İrəmlə uşaqdan böyüyə

 
İrəmlə uşaqdan böyüyə

ANS TV-nin aparıcıları ilə söhbətimiz davam edir.
ANS PRESS-in budəfəki qonağı Azərbaycan teleməkanında ən reytinqli
uşaq verilişi olan “Uşaqdan böyüyə”nin aparıcısı və layihə rəhbəri İrəm Nəbiyevadır.

İrəm Nəbiyeva - Bakıda anadan olub. Ali İctimai-Siyasi Kollecdə (hazırda Azərbaycan İctimai-Siyasi Universiteti) təhsil alıb. Daha sonra Türkiyədə təhsilini davam etdirib və 14 il bu ölkədə yaşayıb. 2008-ci il 15 sentyabrdan ANS TV-də işləyir. Əvvəlcə “Türkün məsəli” verilişinin aparıcısı olub. 2009-cu ildə “Elli və dilli” verilişinə layihə rəhbəri kimi dəvət edilib. 2010-cu ildən teleməkanın ən reytinqli uşaq verilişi olan “Uşaqdan böyüyə”nin həm aparıcısı, həm də layihə rəhbəridir. Nişanlıdır.

- Uşaq verilişi hazırlamaq ideyası haradan yarandı və bu ideya kimə məxsusdur?

- 2008-ci ildə “Türkün məsəli” verilişi bitəndən sonra "Elli və dilli” verilişinə layihə rəhbəri olaraq dəvət edildim. Bu verilişdə mən uşaqlara hər şeyi öyrətməyə çalışırdım. Onlara hərfləri öyrədir, teatr, sirklə tanış edirim, nağıllar öyrədirdim. Bu veriliş sayəsində mən uşaqlarla daha yaxından tanış oldum, onlarda olan bacarığı, hazırcavablığı gördüm. Uşaqların çoxbilmişliyi məni heyran etdi.

Sonra “Uşaqdan böyüyə” layihəsini hazırlayaraq baş prodüsserimiz Mir Şahin müəllimə təqdim etdim.
O mənə qulaq asdı və mənə həmişə inandığını, verdiyim sözü tutduğumu, gözlədiyini verdiyimi dedi.
“Elli və dilli” həftədə iki dəfə efirə gedirdi. Mənim hər iki layihəni birlikdə hazırlamaq imkanım yox idi.
Elə oldu ki, o layihə bitəndən sonra bu mövsümdə “Uşaqdan böyüyə” başladı.
Ən əsası Mir Şahin müəllimin inamı, güvəni mənə bu verilişə başlamağa kömək etdi.

- Uşaqlarla işləmək yəqin çox çətindir.

-Çətindir. Amma prodüsserim Günel Fərəcova pedoqoq olduğu üçün, onlarla necə işləməyi bilir
və mənə çox kömək edir. Bir tərəfdən onun uşaqlarla işləməyi bacarması, digər
tərəfdən isə mənim uşaqlara olan sevgim işimə çox yarayır.
Onları sevə-sevə, öpə-öpə, bəzən hətta yedizdirə-yedizdirə çəkiliş edirik.

- Verilişdə iştirak edən uşaqlar hazırcavablığı ilə, hadisələrə
yanaşma tərzləri ilə tamaşaçıları demək olar ki, heyran edirlər. Uşaqlar necə seçilir?


- Həftədə 1 dəfə qeydiyyat aparılır. Mən verilişin sonunda qeydiyyata yazılmağın
qaydasını elan edirəm. Bizim əlaqə telefonumuz var: 050 427 27 84 nömrəsinə zəng edirlər
və gəlib testdən keçirlər. Qeyd edim ki, qeydiyyat və iştirak üçün heç bir ödəniş tələb edilmir.

- Tamaşaçılar bəzən uşaqların fikirlərini belə sərbəst ifadə etmələrinə inanmırlar.
Uşaqların öyrədilərək efirə çıxarıldığını iddia edənlər də var...


- Belə sözlər bizə də çatırdı. Bu səbəbdən bir müddət öncə uşaqları ANS-in “Günə Baxan”
verilişinə çıxardıq. Tamaşaçılar onlarla canlı efirdə ünsiyyətdə oldular, suallar
verdilər və cavablarını aldılar. Düşünürəm ki, uşaqların əvvəlcədən öyrədilməyi
bununla artıq sübut edilib. Bu verilişdən sonra artıq heç kim belə demir.

- Elə şeylər olub ki, sənin ağlına gəlməyən şeyi uşaqlar yadına salsınlar?

