Elçin Həmidovun ölümündən öncə verdiyi sonuncu müsahibəsi

 
Elçin Həmidovun ölümündən öncə verdiyi sonuncu müsahibəsi

Əməkdar artist, Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olan Elçin Həmidovla görüşümüz çətinliklə, uzun sürən danışıqlardan sonra baş tutdu. Bu, təsadüfi deyildi, çünki o, ümumiyyətlə heç kimə müsahibə vermirdi. Amma inadkarlığımız onu inadından döndərdi. Nəhayət ki, öz qəhrəmanımızı yeni tamaşanın premyerasından sonra yaxalaya bildik. Xeyli söhbət etdik. Uşaqlıq illərindən, ailəsinin başına gələn müsibətlərdən danışdı. Arada kövrəldi, nəmli gözlərini gizlətmək üçün üzünü yana çevirdi. Onu acı xatirələrlə dolu olan uşaqlıq, gənclik illərinə qaytardığım üçün bir qədər peşman oldum. Sanki yarasının qaysağını qoparmışdım. Hamını güldürən Elçin həmin gün ağlayırdı. Mən isə jurnalist soyuqqanlılığını itirməməyə çalışırdım. Axı, hardan biləydim ki, Gənc Tamaşaçılar Teatrı ilə üzbəüz kafedə söhbət etdiyim Elçin Həmidovun ölümünə cəmi bir neçə gün qalır və bu, onun son müsahibəsi olacaq...

- Elçin bəy, KİV-də Sizin haqqınızda məlumatlara, demək olar ki, rast gəlinmir. Səbəb nədir?
- Mətbuatdan qaçıram. Qalmaqalları, intriqaları sevmirəm. 37 ildir teatrda işləyirəm. Bu müddət ərzində kiməsə paxıllıq etməmişəm, ev yıxmamışam, kiminsə rolunda gözüm olmayıb. Hansı rolu veriblərsə, onu oynamışam.

4-5 il öncə bir xanım jurnalistə müsahibə vermişdim və bildirmişdim ki, həyatım çox acınacaqlı olub, yetimçiliklə keçib. O isə yazmışdı ki, yetimlər evində böyümüşəm. Ondan sonra özümə söz verdim ki, müsahibə verməyim. Sizə hörmətim olduğuna görə, razılaşdım. 10 günlük get-gəldən sonra axır ki, məni tutdunuz.

- Deyəsən, səmimiyyəti sevirsiniz...
- Mənə çox vaxt deyirlər, gözlərinizdən bilinir ki, dərdli insansınız. Amma bunu ətrafdakılara heç vaxt büruzə vermirəm. Nə gizlədim, həyatım boyu çox əziyyət çəkmişəm. Ailəmizdə 6 nəfər olmuşuq, 10 yaşımdan ata-anamı, sonra da bacımı, qardaşlarımı itirmişəm. Anam, bacım xəstə olub, bir qardaşım isə bacıma görə havalanıb, özünü dənizə atdı. Tək qalmışam.

- Yəqin ki, belə stresslərdən sonra rol oynamaq da çətindir?
- Əksinə, bu, mənə bir çox obrazlarımı təsirli yaratmağıma kömək edir. Görürsünüz, "Məhəllə"də necə ağlayıram? Hamısı ürəyimdən gəlir. Təbii ağlayıram.

- Rollarınızı dəqiqliklə yaradırsınız. Yəqin üzərində çox işləyirsiniz?
- Sevdiyim sənətkarları parodiya etmək içimdən gəlir. Cəmi bir dəfə məşq edirəm, aylarla güzgünün qabağında dayanmıram. Bu, Allah vergisidir.
Tamaşalardakı rollarım heç vaxt birdən-birə alınmır, çünki onu tapana kimi axtarışda oluram. Deyilənə görə, axırda yaxşı alınır. Amma heç vaxt özümdən razı olmamışam. Həmişə narazı və məsuliyyətli olmuşam ki, nəticə yaxşı alınsın.

- Yeri gəlmişkən, bu gün Bəhram Osmanovun Qoqolun "Evlənmə" əsəri əsasında qoyduğu tamaşada da fərqli və yaddaqalan obraz yarada bildiniz...
- Qürur duyuram ki, Bəhram kimi rejissoru teatrımıza dəvət ediblər. Birinci dəfədir belə bir klassik tamaşada oynayıram. Zövq aldım. Dedilər, obrazım alınıb. Amma bu rola girmək asan deyildi. Yaşı ötmüş, simicliyindən ailə qurmamış Yayiçnitsa ciddi insan olsa da, xarici görkəmi, mimika və hərəkətləri, düşdüyü situasiya gülməlidir (Gülür-E.Ü.). Bəlkə də evlənməyə ona qarnı mane olub.

