Novruz adətləri

 
Novruz adətləri

Hər xalqın həyatında, məişətində çoxlu bayramlar olsa da, onlardan biri daha məşhur,
daha sevimli olur. Azərbaycan xalqınında eləliklə keçirdiyi belə bir bayram Novruz bayramıdır.

Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir..
Bu vaxt qış qurtarır, Yaz fəsli başlayır. Elə Novruz bayramıda bu gündə keçirilir.
Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü,
təbiətin canlanması, torpağın oyanması bayramıdır.
Adamlar novruz bayramının pişvazına çıxarlar.

Novruz adətləri

Onu nəğməylə qarşılayarlar:

Novruz, novruz bahara,
Güllər, güllər nübara,
Bağçamızda gül olsun,
Gül olsun bülbül olsun,
Bahar gəldi, Bahar gəldi, Xoş gəldi,
Xəstə könül onu görcək dirçəldi.


Əkinçi məhsul əkəcəyi torpağın şumuna başlayır.
Bağban meyvə ağacların quru budağlarını kəsib atır.
Uşaqlar Novruz gülü, qar çiçəyi üçün meşələrə, çöllərə üz tuturlar.

El-obada, hər ayilədə Novruz Bayramının gəlməsinə azı bir ay qalmış hazırlıq işləri aparılır.
Evlər Ağardılır, Paltar-palaz, qab-qacaq yuyulur.
Həyət-baca süpürülüb təmizlənir. Hamı üçün təzə paltar tikilməyə cəhd göstərilir.

Novruz bayramının çərşənbələrində həyətlərdə tongal yandırılır.
Tonqalın üstündən hoppanıb köhnə ilin azar-bezarı da yandırılır.
Odun üstündən hoppananlar nəğmələrdə oxuyarlar.

Novruz adətləri

Ağırlığım-uğurluğum odlara,
Yazda mənlə hoppanmayan yadlara.


Yaxud:

Ağrım-uğrum tökülsün,
Oda düşüb kül olsun.
Yansın alov saçılsın,
Mənim bəxtim açılsın.


Novruz bayramında qulaq falına çıxmaq adəti də vardır.
Qaranlıq düşəndə niyyət tutub qonşuların danışıqlarına qulaq asmağa gedərlər.
Ilk eşidilən söz tutulmuş niyyətə uyğun olaraq yozulur.

Odur ki, Novruz bayramı axşamında evlərdə könül açan, ümid verən söhbətlər danışılmalıdır.
Novruz bayramında ən çox yayılmış adətlərdən biri də qurşaq salmaqdır.
Daha çox uşaqlar, cavanlar qaranlıq düşəndə evbəev
gəzib bacadan, pəncərədən qurşaq sallayıb bayrampayı alırlar.

Novruz adətləri

Onların qurşaqlarına qovurqa, boyanmış yumurta, alma, armud, ərik,
qavalı qurusu, cürbəcür şirniyyatlar bağlayırlar.
Azərbaycanın böyük şairi şəhriyar da " Heydərbabaya salam" əsərində bu qurşaq sallamadan danışıb:

Bayram idi gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydaydı şal sallamaq,
Bəy şalına bayrampayı bağlamaq.
şal istədim məndə evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qullamgilə qaçdım şalı salladım,
Fatma xala mənə corab bağladı.
Xan nənəmi yada salıb ağladı.


Novruz bayramı süfrəsinə cürbəcür xörəklər, çərəz, şirniyyat düzülür.
Səməni, gül-çiçək, güzgü, su, qızıl əşyalar qoyulur.
Evdəkilərin hər birinin adına şam yandırılır.

Inama görə, Novruz bayramı axşamında hər kəs gərək öz evində olsun.
Həm də hamı dərd-qəmi unudub şən ovqatlı olmalıdır.
Onda bütün il adam üçün elə belə keçər.

Novruz adətləri

Novruz bayramı günündə adamlar taza paltarlarını geyib bir-birinin evinə bayram
təbrikinə gedər, hədiyyələr apararlar. Bayramlaşmağa gələnlər üçün süfrəyə
Novruz munasibətilə bişirilmiş şəkərbura, paxlava,
qoğal və başqa şirniyyatlar, çərəzlər düzülür.

Novruz bayramında kin-küdürət unudulmalıdır.
Heç kəs gərək bir-biri ilə küsülü qalmasın.

Novruz bayramı yadda bolluq, xeyirxahlıq,
gözəllik bayramı kimi qalır.

BÜTÜN AZƏRBAYCAN XALQİNİN BAYRAMİN TƏBRİK EDİRƏM!


Geri dön

Ulya

  • 20 mart 2011 14:42
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
cox gozel adetlerimiz var

Lexikon

  • 19 mart 2011 22:31
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
tewekurler

Nur_Ay

  • 19 mart 2011 22:31
  • Məqalə: 220
  • Şərh: 2134
  • Bal:
{awards}
Cox Maraqli Adetlerimiz Var Twk...

--------------------

фея

  • 19 mart 2011 21:34
  • Məqalə: 594
  • Şərh: 2972
  • Bal:
{awards}
bayramimiz mubarek nece bele illere cox saqol xebere gore

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

::..ONSLAUGHT::..

  • 19 mart 2011 21:07
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
tewekkur edirem

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Cici-Kiz

  • 19 mart 2011 20:46
  • Məqalə: 38
  • Şərh: 654
  • Bal:
{awards}
BU GÖZEL TƏRTİB OLUNMUŞ, HƏQİQƏTƏN BAYRAM ƏHVAL-RUHİYYƏSİ YARADAN GÖZƏL XƏBƏR ÜÇÜN MİNNƏTDARAM. HƏR KƏSİN BAYRAMI MÜBARƏK, BU BAYRAM HƏM DƏ ONA GÖRƏ BİZƏ ƏSİZDİR Kİ, İSLAM ALƏMİNDƏ DƏ BU BAYRAMA ÇOX DƏYƏR VERİLİR.
////////
__////////__


--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

AskZede

  • 19 mart 2011 20:08
  • Məqalə: 10
  • Şərh: 676
  • Bal:
{awards}
Cooox Maraqli Adetlerimiz Var Twk...love

--------------------

kiss love

  • 19 mart 2011 20:04
  • Məqalə: 4
  • Şərh: 1278
  • Bal:
{awards}
ilk serh menden bayraminiz mubarek

xeberim biraz var idi indi tam oldu twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 42
Cəmi: 58

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 43
Cəmi: 149
 
The Shield
Xəbərləri: 41
Cəmi: 302
 
Darling
Xəbərləri: 39
Cəmi: 924
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 79
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 16
Cəmi: 58
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 74
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}