Maraqlı dostluq kəlamları

 
Maraqlı dostluq kəlamları

İnsan öz dostunun dinindədir. Belə isə hər biriniz kiminlə dostluq etməyinizin fərqində olun.
( Həzrəti Muhəmməd )

Dostlar müxtəlif bədənlərdə bir ruhdurlar.
( Həzrəti Əli )

Dostluq, mehribanlıq göstərsən, ey yar,
Gəlib qulun olar azad adamlar.
( Nizami Gəncəvi )

Dost, dost, yenə dost sədaqətin cövhəridir.
( Zeynalabdin Şirvani )

Dost rahatlıq verən bir məlhəmdir.
( Nizami Gəncəvi )

Dostların xətası yadların doğrusundan yaxındır.
( Cəlaləddin Rumi)

Əsl dost sənin səhvlərinə göz yumar, sirlərini qoruyan və lazım gəlsə, sənə nəsihət verər.
( İbn Sina )

Sən yağ-bal içində üzərkən qardaşlıqdan, dostluqdan dəm vuranlara çox da inanma; əsl dost o adamdır ki, sənin ağır vaxtlarında, ehtiyac məqamlarında kömək əlini uzatsın.
( Sədi Şirazi )

Həqiqi dostluq mənəvi fədakarlıqdır.
( Naməlum )

Dostluğun qolları bir-birimizi dünyanın bir ucundan o biri ucuna kimi qucaqlaya biləcək qədər uzundur.
( Mişel de Monten )

Bədənin səfası dərman, ruhun səfası isə dostdur.
( Avreli Avqustin )

Əsl dost sağlamlıq kimidir: dəyəri itirildikdən sonra bilinir.
( Migel de Servantes )

Zaman dostluğun məhək daşıdır.
( Naməlum )

Ağac kökləri ilə yaşar, insan dostları ilə.
( Hind atalar sözü )

Evin qiyməti ora gələn dostlardan bilinər.
( Ralf Emerson )

Çətin məsələlər dostlar arasında bölüşdürülsə, həlli asan olar.
( Vilson Follet )

Qardaş dost olmaya bilər, amma dost həmişə qardaş olmalıdır.
( Bencamin Franklin )

Dostluq əntiq əşya kimidir—zaman ötdükcə qiyməti artır.
( Mohann Volfqanq Höte )

Əsl dost yer üzünün əşrəfidir, ancaq çox az adam onu tapmağa çalışır.
( Fransua de Laroşfuko )

Xoşbəxtlik yaxşı dost və yoldaş seçə bilməkdən asılıdır.
( Con Lebbok )

Müharibə igidi, qəzəb müdriki, ehtiyac isə dostu sınağa çəkir.
( Naməlum )

Mənə hər şeydə mənimlə razılaşan, mən başımı əyəndə başını əyən dost lazım deyil. Ona qalsa, mənim kölgəm də dostumdur.
( Plutarx )

Həqiqi dostluqdan savayı, bütün münasibətlər müvəqqətidir.
( Roman Rollan )

Dostlar iki cür olur: birincisi sizi güldürənlərdir ki, onlara çox etibar etmək olmaz; ikincisi sizi düşündürənlərdir ki, onların qədrini bilmək lazımdır.
( Jan Batist Sey )

Həqiqi dostluq möhkəm kökü olan nəhəng bir ağaca bənzəyir: ən güclü fırtına da onu qoparıb yıxa bilməz.
( Anri Torye )

Ata xəzinə, qardaş dayaqdır; dost isə həm xəzinədir, həm də dayaq.
( İngilis atalar sözü )

Səmimiyyət və dostluq ən çətin tapılan nemətdir.
( Napoleon Bonapart )

Güllər, lalələr, qərənfillər, bütün çiçəklər solar, polad və dəmir qırılar, ancaq həqiqi dostluq nə solar, nə də qırılar.
( Fridrix Nitsşe )

Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar.
( Naməlum )

Dostunun sağ ayağı axsayırsa, sən sol ayağınla axsa ki, dostluğunuz daim müvazinətdə olsun.
( Jül Renar )


Geri dön

only-girl

  • 6 aprel 2011 21:20
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
mmmmmmmmm yaxwidi

--------------------

Made_In_Bakinka

  • 22 mart 2011 01:15
  • Məqalə: 86
  • Şərh: 2343
  • Bal:
{awards}
Mənə hər şeydə mənimlə razılaşan, mən başımı əyəndə başını əyən dost lazım deyil. Ona qalsa, mənim kölgəm də dostumdur.
( Plutarx )



Lexikon

  • 22 mart 2011 00:01
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
tewekurler

cox sag ol

ZEHRA

  • 21 mart 2011 20:58
  • Məqalə: 169
  • Şərh: 1948
  • Bal:
{awards}
tewekkurler

Nur_Ay

  • 21 mart 2011 19:46
  • Məqalə: 220
  • Şərh: 2134
  • Bal:
{awards}
hamisini beyendim.tesekkurler

--------------------

marlin

  • 21 mart 2011 19:37
  • Məqalə: 221
  • Şərh: 1616
  • Bal:
{awards}
tewekkurler

--------------------

Hazal_Kaya

  • 21 mart 2011 18:47
  • Məqalə: 17
  • Şərh: 722
  • Bal:
{awards}
tewekkurler

MuslimGirl

  • 21 mart 2011 15:50
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
Dostlar iki cür olur: birincisi sizi güldürənlərdir ki, onlara çox etibar etmək olmaz; ikincisi sizi düşündürənlərdir ki, onların qədrini bilmək lazımdır.
( Jan Batist Sey )

Sən yağ-bal içində üzərkən qardaşlıqdan, dostluqdan dəm vuranlara çox da inanma; əsl dost o adamdır ki, sənin ağır vaxtlarında, ehtiyac məqamlarında kömək əlini uzatsın.
Mənə hər şeydə mənimlə razılaşan, mən başımı əyəndə başını əyən dost lazım deyil. Ona qalsa, mənim kölgəm də dostumdur.
( Plutarx )


Baciska, inan ki, hansini sitat getireceyimi bilmedim. Hamisi biri-birinden gozel ve dahi fikirlerdir. Allah hamiya gozel dostlar qismet etsin! Ozunu dost adlandiran yoldaslar yox. Amin! Tesekkurler

FanatkaJB

  • 21 mart 2011 15:16
  • Məqalə: 18
  • Şərh: 918
  • Bal:
{awards}
Həqiqi dostluqdan savayı, bütün münasibətlər müvəqqətidir.


THNX)))))

--------------------

Cant_Breathe

  • 21 mart 2011 15:00
  • Məqalə: 64
  • Şərh: 1389
  • Bal:
{awards}
Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar.

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..

Ulya

  • 21 mart 2011 13:48
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar.
( Naməlum )

hamisini beyendim. winked

lider

  • 21 mart 2011 13:32
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
tewekkurler

_RONALDO_

  • 21 mart 2011 13:16
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
TESEKKURLER

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 43
Cəmi: 62

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 627
 
MiSS HaPPy)
Xəbərləri: 35
Cəmi: 66
 
ஐ Payiz ஐ
Xəbərləri: 31
Cəmi: 45
 
Arzu_zadeh
Xəbərləri: 30
Cəmi: 166
 
♔Hе важно∞
Xəbərləri: 25
Cəmi: 140
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}