Peyğəmbər və uşaqlar

 
Peyğəmbər və uşaqlar

Həzrət Məhəmməd (s.ə.s) yol ilə gedərkən hətta azyaşlı uşaqlara belə salam verər və onlardan hal-əhval tutardı...
1430 il əvvəl. Aləmlərə rəhmət olaraq göndərilən sevimli Peyğəmbərimiz (s.ə.s) hicrət səfərini bitirib hələ o vaxtlar Yəsrib (sonradan Mədinə) adlanan şəhərə daxil olur. Böyükdən kiçiyə hamı həsrətində olduqları Peyğəmbəri (s.ə.s) sevinclə dolu göz yaşları ilə, "Vida təpələrindən ay doğdu üzümüzə və şükür etmək vacib oldu bizə!" nəğməsi ilə qarşılayır. Peyğəmbər (s.ə.s) dəvəsindən düşür, hamı onu qucaqlayıb əlindən, üzündən öpmək istəyir. Mədinə uşaqları hamılıqla qollarını açıb onu qucaqlamaq, bağrına basmaq istəyir. Peyğəmbər (s.ə.s) uşaqlara tərəf gedir, qollarını açıb qucaqlaya bildiyi qədər onları bağrına basır, üzlərindən, gözlərindən öpür. "Məni sevirsinizmi, uşaqlar?", - deyə soruşur. Uşaqlar uca səslə. "Bəli, sevirik səni, ey Allah Peyğəmbəri, özü də çox sevirik" deyirlər. Peyğəmbər (s.ə.s) onları daha bərk bağrına basaraq buyurur: "Allah şahidim olsun ki, mən də sizi çox sevirəm".


Hicrət uşaqlarla başladı. Mədinəlilər Peyğəmbərə (s.ə.s) xidmət etsin, ona salam verib salamının cavabını alsın deyə, hərə bir şey hədiyyə etmək istəyir - biri ən ləziz xurma, başqa birisi sərin su. Ummi Suləyn adlı yoxsul qadın Peyğəmbərə (s.ə.s) nə hədiyyə edəcəyini bilmir. Birdən on yaşlı oğlu Ənəsi görür. Onu Peyğəmbərin (s.ə.s) yanına aparır. Ey Allah Peyğəmbəri! Bu mənim oğlum Ənəsdir, icazə versəydiniz, sizin yanınızda qalardı, sizin tərbiyənizi alardı. İnşallah incitməz sizi.

Peyğəmbər və uşaqlar

Ənəs iyirmi yaşına qədər Peyğəmbərin (s.ə.s) yanında qalır. O, Peyğəmbər (s.ə.s) barədə deyir: On il Peyğəmbərin (s.ə.s) yanında qaldım, bir dəfə də olsun mənə hirslənmədi, hətta üzünü belə turşutmadı. Günlərin biri məni bir yerə göndərdi, əvvəl getmək istəmədim, israr etdikdən sonra getməyə razı oldum. Getmək istərkən başım yolda oynayan uşaqlara qarışdı və mənə tapşırılanları unutdum. Peyğəmbər axşam evə qayıdarkən məni yaxaladı və göndərdiyi yerə getdiyimi soruşdu. Getmədiyimi bilincə yenə də mənə hirslənmədi və bir kəlmə də olsun acı söz demədi.

Ənəs deyir: Başqaları məni incitdikləri zaman onlara deyərdi: İşiniz olmasın uşağımla, əgər Allah istəsəydi belə olardı… Ənəs sözlərinə davam edərək deyir: Allah Peyğəmbəri (s.ə.s) uşaqlara qarşı son dərəcə şəfqətli və mehriban idi. Onun bədəninin qoxusu məni valeh edirdi. Çox vaxt yalnız ətrini duymaq üçün yanına gedərdim. Əlini başıma uzatdığı zaman ətrafı gözəl qoxu bürüyürdü. Günlərin biri məni yanına çağırıb buyurdu: "Övladım, dəstəmazını doğru və düzgün al, belə et ki, ömrün uzun olsun. Dəstəmazını doğru və düzgün al ki, səni qoruyan mələklər səni yaxşı qoruyub yanında olmaqdan həzz alsınlar". Ənəs ömrünün sonunadək Peyğəmbərin (s.ə.s) tövsiyəsinə əməl edir və təsadüfi deyil ki, 120 il ömür sürdü.

Peyğəmbər və uşaqlar

Həsən və Hüseyn

Bəlkə də nəvələr Peyğəmbər (s.ə.s) kimi mehriban baba görmədi. Peyğəmbər (s.ə.s) Həsənlə Hüseyni qucağına alar, yuxuya gedənə qədər gözləyər və nə qədər vacib işi olsaydı belə onları narahat etməyə razı olmazdı. Sevinsinlər deyə əl və ayaqları üstündə durar, kürəyinə alıb evdə dolandırar və "Nə gözəl miniyiniz var" deyərdi.

Günlərin biri Mədinə məscidində xütbə oxuyarkən bayırda Hüseynin (ə) ağladığını eşidir, xütbəsini yarımçıq qoyub bayıra çıxır, onu qucağına götürərək məscidə daxil olur və xütbəsini beləcə davam etdirir.
İmam Əli (ə) belə rəvayət edir: Günlərin biri Peyğəmbər (s.ə.s) bizə gəldi, axşamı bizdə qalmalı oldu. Gecə yarısı Həsən yuxudan oyanıb su istədi. Mən və Fatimə (ə) yuxudan oyanana qədər Peyğəmbər (s.ə.s) yerindən qalxıb Həsənə su gətirdi, Həsən suyu içməmiş Hüseyn də su istədi. Peyğəmbər (s.ə.s) suyu birinci Həsənə verdikdə Fatimə soruşdu: Ata, olmaya Həsəni Hüseyndən çox istəyirsən? Peyğəmbər (s.ə.s) buyurdu: Yox, qızım, sadəcə Həsən suyu birinci istədi.