- Olub. Onlar hətta iştirakçılara bəzi şeyləri öyrənməyə kömək edirlər.
Məsələn, uşaqlara “özünü ictimai yerdə necə aparmaq lazımdır?", "ekologiya nədir?” suallarını vermişik.
İştirakçılar arasında gənc gəlinlər olub. Onlar uşlaqların bu suala necə cavab verəcəklərini
tapmamaqla yanaşı, hətta özləri bu sualın cavabını bilməyiblər. Uşaqlar cavab verəndən
sonra isə deyiblər ki, yaxşı oldu ki, bu verilişdə iştirak etdik
və uşaqlardan ictimai yerdə özünü necə aparmağın lazım olduğunu öyrəndik.

- Veriliş uşaqlarla olanda yəqin ki, yadda qalan maraqlı hadisə olmamış olmaz.

- Belə şeylər çox olub. Biri dost kimi çox istəyir, biri xəstələnir səsimi eşitmək istəyir.
Bir dəfə iştirakçılarımızdan olan Süleyman çox xəstə idi, temperaturu olduğu üçün
çəkilişə belə gələ bilməmişdi. Anası mənə zəng edib ki, Süleyman sənin səsini
eşitmək istəyir. O, anasına deyib ki, "əgər İrəm zəng etsə, yemək yeyəcəm,
yataqdan qalxacam". Mənimlə danışandan sonra ayağa durub. Hamı deyirdi ki, bu möcüzədir.

Məsələn, Sədi adlı uşağımız var. Bəzən mənə deyir ki,
"bir sözüm var anama demək istəmirəm gəl onu səndən soruşum".
Sədi məni artıq dost kimi görür. O bilir ki, bu bizim aramızda sirr kimi qalacaq,
mən ona istiqamət verəcəm. Məktəbdə bir hadisə olanda gəlir ki,
"İrəm bacı mən sənə bir şey danışım, bunu anama deməmişəm".

Ülkər adlı iştirakçımız var. Deyir, "İrəm məni sən olmayanda çəkiblər,
yenidən çəksinlər". Onların hamısını çox istəyirəm.
Uşaqlar mənə “İrəm bacı” deyərək müraciət edirlər.

- Yaxın vaxtlarda layihədə hər hansı dəyişiklik gözlənilir?

- Hələlik, hər şey çox yaxşı olduğu üçün heç bir dəyişiklik gözlənilmir.
Bu layihənin reallaşdığı üçün ANS Şirkətlər Qrupunun rəhbərliyinə,
vitse-prezidentimiz Mir Şahin müəllimə çox təşəkkürümü bildirirəm.


Geri dön

RoMaNTiK SerSeRi

  • 13 fevral 2012 23:32
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

El3ktra

  • 1 iyul 2011 11:32
  • Məqalə: 3
  • Şərh: 191
  • Bal:
{awards}
verlisinden cox xosum gelir superdi

--------------------
Araba motorsuz, yumurta tuzsuz, gökyüzü kuwsuz, ağac susuz, fatmagül sucsuz bende sensiz olamam

hazal kaya

  • 28 mart 2011 01:10
  • Məqalə: 51
  • Şərh: 1428
  • Bal:
{awards}
люблю детей winked

YazYamuru

  • 24 mart 2011 01:27
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Sitat: marlin
orda maraqli uwaqlar coxdu twk edirem


--------------------



Lexikon

  • 23 mart 2011 21:22
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
yazi ucun twk

kiss love

  • 23 mart 2011 20:33
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
mirt verlisdi

--------------------

_RONALDO_

  • 23 mart 2011 15:44
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
orda maraqli uwaqlar coxdu twk edirem

--------------------

-=EFSANE-XANIM=-

  • 23 mart 2011 15:01
  • Məqalə: 8
  • Şərh: 844
  • Bal:
{awards}
xowum gelir uwaqlardan,amma bezileri maraqsizdir. suleymai,sebuhini cox beyenirem,1 de o decel qizi)))))
yaman forslu qizlardi ha

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

Ulya

  • 23 mart 2011 14:13
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
super verliwdi. winked

marlin

  • 23 mart 2011 13:57
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
orda maraqli uwaqlar coxdu twk edirem

--------------------

leylam

  • 23 mart 2011 12:54
  • Məqalə: 3
  • Şərh: 375
  • Bal:
{awards}
ordaki uwaqlar prafessordu

--------------------
istersen mende unudum varliqimi???
SENE GORE !!!!!!!!!!

CandyGirl

  • 23 mart 2011 12:37
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
coox sirindiler lol

--------------------

MuslimGirl

  • 23 mart 2011 12:25
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Sitat: ♥Princess♥
coxvaxt izleyirem,usaqlarin hamisi cox wirindiler

Amma nadir halda izleyirem. Muasir usaqlar dehsetdirler smile Tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 41
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 478
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}