Allah sevgisi

 
Allah sevgisi

Onun adı çəkilincə insanın qəlbi necə də qorxu və sevgi ilə dolur.Onu görmədən, hiss etmədən belə sevirik.Və eyni zamanda bu sevgini itirməkdən çox qorxuruq.Ona olan sevgini düşündükdən sonra bu dünyadakı “eşq” dediklərimizə baxırıq və “gülümmü-ağlayımmı?” –deyə düşünürük. Qorxu və sevgi kəliməsi Onun adı çəkilərkən öz gerçək mənasını tapır.O varkən yalnızlıq, çarəsizlik kimi sözlər yalnız ağız vərdişi olaraq qalır. Vəfalıların ən Vəfalısı, Sevimlilərin ən Sevimlisi.Rəhm edənlərin ən Rəhmlisi. Və sonsuz mərhəmət sahibi...

Peyğəmbərimiz (səv) belə buyurmuşdur:
“Bir kimsədə bu üç xüsusiyyət olarsa, imanın dadını duya bilər.Allah ilə Peyğəmbəri özündən və başqalarından daha çox sevmək, sevdiyi kimsəni tək Allah üçün sevmək,Allah onu küfrdən qurtardıqdan sonra, təkrar küfrə dönməkdən, atəşə atılacaqmış kimi qorxmaq."

Allahı sevən, onu hər vaxt anan bir insanın sevdiyini tez-tez xatırlamasından daha gözəl nə ola bilər?!

Peyğəmbərimiz (səv) buyurmuşdur:“Allahım! Mənə səni sevməyi, səni sevənləri sevməyi və məni sənə yaxınlaşdıracaq şeylərin sevgisini nəsib et!”

Bir düşünək!Valideynlərimizi çox sevirik.Axı onlardan sevgi görmüş, şəfqət və mərhəmət qanadları arasında böyümüşük.Bəs Allahu təaləni necə? Layiqincə sevirikmi? Axı bizi O yaratdı və bizə sonsuz nemətlər bəxş etdi. Bizə ağıl və düşüncə kimi heç bir canlıda olmayan üstünlükləri verdi. O halda ən çox sevgiyə layiq olan Allah subhənəhu təalə deyilmi?

Allahı sevmək, Onu bilməyə və tanımağa bağlıdır.Çünki insan, ancaq bildiyini və tanıdığını sevər. Bunun üçün Allahı sevənlər ancaq Ona inananlardır.Necə ki, Qurani-kərimdə buyurulur:

-İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər. (Bəqərə,165)

Başqa bir ayədə:

-Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah (onun əvəzinə) Özünün sev-diyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (hər şeyi) əhatə edəndir, Biləndir.(Maidə,54)

Dildə “Allahı sevirəm” demək təbii ki, kifayət deyildir.Bu sevgini büruzə verən bir əlamət olmalıdır ki, bu da Onun Rəsulu Muhəmmədin (sallAllahu aleyhi və səlləm) əmrlərini yerinə yetirib, qadağalarından çəkinməkdir.Onun (sallAllahu aleyhi və səlləm) gözəl əxlaqı ilə əxlaqlanmaqdır.Peyğəmbərimizin (SallAllahu aleyhi və səlləm) əmrlərinə uymaq Allahu təalənin əmrlərinə uymaq deməkdir.Allahu təalə buyurur:

-De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”. (Ali İmran,31)

Allah öz bəndələrini sevir. Heç düşünmüsənmi Allah səni niyə yaratdı? Sənə ehtiyacı varmı? Əlbəttə, xeyr. Allahın heç bir şeyə, heç bir kəsə ehtiyacı yoxdur.Çünki Allah hər şeyə qadirdir. Demək ki, bizi yalnız sevdiyi üçün yaratdı.Yaratdı və bizim də Onu sevməyimizi istədi. Bu istəyi qəbul etdinmi?

“Sizlərdən biri Allah və Rəsulunu öz valideynlərindən, övladlarından və bütün insanlardan çox sevmədikcə, iman gətirmiş olmaz!”


Geri dön

music_angel

  • 4 sentyabr 2011 17:45
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
vAllah razi olsun

vAllah razi olsun

--------------------

__DeLiShKa___

  • 22 aprel 2011 23:59
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
tewekkur. gozeldi

Aleyra

  • 24 mart 2011 13:42
  • Məqalə: 4
  • Şərh: 665
  • Bal:
{awards}
Allah sevgisi hər bir insanin qəlbində var yalnız o duyğunu hiss etmək lazımdır

huseyn12

  • 24 mart 2011 13:15
  • Məqalə: 59
  • Şərh: 202
  • Bal:
{awards}
Allahım, Səndən qorxaraq Səni sevməyi deyil, Səni sevərək Səndən qorxmağı bizə nəsi et.
Təşəkkürlər.

