Bir uşağın namaz qılma Əhvalatı

 
Bir uşağın namaz qılma Əhvalatı

Bir uşağın namaz qılma Əhvalatı:

Türkan xanım dindar bir ailədə böyümüşdü. Anası hər fürsətdə ona və
qardaşlarına namaz qılmalarını söyləyər, hətta əsəbləşərək onlara xəbərdarlıq edərdi.
Türkan xanım namazın qılınması lazım olduğuna inanır, amma yenə də
qılmazdı, çünki qılmaq nəfsinə çətin gəlirdi. Bəzən başlayır, sonra tərk edərdi.

Evləndi və uşaqları oldu. Anası hər gəldiyində eyni şəkildə namaz qılmaları üçün
xəbərdarlıq etməyi davam etdirir, o da təkidlə qılmamağa davam edirdi.
Çox istəməsinə baxmayaraq heç cür nəfsinə qalib gələ bilmirdi. Bir gün yoldaşları
onlara qonaq gəldi. Onlardan biri anasını da gətirmişdi. Xala elə şirin danışırdı ki,
onu dinləyən saatlar keçsə usanmazdı. Xala bir ara namaz mövzusuna toxundu.
O izah edərkən, Türkan xanım anasını xatırlamış və anasının köhnə
günlərdəki namaz xəbərdarlıqlarını düşünürdü. Indi də xalanı zövqlə dinləyirdi.


Türkan Xanımın kiçik oğlu Zəkəriyyə, dörd yaşında idi. Oynadığı oyunu buraxmış,
xalanın oturacağı dibində iki əlini yumruq edib üzünə söykəmiş bir şəkildə,
tərpənmədən dinləyirdi. Anası Kərəm üçün mətbəxlə salon arasında var-gəl edərkən
mövzu dəyişmişdi. O da onların yanına oturub söhbətin gözəlliyinə qapılaraq çayını içməyə başladı.

"Ana, sənin yerinə mən namaza başlayacağam"

Tam bu sırada mətbəxdən bir səs-küy gəldi. Arxasından da oğlunun qışqırığı eşidildi.
Təlaşla mətbəxə qaçdı Türkan xanım. Indi də qorxuyla arxasından getdilər.
Oğlu bir kürsü qoyaraq tualetə çıxmışdı. Bir ayağı əlüzyuyanın içində, digəri isə çöldə idi.
Kürsü aşmış yerdə olanda da, oğlu da əlüzyuyanın kənarında qorxmuş
bir şəkildə asılı dururdu. Qaçıb qucağına götürdü. Su içəcəyini zənn edərək:
"Istəsəydin mən verərdim balam, ya düşüb bir yerinə zərər versəydin" deyə təlaşla qışqırdı.


Türkan xanım oğlunun verdiyi cavabı, uzun illər keçməsinə
baxmayaraq hələ də unuda bilmir çünki belə demişdi uşağı:

"Ana, mən dəstəmaz alacaqdım. Xala dedi axı, namaz qılmayanlara Allah
cəza verəcək. Mən də, sən cəza almayasan deyə sənin yerinə namaza başlayacaqdım. "

O an Türkan xanım, təpədən dırnağa titrədiyini hiss etdi. Allah, illərcə namaz qılmayan
Türkan Xanıma oğlunun davranışıyla müdhiş bir dərs vermişdi. Balasına sarılıb dəqiqələrlə ağladı...


Geri dön

music_angel

  • 4 sentyabr 2011 17:42
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

tunar_mamedov

  • 23 aprel 2011 16:36
  • Məqalə: 0
  • Şərh: 259
  • Bal:
{awards}
oznuze rehm etmirsiz usaglara rehmniz gelsin feel

oznuze rehm etmirsiz usaglara rehminiz gelsin feel

sevgi_meleyim.

  • 20 mart 2011 16:22
  • Məqalə: 17
  • Şərh: 551
  • Bal:
{awards}
Mohtesem Vallah. cox gozel, oglunun anasina verdiyi cavab ise menide titretdi. Demek Allah Turkan xanimida mehz oz oglunun sayesinde Rehm etmisdi. Hec kim bilmirki Allah insani harda ve nece Hidayet eliyir. Burdada bu xanimin Hidayeti idi.Uzun iller kecmesine baxmayaraq oz oglu sayesinde Hidayet olundu. Allah razi olsun InseAllah. InseALlah Allah bizleride hidayet etsin ve bizleri bagislanmamis bu dunyadan aparmasin. Amin ya Rebbel Alemin.

--------------------
Rebbim bir insan qoy qelbime
Amma o insan senin de sevdiyin olsun
Ve mene ele bir insan sevdir ki,
O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki,
Menden evvel onunla goruwmuw olan Sen olasan.....Amin.

Ulya

  • 20 mart 2011 13:55
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Anastasiya,
he smile

Lexikon

  • 19 mart 2011 23:13
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
tewekurler

Nur_Ay

  • 19 mart 2011 20:32
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
twk xeber ucun

--------------------

marlin

  • 19 mart 2011 13:45
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
cooox maraqliydi twk edirem

--------------------

mutefekkir

  • 19 mart 2011 13:43
  • Məqalə: 7
  • Şərh: 191
  • Bal:
{awards}
oznuze rehm etmisis usaglara remiz gelsin wink

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 46
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 441
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 27
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}