- Siz də ailə qurmamısınız...
- Bu barədə heç vaxt danışmıram.

- Həyatınız Sizi qane edir?
- Yox. Çünki əzizlərimi itirmişəm. İtirdiklərim qazandıqlarımdan çox olub. Mən də istərdim ki, əzizlərim - ata-anam, bacı-qardaşım müvəffəqiyyətlərimi görsünlər. Bugünkü premyerada aktyorların hər birinin yaxınları zalda idi. Mənimsə zalda ancaq tamaşaçılarım olur. Bu, mənə çox pis təsir edir. Tamaşadan, konsertdən sonra otağıma gedirəm, özümə gələ bilmirəm.

- Şəxsi həyatınızı kənara qoyaq. Yaradıcılığınızda necə, hər şey uğurlu, istədiyiniz kimi olub?
- Deyə bilmərəm ki, hər şey tam istədiyim kimi olub. Amma teatrda da, digər çıxışlarımda da aktyor kimi sözümü deyə bilmişəm. Televiziya verilişlərində aparıcılıq qabiliyyətimi də göstərmişəm.

- Çox tamaşalarda oynamısınız. Ən çox ürəyinizə yatan rol hansı olub?
- Heç vaxt heç bir obrazın aludəçisi olmamışam. Hansısa rol üçün bədii rəhbərə, yaxud baş rejissora ərizə yazmamışam. Mənə verilən hər bir obrazımı sevib oynamışam. Sevmədiyim roldansa ərizə yazıb imtina etmişəm. Obrazın böyük-kiçikliyinin mənim üçün böyük əhəmiyyəti yoxdur. Əslində, mən çox vaxt kiçik rolları oynamışam və onlarla da yadda qalmışam. Kiçik rolu elə oynamaq olar ki, böyük rollar qıraqda qalar.

- Daima bir teatrda çalışmısınız?
- 1980-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin Dram və kinoaktyorluq fakültəsini bitirdim. Vokal səsim olduğuna görə təyinatımı Musiqili Komediya Teatrına verdilər. O vaxtdan bəri orada çalışıram. Əslində, hələ instituta qədər də bu teatrın işıq sexində işləmişəm. 15 yaşım olanda projektorla aktyorların üzərinə işıq salırdım. Sonra xorda da işlədim.

- "Muskomediya" aktyorlarının əksəriyyətinin yaxşı səsi var. 1990-cı illərin ortalarında bir çox aktyorlarımız müğənnilik eşqinə düşərək oxumağa başladılar. Amma çoxları özlərini təsdiqləyə bilmədi. Sizdə necə, belə bir arzu olub?
- Məncə, həmkarlarım üçün bu, bir hobbi idi. Heç vaxt müğənnilik etmək həvəsində olmamışam. Məni tanıyanlar bilirlər ki, çox güclü vokal səsim var. Nədənsə, teatrı sevib seçdim. Vaxtında çalışsaydım, böyük müğənni ola bilərdim.

- Səhnə yoldaşlarınızın müğənniliyə yönəlməsinə necə baxırsınız?
- Səsi varsa, niyə oxumasın?! Səsi yoxdursa, oxumasa yaxşıdır. Ad çəkmirəm. İntriqalardan uzağam, kiminsə arxasınca danışmaq istəmirəm.

- İmkanlı tanışlarınız Sizə diskinizi çıxarmaq üçün dəstək göstərsələr, nə edərsiniz?

- Heç vaxt razı olmaram. Belə təkliflər olub, istəməmişəm.

- Bir neçə filmə çəkilmisiniz. Kino fəaliyyətinizi necə qiymətləndirirsiniz?
- Ürəyimcə deyil. Nədənsə, lazımi filmlər çəkilmir. Kino sahəsində məndən yetərincə istifadə etmirlər. Yaş da ötür. Artıq qocalığa tərəf gedirəm.

- Uzun illər teatrda çalışmış insan kimi onun bugünkü çətin durumunu nə ilə izah edərdiniz?
- Keçid dövrüdür. Camaatımızın vəziyyəti elədir ki, teatra getmək həvəsində deyillər. Teatra çox az gəlirlər. Qoy, bu işlə mütəxəssislər - teatrı yaradanlar, bilet satanlar, reklamçılar məşğul olsunlar. Mən aktyoram, rolumu oynayıb gedirəm.

