Novruz bayramında bir az gülək

 
Novruz bayramında bir az gülək

Qızımın uşağıdı

Ortayaşlı qadınla rastlaşan tanışı ondan soruşur:

-Yanındakı uşaq nəvəndimi?

Yaşlanmaqdan qorxan,utanan qadın cavab verir:

-Yox,qızımın uşağıdı.

Novruz bayramında bir az gülək

Apar sat

Təzə evlənən cavan oğlan dostuna gileylənir:

-Anam məni lap tənğə gətirib.Bütün gün arvadımla dalaşır.Bilmirəm nə edim.Mənə yol göstər.

Dostu cavab verir:

-Apar bazarda sat,ayrı ana al.

Novruz bayramında bir az gülək

Adamlardan

Azyaşlı qızdan soruşurlar:

-Bala,kimin uşağısan?

-Fərmanla Sevilin.

-Atan-anan kimlərdəndi?

-Adamlardan.

Novruz bayramında bir az gülək

Mənimki heç işləmir

İki təzə gəlin söhbətləşirlər.Birinci deyir:

-Bacı,mənim ərim gecə-gündüz işləyir,çox vaxt gecə də evə gəlmir ki,məni yaxşı saxlasın.

İkinci cavab verir:

-Mənimki də,ümumiyyətlə,işləmir.Bir dəqiqə məndən ayrı yaşaya bilmir.

-Bəs nə ilə dolanırsınız?

-Sevgiylə.

Novruz bayramında bir az gülək

Öz arvadın bil

Birinin evinə qonaq gəlir.Evin xanımı azqananıymış,əri işə gedəndən sonra qapını açıb qonaq kişiyə deyir:

-Qardaş,darıxıb eləmə,məni də öz arvadın bil,nə lazımsa,qulluğunda hazıram.

Qonaq yerindən qalxıb arxasına baxmadan qaçır...

Novruz bayramında bir az gülək

İt qədər

Ata balaca oğlundan soruşur:

-Oğlum,məni nə qədər istəyirsən?

Uşaq cavab verir:

-İt qədər.

Ata pərt olur:

-Nə üçün?Adam belə deməz,belə demək pisdi.

-Sən anamı gündə neçə kərə bu sözlə əzizləyirsən.Pis olsa,deməzsən ki...

Novruz bayramında bir az gülək

Ərini çağırsana

Doğum evində gecə növbəsində olan xadimə işləyən Güləbətin xalanın bərk yuxusu gəlir.

Sancı çəkən qadınların səsindən bir an yuxulaya bilmir.

Acıq-lanır, fasiləsiz ana deyib qışqıran təzə gələn xəstəyə deyir:

-Ağəz,nə ana,ana deyib şivən qoparırsan?Ərini çağırsana!Günahkar odu.

Novruz bayramında bir az gülək

Özünə də söyür

Qonşuları Səliməyə deyirlər:

-Vallah,sən çox dözümlüsən.Ərinin bu qədər söyüşlərinə cavab qaytarmırsan.

-Mənim cavab qaytarmağıma ehtiyac yoxdu,özü qaytarır.

Novruz bayramında bir az gülək

Dadına baxıram

Kəndin mollası tut arağı çəkib satırmış.Dostu, günah elədiyini deyəndə belə cavab verir:

-Birincisi,halal zəhmətimlə pul qazanıram,ikincisi də

,araq ha içmirəm,eləcə dadına baxıram,müştərilərə pis mal sata bilmərəm.

Novruz bayramında bir az gülək

Halallaşaq

İçki içməməyə tövbə edən sərxoş araq butılkasını qabağına qoyub deyir:

-Dostum,gəl halallaşaq,ola bilsin,bir də görüşməyək.

Novruz bayramında bir az gülək

Evlənsənə

Ərlə arvad ayrılırlar,amma ər hər gün arvadıyla qalan kiçik uşağına baş çəkir.Bir gün uşaq deyir:

-Atacan,sən gündə bizə gəlib-gedərək əziyyət çəkirsən.Anamla evlən,bu əziyyəti çəkmə.

Novruz bayramında bir az gülək

Elçi gəlmir

Nazirin qızına vurulan cavan oğlan sirrini dostuyla paylaşır.Dostu evlənməyi məsləhət görəndə cavab verir:

-Evlənmək yaxşıdı,amma qız mənə elçi gəlmir axı...


Novruz bayramında bir az gülək

Sübut

Yüksək rütbəli məmurun arvadıyla məşhur şairin arvadı bir toy məclisində yanaşı otururlar.Məmurun arvadı aralarındakı söhbətə körpü salır:

-Mənim ərim hər ay mənə qiymətli nəsə alır.Məni çox sevir,sevdiyini sübuta yetirir.

Şairin arvadı söz altında qalmır:

-Mənimki də hər ay sevgi şerləri kitabını satır,vəzifəli,imkanlı kişilər çox alırlar:sevgililərinə oxumaq üçün.

Novruz bayramında bir az gülək

Adı ki mənimdi

Sultana deyirlər:

-Sən necə kişisən,arvadının xəyanətinə dözürsən?

Cavab verir:

-Dözməyim neynəyim,indi heç olmasa,adı mənimdi,boşasam,o da olmayacaq.

Novruz bayramında bir az gülək

Niyə iki aldın

Anası ikinci sinifdə oxuyan oğlunu danlayır:

-Niyə iki almısan?İki pis qiymətdi.

Oğlu deyir:

-Ana,neynim,məndə günah yoxdu,məndən əvvəlki sırada əyləşən Samir yenə məndən əvvələ keçdi:dərsi danışdı,müəllimə beşi ona verdi.

