözlərinə görə, Ay 2008-ci ildə də Yerin 350 min 570 kilometirliyindən keçib. Növbəti Ay keçməsi isə 2016-cı ildə baş verəcək. Bu isə Ayın Yerə ən yaxın keçməsi olacaq. Elçin Babayev deyir ki, Ayın Yerə yaxın keçməsindən təşvişə düşmək lazım deyil. Bu, adi astronomik hadisədir. Bu dəfə Ay Yerə yaxınlaşanda daha parlaq olacaq.

“Bu dəfə Ay Yerə daha yaxın keçir. Bu özü də nadir hadisədir ki, Ay bədirlənmiş, yəni bütöv formada keçəcək. 15 faizə qədər disk görünəcək. Ayın parıltısı 30 faiz olacaq. Bunun özünə əsrarəngiz astoronomik hadisə kimi baxmaq olar. Amma təşvişə səbəb görmürəm”, - deyə Elçin Babayev vurğulayıb.

Mütəxəssis eyni zamanda bildirir ki, Ayın Yer ətrafında fırlanması da yavaşlamağa başlayıb. Elçin Babayev Ayın Yerə yaxınlaşması ilə təbii fəlakətlərə, zəlzələ və sunamilərin olacağına inanmır. Onun sözlərinə görə, Yaponiyada baş verən zəlzələnin Ayın Yerə yaxınlaşması ilə əlaqəsi yoxdur. Amma fəallığını artıran tək Ay deyil. Günəş də son zamanlar fəallaşıb. Proqnozlara görə, yaxın 2-3 ildə Günəş özünün maksimum mərhələsinə çatacaq. Bundan isə insanlar deyil, texnika zərər görəcək. Enerjinin verilişində problemlər yaranacaq. Texniki cihazların fəaliyyəti iflic olacaq.

Astroloq Firidun Qurbansoy isə deyir ki, Günəş özünün inkişafını martın 19-da da göstərəcək. O, insanları bu təbiət hadisəsindən təlaşa düşməməyə çağırır. Astroloq Novruz bayramı günü hər kəsi sadəcə təbiətin şıltaqlaşmaması üçün dua etməyə çağırıb.

Qeyd edək ki, Ayın Yerə yaxınlaşması 1955-ci, 1974-cü, 1992-ci və 2005-ci illərdə olub. Həmin illərdə təbii fəlakətlər baş verib.


Geri dön

lonely crazy girl

  • 31 iyul 2011 18:21
  • Məqalə: 11
  • Şərh: 527
  • Bal:
tesekkur edirem

--------------------
(ړײ)♥ℒℴѵℯ ♥(ړײ)(ړײ)♥ℒℴѵℯ ♥(ړײ)

only-girl

  • 3 aprel 2011 11:36
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
Sitat: Nur_Ay
TSHK AMMA MEN QORXMURAM...QORXAN GOZE CHOOOOOOOOOP DUSHER...


--------------------

Ulya

  • 20 mart 2011 13:49
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
belay

Lexikon

  • 19 mart 2011 23:16
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
tewekurler

KriMiNaLkA

  • 19 mart 2011 20:52
  • Məqalə: 9
  • Şərh: 197
  • Bal:
{awards}
indi 19 martdir...hele hecne olmayib

Nur_Ay

  • 19 mart 2011 20:23
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
TSHK AMMA MEN QORXMURAM...QORXAN GOZE CHOOOOOOOOOP DUSHER... wink

--------------------

lider

  • 19 mart 2011 16:24
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TEWEKKURLER

TEWEKKURLER

mutefekkir

  • 19 mart 2011 14:39
  • Məqalə: 7
  • Şərh: 191
  • Bal:
{awards}
hecde bele deyil. heralimin sozun qebul etmek lazim deyil. smile
insanin en agir tehlukesi unun cehalrtidi! smile

marlin

  • 19 mart 2011 13:51
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
muellife tesekkur edirem

--------------------

_RONALDO_

  • 19 mart 2011 11:15
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
twk muellife ve xebere

--------------------

_RONALDO_

  • 19 mart 2011 10:57
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
twk xebere gore

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 67
Cəmi: 86

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}