- Teatrın repertuarı Sizi qane edir?
- Qane edir. Amma bir neçə tamaşa var ki, çox zəifdir. Bəzilərində mən də oynayıram. Məsələn, "Matəm marşı"nda mənim kimi aktyorun birinci hissədə iki kəlmə sözü var, ikinci hissədə isə heç yoxdur. Dayanıb onun-bunun üzünə baxıram...

- Deyirlər ki, repertuarda olan tamaşaların çoxları köhnəlib, yenilərə isə verilmir.
- Bizdə çox köhnə tamaşalar var ki, hələ də göstərilir və aktuallığını saxlayır. Məsələn, "Subaylarınızdan görəsiniz", "Hərənin öz ulduzu" tamaşalarında 13-14 ildir oynayıram. Hələ də zövq alıram. Aktuallığını itirən tamaşalar repertuardan çıxıb. Bizim teatrda yeni tamaşalar çoxdur.

- Gənc yazarlar deyirlər ki, teatr rəhbərliyi bizim yazdıqlarımızla maraqlanmır...
- Onlar nə yazırlar ki? Şəxsən mən bəyənmirəm. Gətiriblər, görmüşük də.

- Sizin geniş kütlədə tanınmağınızın bir səbəbi də Şən və Hazırcavablar Klubunun "Bakılı oğlanlar" komandasındakı fəaliyyətiniz olub...
- İstedadımı görüb dəvət etdilər. 10 ildir onlarla çalışıram. Sağ olsunlar. Teatrda püxtələşsəm də, etiraf edim ki, efir insanı daha çox tanıdır. "Bakılı oğlanlar"ın biletləri iki ay öncədən satılır. Camaat da məmnuniyyətlə gəlir. Yəqin, zəmanənin tələbidir ki, bizdə yumor tamaşaçılar tərəfindən konsert proqramları şəklində daha yaxşı qarşılanır. Tamaşalarsa kənarda qalıb. Çünki teatrlarda librettolar, ssenarilər zəif yazılır. Konsert verənlər isə başımıza gələn hadisələri, həyatda olan problemləri üzə çıxarırlar deyə, camaata maraqlı gəlir.

- "KVN"-də bəzi məşhur xanımların obrazlarını çox gözəl yaratmısınız. İndi bu tip rolları oynamaq dəbə düşüb. Buna necə baxırsınız?
- Belə rollara heç vaxt pis baxmamışam. Bu da bizim istedadımızın bir tərəfidir. Səhnədə nə bacarıram, onu etməliyəm. Mən konsertlərdə qadın geyimində göbək rəqsi, balet, hind rəqsi, milli rəqslər oynamışam - gözəl qarşılanıb. Dəbə düşsə də, hər adam belə rolun öhdəsindən gələ bilmir. Çoxuna baxılmır. Özümdən savayı ancaq Coşqunun ifasını bəyənirəm.

- Əlinizdə yetərincə pul olsa, hansı istiqamətə yönəldərdiniz?
- Çox ölkələri gəzib dincəlmişəm, çəkilişlərdə də olmuşam. Amma yenə də bütün dünyanı gəzmək istərdim.

- Teatr açmaq arzunuz yoxdur?
- Yox. Teatr açmazdım. İnanmıram o qədər pulum olsun. Xəyal etməyi sevmirəm. Amma teatrımızın gələcəyini yaxşı görürəm. Keçid dövrüdür, dözmək lazımdır. İndi çox gözəl fikirlər, layihələr var. Xaricdən mütəxəssislərin dəvət edilməsi çox yaxşı haldır.

- Dünyanın məşhur teatr səhnələrində oynamaq istərdiniz?
- Daha çox dünya kinosunda oynamaq istərdim. Ən böyük arzumdur ki, Hollivud filminə düşüm. Komediyada deyil, deteketivdə, dramatik, psixoloji rollarda oynamaq istərdim. Uşaqlıqda isə arzum olub ki, cadugər, padşah rolları oynayım. Mənə Şekspirin əsərləri də çox yaxındır, amma onlarda oynamaq qismətim olmayıb. Çünki mən komediya teatrında işləyirəm, orada Şekspirin əsərləri qoyulmur.

- Dahi sənətkarlarla işləmisiniz. Bu hər adama nəsib olmur. Sizcə, yeni nəsil yaranan boşluğu doldura biləcək?
- 18 il Nəsibə xanımla, Hacıbaba Bağırovla işləmişəm. Çətin ki, onların yerini kimsə tuta bilsin. Bəlkə də yeni gələnlər öz dövrünün böyük sənətkarları olacaqlar. Amma inanmıram ki, səhnəyə Nəsibə xanım kimi aktrisa gələ.