Novruz bayramında bir az gülək

Hərisini aldım

İstədiyi qıza elçi göndərən oğlandan dostları soruşurlar:

-Qızı ala bildinmi?

Cavab verir:

-Özünü yox,hərisini ala bildim.

Novruz bayramında bir az gülək

Məşq

Qızı döyən anadan soruşurlar:

-Bu nədi,qızın niyə səni döyür?

Cavab verir:

-Özüm icazə vermişəm.Üzərimdə məşq edir,gələcək qayınanasını döyməyə hazırlaşır.

Novruz bayramında bir az gülək

Hayıf alır

Oğlu döyən kişi köməyinə gələnləri rədd edir.Səbəbini belə izah edir:

-Dəyməyin,qoyun döysün,atamın hayıfını alır.Mən də onun yaşında ikən atamı belə döyürdüm.

Novruz bayramında bir az gülək

Səni evləndirək

Ata:

-Oğlum,ananla qərara gəlmişik,daha evləndirək səni.

-Ata,neçə otaqlı ev alacaqsınız?-deyə oğlu cavab verir.

Ağılca kişikdi

Anası deyir:

-Oğlum,sən özündən neçə yaş böyük olan qadınla niyə evlənirsən?

-Ananarahat olma,,ağılca məndən kiçikdi-oglu cavab verir.

Novruz bayramında bir az gülək

Adını yaşadaram

Gənc ər arvadından soruşur:

-Dünyanın işidi,cavan ölsəm,nə edərsən?

Arvadı cavab verir:

-Ərə gedərəm,dünyaya gələn oğluma sənin adını qoyub səni yaşadaram.

Novruz bayramında bir az gülək

Əlləri köhnəlib

Gənc masajçı qadına kürəyini masaj elətdirən atasına oğlu sual verir:

-Ata,niyə masajı anama elətmirsən?O ki bunu bacarır?

Bilmir nə desin,axırda söz tapır:

-Oglum,ananın əlləri köhnəlib,ona görə.

Novruz bayramında bir az gülək

Bacı olacağıq

İki günü ölən ərləri üçün durmadan ağlayırlar.Böyüyü ağlaya-ağlaya bu sözləri deyir:

-Rahat get,ay kişi,biz arvadların indiyə kimi düşmən idik,indən belə bacı olacağıq.

Novruz bayramında bir az gülək

İki uşağı da var

Atası evində yaşayan əri ölmüş gəlinə uzaq yerdən elçi gəlir.Qoca nənəsi nəvəsini elçilərə tərifləyib axırda deyir:

-Nəvəmin hələ iki uşağı da var.

Elçilər durub gedirlər.

Novruz bayramında bir az gülək

Bir az

Təzə gəlindən qonşusu soruşur:

-Qayınananla necə yola gedirsiniz,xasiyyətini bəyənirsənmi?

Bilmir necə anlatsın,deyir:

Yaxşı adamdı,amma bir az pis adamdı.


Geri dön

AliNikA

  • 3 avqust 2011 11:19
  • Məqalə: 117
  • Şərh: 1619
  • Bal:
wink wink wink

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

..:LuNaTiK:..

  • 21 aprel 2011 09:41
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tşk wink

Tşk wink

tiqlapalasar

  • 22 mart 2011 16:01
  • Məqalə: 1
  • Şərh: 125
  • Bal:
{awards}
wink wink wink
twk

Made_In_Bakinka

  • 22 mart 2011 01:16
  • Məqalə: 86
  • Şərh: 2343
  • Bal:
{awards}
wink wink

Lexikon

  • 22 mart 2011 00:01
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
tewekurler

ZEHRA

  • 21 mart 2011 20:59
  • Məqalə: 169
  • Şərh: 1948
  • Bal:
{awards}
teşekkurler))

Nur_Ay

  • 21 mart 2011 19:44
  • Məqalə: 220
  • Şərh: 2134
  • Bal:
{awards}
wink wink wink

--------------------

marlin

  • 21 mart 2011 19:38
  • Məqalə: 221
  • Şərh: 1616
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

unutulmaz05

  • 21 mart 2011 15:40
  • Məqalə: 12
  • Şərh: 130
  • Bal:
{awards}
guluw deqiqesi ucun cox saq olun)) tongue

N_A_T_A_

  • 21 mart 2011 15:38
  • Məqalə: 0
  • Şərh: 380
  • Bal:
{awards}
tewekkurler smile

FanatkaJB

  • 21 mart 2011 15:34
  • Məqalə: 18
  • Şərh: 918
  • Bal:
{awards}
teşekkurler))

--------------------

Cant_Breathe

  • 21 mart 2011 15:03
  • Məqalə: 64
  • Şərh: 1389
  • Bal:
{awards}
))))

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..

Ulya

  • 21 mart 2011 13:47
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
tesekkurler wink

Shaiq

  • 21 mart 2011 13:09
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
bayraminiz mubarek

Ismayilli rayonu paytaxt seher secilib.Manchester utd ise UEFA- nin 1\4 finalinda Celsea ile uzlesecek.Man utd yekdir

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 29
Cəmi: 59

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 36
Cəmi: 140
 
The Shield
Xəbərləri: 31
Cəmi: 296
 
Darling
Xəbərləri: 31
Cəmi: 916
 
aytc.sza
Xəbərləri: 22
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 17
Cəmi: 577
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
lamiye_2001
Xəbərləri: 12
Cəmi: 72
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 11
Cəmi: 51
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}