Dostuma məktub

 
Dostuma məktub


Salam gülən gözlü dostum,dodağındakı təbəssümü itirməmisən hələ.Nə gözəl dünyaya gülən gözlərlə baxa bilmək və insanlara təbəssümlər saça bilmək…
Bilirəm,kədərlənirsən soyuq baxışlarla rastlaşınca.Nə edək dostum,hər kəs sənin kimi ola bilməz.Eşidə bilirəm "Xeyir olmalıdır" söylədiyini.
Düzdür dostum,əslində bütün insanlar sənin kimi olmalıdır.Əgər bilsələr bir təbəssümlə nə edə biləcəklərini,bir körpənin gözlərindəki işığı bir təbəssümlə necə görəcəklərini,dərdlərlə dolu bir insana necə dünyaları verəcəklərini bilsələr və gülən gözlərin ürəklərdəki olan buzları necə ərittiyini bilsələr,əminəm ki,onlar da sənin kimi olmaq istəyərlərdi....
Və sevgi saçırsan gülən gözlərinlə dostum.Saf və heç bir gözləntisi olmayan bir körpə kimi.Xeyir dostum,sevgi sadəcə sevgiylə eşidilməz,
sevgi pakdır,onun yeri ürəklərdədir….
Bir ananın qəlbindədir,onun yeri övladına verə bilmək üçün.Onun yeri bostançının əllərindədir,sevgi toxumları səpə bilmək üçün.Bəli...sevgi hər yerdədir....
Kifayətdir ki,sən onu tapmaq istə.Sevgini tapmaq asan,çətin olan onu əlində tuta bilməkdir.Unutma dostum,Sevgini bilməklə də iş bitmir,Sevgini göstərmək lazımdır.
Həyat çox qısa dostum,bu gün olan sabah yoxdur.Sevgini göstərmək üçün gözləmək lazım deyil.Sabah çox gec ola bilər.Əlindəkini itirmədən qiymətini bilməlisən.Bilirəm dostum,fikirlərimi düz bilirsən.İndi sevdiyinin yanına get.Öncə ona gülən gözlərinlə istiqanla gülümsə və "Səni Sevirəm" de daxilindən gələn ən uca istiqanlı səsinlə.Xeyir bunlar gülməli deyil,dostum....
Səni sevirəm ana,ata,bacım v.s deməyi gülməli deyil.Bu sənin kimi bütün canlılara qarşı sonsuz bir sevgi bilən insan üçün heç də çətin deyil.Sadəcə bir az cəsarətli ol,dostum.Bu təkcə ürəyinin buz bağladığını,daşlaşdığını təsəvvür edən insanlara bir az çətin olacaqdır,amma onlar da sənin göstərdiyin cəsarəti göstərsələr,qəlblərində sevgi döyüntülərini hissetdiklərində və ağlamağı öyrənsələr,inan hər şey onlar üçün və insanlar üçün daha gözəl olacaq.
Bəli dostum,gülmək olduğu yerdə kədərli olmaq niyə,güldürmək olan yerdə ağlatmaq niyə,gözəl sözlər demek olarsa ,ürəkləri qırmaq niyə?
Həyat çox qısa ,dostum və bu dünyadakı heç bir şey qırılan qəlblərə dəyməz.
İndilik hələlik, dostum, darixanda meni yada sal…


Dostuma məktub


P.S :Əlinizə bir vərəq və bir qələm alsanız hansı sevdiyinizə məktub yazardız?


Geri dön

qonce

  • 14 iyul 2011 19:21
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
Tesekkur,1gun yazib bura yerlesdirerem qismet olsa,oxuyub aglayarsiniz....(z)

Lexikon

  • 12 mart 2011 01:54
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
tewekurler...

Mr_Unlimited

  • 15 iyul 2010 14:00
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
mende elime qelem kagiz duwseydi ilk olaraq qardawima yazardim .. ama teesuf ki ona bu mektub hec zaman gedib catmayacaq

LOVE IS DEAD

  • 15 iyul 2010 04:18
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
{awards}
teshekkurler cox coxxxxxxxxxxxx maraqlidir
elime vereq qelem alsam evveller yazdigim dostuma mektub yazardim............ o bunu hec vaxt bilmesede men onun ucun cox darixmisham ONU cooooooooooooooooooooooooooooooox sevirem A
...

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.

I_DoN t_LoVe

  • 15 iyul 2010 04:02
  • Məqalə: 0
  • Şərh: 20
  • Bal:
{awards}
TWK..........

--------------------
...............Tecrube_insanin_heyatda_etdiyi_sehvlerin_cemidir................

Ulya

  • 15 iyul 2010 03:19
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tewekkur.

Jackson_fanatı

  • 14 iyul 2010 12:19
  • Məqalə: 0
  • Şərh: 788
  • Bal:
{awards}
əla

Persofona

  • 14 iyul 2010 09:27
  • Məqalə: 24
  • Şərh: 562
  • Bal:
{awards}
tesekkurler

Yusif

  • 14 iyul 2010 08:30
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
wink tsk

Jackson_fanatı

  • 14 iyul 2010 07:14
  • Məqalə: 0
  • Şərh: 788
  • Bal:
{awards}
thanks .... Teşekkür...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 21
Cəmi: 34

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}