- Təmirdən sonra teatrınızın yubileyi qeyd olunmalıdır. Belə tarixlərdə aktyorlara fəxri adlar verilir...
- Əlbəttə, bu olmalıdır da... Bilirsiniz, nə qədər aktyorlar var ki, sənətdə illərlə canlarını qoyublar?..

- Əməkdar artist adını almanızdan il yarım ötüb. Yəqin ki, xalq artisti adını almağı hələ güman etmirsiniz.
- Mən çoxdan xalq artisti olmalıydım. Əşi, xalq sevirsə, bəsimdir. Elə xalq artisti var, küçəyə çıxır, tanıyan da olmur. İnanmazdım ki, nə vaxtsa seviləcəm, populyar olacağam. Bu dərəcəyə çox çətinliklərlə gəlib çıxdım.

- Bugünkü durumunuzdan razısınız?
- Razıyam, amma bundan da yaxşı olmasını istəyərdim. Allah qoysa, olar. Hələ nə yaşım var ki... Ürəyim də cavandır. Hələ yaratmaq eşqim də çoxdur.


Geri dön

Made_In_Bakinka

  • 22 mart 2011 01:06
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
Allah rahmet elesin recourse

Lexikon

  • 21 mart 2011 23:57
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
Allah rehmet elesin

ZEHRA

  • 21 mart 2011 20:51
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
ALLAH REHMET ELESiN. KAW AXIRINCI YOX AXARINCI OLARDI

lider

  • 21 mart 2011 20:12
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
ALLAH REHMET ELESiN. KAW AXIRINCI YOX AXARINCI OLARDI

Nur_Ay

  • 21 mart 2011 19:37
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN

--------------------

marlin

  • 21 mart 2011 19:34
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN recourse

--------------------

Asiyan

  • 21 mart 2011 17:06
  • Məqalə: 0
  • Şərh: 655
  • Bal:
{awards}
ALLAH RƏHMƏT ELƏSİN..HƏYATDIR HƏR SANİYƏNİN QƏDRİNİ BİLMƏK YERİNƏ BOŞ-BOŞ İŞLƏRƏ MEYLLƏNİRİK BİZ İNSANLAR..

Hazal_Kaya

  • 21 mart 2011 16:28
  • Məqalə: 17
  • Şərh: 728
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN

FanatkaJB

  • 21 mart 2011 15:45
  • Məqalə: 18
  • Şərh: 922
  • Bal:
{awards}
Allah rehmet elesin...

- Həyatınız Sizi qane edir?
- Yox. Çünki əzizlərimi itirmişəm. İtirdiklərim qazandıqlarımdan çox olub. Mən də istərdim ki, əzizlərim - ata-anam, bacı-qardaşım müvəffəqiyyətlərimi görsünlər. Bugünkü premyerada aktyorların hər birinin yaxınları zalda idi. Mənimsə zalda ancaq tamaşaçılarım olur. Bu, mənə çox pis təsir edir. Tamaşadan, konsertdən sonra otağıma gedirəm, özümə gələ bilmirəm. recourse

--------------------

Cant_Breathe

  • 21 mart 2011 14:57
  • Məqalə: 64
  • Şərh: 1394
  • Bal:
{awards}
Allah rehmet elesin.

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..

Cici-Kiz

  • 21 mart 2011 14:28
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
{awards}
Müsahibəni sona kimi oxudum, Elcin bəy həqiqətən aci itkilər vermis insan olub. Amma buna baxmayaraq icinin acisini səhnədə yaratdigi sən obrazlarin arxasinda gizli saxlaya bilib. Bu hec de asan deyil. Allah Rəhmət Eləsin, onun yoxlugu tamasacilari ucun boyuk itkidir. recourse

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

Kisa_Kiss

  • 21 mart 2011 14:07
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
Allah rehmet elesin recourse

--------------------

Ulya

  • 21 mart 2011 13:51
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Allah rehmet elesin recourse

CandyGirl

  • 21 mart 2011 13:30
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
allahg rehmet elesein

--------------------

_RONALDO_

  • 21 mart 2011 13:14
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

Ucube_cocuk

  • 21 mart 2011 12:48
  • Məqalə: 19
  • Şərh: 508
  • Bal:
{awards}
Allah Rəhmət eləsin!!!!!!!!

--------------------
ALLAH insana “onun istədiyini” deyil, “ona lazım olanı verir”. Buna görə də “niyə görə” deyə soruşmayın, “nəyə görə” barəsində düşünün...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 9
Qonaqlar: 50
Cəmi: 76

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 440
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}