Bəlkədə

 
Bəlkədə

Gedirsən…
Bilirdim gedəcəyini…
Həm də ilk gəldiyin gündən…
İlk dəfə “səndən heç yerə getməyəcəyəm” dediyin zamandan…


İlk dəfə “sən hər şeysən,səni heç bir şeyə dəyişmərəm” dediyin zaman əslində mən bilirdim gedəcəyini…
Eşq budur,deyəsən?! Getmə deyə bilmədiyim kimi, gəlmə də deyə bilmədim…
Deyə bilməzdim… Bir az da olsa mənim olmağın, bir az da olsa məndə qalmağın bəs idi mənə bəlkə də…
Heç mənim olmamağındansa. Bəlkə də bəs idi mənə yalan
olduğunu bilərək verdiyin sözlərlə yaşamaq, bir az da olsa eşqi səninlə dadmaq…
Bilmirəm…
Bəlkə də bilirdim, ancaq imkansıza inanmışdım, getməmə ehtimalına qapılmışdım…
Bəlkə də getməyini istəmədiyim üçün idi… Kim bilir…
Yaşamadığım bir şeyi dadmaq istəmişdim bəlkə də səninlə.
Bir günə bir ömür sığdırmaq istəmişdim… Heç beləsini yaşamamışdım…
Bəlkə də onun üçün açdım qapılarımı bütün cəsarətimlə, xoşbəxt sonla bitməyəcəyini bilə-bilə…

Sevdiyini bilirdim.

Bəlkə də əfsanə olmaq istəmişdim…

Xatırlayırsanmı, hər dəfə sənə “əsl sevgilər qovuşmur,
bax Leyli-Məcnununa qovuşmadı” deyəndə, gülürdün mənə, “biz qovuşacağıq” deyirdin…
İki nəfər sevəndə, qovuşmursa, bax o əfsanə olur…

Biz də əfsanələrə qarışdıq, birdənəm…


Kim bilir, sonum ol istəmişəm bəlkə də… Səni heç bilmədən, səni heç dadmadan
bir ömür yaşamaqdansa, sənli keçən qısa bir zamanın ardından son olmaq istəmişəm bəlkə də…
Sən uzaqlaşarkən, hər atdığın addımda yox olmaq istəmişəm bəlkə də…
Bəlkə də heç nə istəmirdim…

İstədiyim bircə şey sadəcə sən idin… Sən də getdin…


Desəm ki, üzülürəm, desəm ki, peşimanam, inanma.
Mən səndə özümü tapdım və elə səndə də itirdim…

Bəlkə də mən sadəcə səndə yox olmaq istəyirdim…
Kim bilir… Bəlkə də…


Geri dön

only-girl

  • 22 mart 2011 17:18
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
Bəlkə də əfsanə olmaq istəmişdim…

--------------------

Ulya

  • 20 mart 2011 13:51
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
twk

Lexikon

  • 19 mart 2011 23:14
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
tewekurler

Nur_Ay

  • 19 mart 2011 20:27
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
TSHK BACISHKA MARAQLI IDI...

--------------------

marlin

  • 19 mart 2011 13:48
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
twk maraqliydi

--------------------

still girl

  • 19 mart 2011 11:47
  • Məqalə: 0
  • Şərh: 48
  • Bal:
{awards}
ela tws winked

_RONALDO_

  • 19 mart 2011 11:13
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
twk muellife ve xebere

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 28
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}