--------------------
Allahım, Səndən qorxaraq Səni sevməyi deyil, Səni sevərək Səndən qorxmağı bizə nəsib et.

YazYamuru

  • 24 mart 2011 01:19
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Lexikon,


Sitat: Lexikon
tewekur edirem Allahi sevmeyen kafirdi


--------------------



фея

  • 23 mart 2011 23:31
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
GOZEL YAZIDI COX SAQOL

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

kiss love

  • 23 mart 2011 20:29
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
tesekkurler

--------------------

Lexikon

  • 23 mart 2011 19:39
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
tewekur edirem Allahi sevmeyen kafirdi

_RONALDO_

  • 23 mart 2011 15:41
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Cox saq ol

--------------------

Ulya

  • 23 mart 2011 14:17
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox gozel ve deyerli xeberdi

sirin1menem

  • 23 mart 2011 14:04
  • Məqalə: 0
  • Şərh: 79
  • Bal:
{awards}
ALLAHI SEVMEK ALLAHIN DEDIKLERINI ETMEK LAZIMDIR VE ALLAHDAN GORXMAG LAZIMIDR TEK OTAGDA OLUB NESE GIZLI BIR IS GORURSENSE VE YA KIMISE ALDADIRSANSA BILMELISEN KI ALLAH GORUR VE SENIN DUSUNCELERINI BILIR ALLAHDAN CEKINLEMLI VE UTANLAMISAN VE NAMAZ GILMALISAN ALLAH YOLUNDA PULUNU XERCLEMELI VE DUNYA MALINA GORE KIMISE ALDATMAMALI VE OGURLUG ETMEMELISEN ESL MÖMIN KASIB YASHAMALIDIR BU DUNYA VAR DOVLETINDE GOZU OLMAMALIDIR! ALLAHIN MUKAFATI EBEDIDIR, BU DUNYADA AT OYNADIB KEF EDEN KASIBLARA OZUNU GOSTEREN EHTIYYATLI OLSUN VE IMANA GELSIN!!! ALLAH BAGISHLAYANDIR !!!

INSAN GEREK EN BIRINCI ALLAHI SONRA ISE VALIDEYINLERINI SEVSIN VE ANANA ATANA CAVAB GAYTARMAMALI VE ONLAR NE DEDISE ISTEMESEN DE ETMELISEN VE HEYATDA NE GEDER YAXSI INSAN OLSANDA HER GUN NAMAZ GILSANDA AMMA ANANA VE ATANA CAVAB GAYTARSAN ONLARIN DEDIKLERINI ETMEYIB PIS USAG OLSAN ONDA NAMZLARIN VE ETDIYIN YAXSILIGLAR SENE FAYDA VERMEZ!!! ANANIN UZUNE BAXMAG IBADETDIR!!!


HAMINIZA ALLAH UREYINIZCE VERSIN AMIN!!!

--------------------
yalan danisan insanlara yaziqim gelir hele bilmirler, amma cox pesman olacaqlar calisin ne olursa olsun duz danisin cunku bunun ezabini ancaq tek cekeceksiniz!!!

yalan danisan o insandir ki, zarafatca neyise yalan deyirse demeli o artiq yalancidir!!!

marlin

  • 23 mart 2011 13:54
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
cox twk edirem

--------------------

MY LOVE ZZ

  • 23 mart 2011 13:09
  • Məqalə: 0
  • Şərh: 62
  • Bal:
{awards}
Cox gozel Allah hamiya komek olsun Amin....tewekkurler

MuslimGirl

  • 23 mart 2011 12:51
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Allahım! Mənə səni sevməyi, səni sevənləri sevməyi və məni sənə yaxınlaşdıracaq şeylərin sevgisini nəsib et!

Amin! Cox gozel yazidir. Allah hamimizin gunahlarini efv etsin. Allah razi olsun!

leylam

  • 23 mart 2011 12:49
  • Məqalə: 3
  • Şərh: 375
  • Bal:
{awards}
Onu sevmeyen yoxdu

Cox saq ol

--------------------
istersen mende unudum varliqimi???
SENE GORE !!!!!!!!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 38
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 439
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}