Peyğəmbər və uşaqlar

Onları öpdünüzmü?

Həzrət Məhəmməd (s.ə.s) yol ilə gedərkən hətta azyaşlı uşaqlara belə salam verər və onlardan hal-əhval tutardı. Günlərin biri İslamı qəbul edən bədəvi ərəblərdən biri Peyğəmbərin (s.ə.s) yanında olarkən Həsənlə Hüseyni öpdüyünü görüb təəccüblənərək deyir: "Mənim on övladım var, amma bu vaxta qədər hələ onlardan birini də öpməmişəm". Peyğəmbər (s.ə.s) heyrətlə ona deyir: "Belə olarmı? Bil ki, rəhm etməyənə rəhm olunmaz!".

Şirin rəvayətlər

Günlərin biri Peyğəmbər (s.ə.s) Bəşir adlı səhabənin oğlu Nemana bir salxım üzüm verib hamilə anasına aparmasını istəyir. Neman evə çatana qədər bir-bir üzümü yeyib qurtarır. Peyğəmbər (s.ə.s) iki gün sonra onu görüb soruşur: "Neman, üzümü anana apardın?". Neman bir söz tapa bilməyib Peyğəmbərin (s.ə.s) ona rəhmi gəlsin deyə deyir: "Susamışam". Peyğəmbər (s.ə.s) bir söz demədən buyurur: "Ay vəfasız!".

Peyğəmbər və uşaqlar

Peyğəmbər (s.ə.s) bayram namazından qayıdarkən Mədinə küçələrindən birində ayaqyalın, köhnə paltar geyinmiş balaca qız uşağının ağladığını görür. Dayana bilməyib dərhal yanına gəlir və nə üçün ağladığını soruşur. Balaca qız deyir: "Keçən il atam bizimlə idi, bayramı birlikdə keçirdik, amma indi bizimlə deyil". Nəfəsini çəkə-çəkə sözlərinə davam edir: "O, müharibədə şəhid oldu". Peyğəmbər (s.ə.s) birtəhər özünü ələ alıb buyurur: "Bəs mənim sənin atan olmanı istərdin?". Qızcığaz əlini üzündən çəkib məsum gözləri ilə Peyğəmbərə (s.ə.s) nəzər salır və razılıq əlaməti olaraq başını tərpədir. Peyğəmbər (s.ə.s) buyurur: "Bəs Fatimənin sənin bacın, Aişənin də sənin ikinci anan olmasını istərdin?". Qızcığaz bu dəfə də başını tərpədir. Peyğəmbər (s.ə.s) onu evinə aparır, üz-gözünü yudurdub təzə paltar geyindirmələrini istəyir. Bayram süfrəsi hazır olduqda əl saxlamalarını və birinci balaca qızın yeməyə başlamasını xahiş edir və sonra onun ata-anası və özü haqda dualar edib Cənnətlə müjdələyir.

Bir gün Mədinəyə bədəvi ərəb gəlir. Məscidin həyətində dəstəmaz almaq istərkən Həsənlə Hüseyn (ə) onun səhv dəstəmaz aldığını görürlər. Kişi dəstəmaz aldıqdan sonra ona yaxınlaşıb deyirlər: "Əmi, hər ikimiz dəstəmaz alır, amma mən qardaşımın, qardaşım da mənim dəstəmazımı düzgün hesab etmir, hər ikimiz dəstəmaz alaq, siz isə baxın görün hansı birimizin dəstəmazı düzgündür". Bədəvi ərəb uşaqların hər ikisinin eyni qaydada dəstəmaz aldıqlarını görüb məsələnin nə yerdə olduğunu aNLAYIR


Geri dön

music_angel

  • 4 sentyabr 2011 17:45
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

Aleyra

  • 24 mart 2011 14:03
  • Məqalə: 4
  • Şərh: 665
  • Bal:
{awards}
Allah hər birimizə bu gzəl rəftarı bəexş edib lakin bunu anlamaq istəməyənlər var

unutulmaz05

  • 23 mart 2011 22:12
  • Məqalə: 12
  • Şərh: 130
  • Bal:
{awards}
maraqlidir cox saq olun...oxudum hamisini.

Lexikon

  • 23 mart 2011 21:25
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
tewekur edirem

_RONALDO_

  • 23 mart 2011 15:45
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
twk edirem maraqliydi

--------------------

Ulya

  • 23 mart 2011 14:05
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
[b]bunu oxumuwam axi[/b]

marlin

  • 23 mart 2011 13:58
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
twk edirem maraqliydi

--------------------

love__yoou

  • 23 mart 2011 13:55
  • Məqalə: 0
  • Şərh: 245
  • Bal:
{awards}
twk, hamisini oxumadim, ama maraqlidid.)))

MuslimGirl

  • 23 mart 2011 13:12
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Kas ki butun insanlar Peygemberimiz(s.a.s) qeder usaqlara gozel davransinlar. Tesekkurler

leylam

  • 23 mart 2011 12:59
  • Məqalə: 3
  • Şərh: 375
  • Bal:
{awards}
Twk

Maraqlidi

--------------------
istersen mende unudum varliqimi???
SENE GORE !!!!!!!!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 36
Cəmi: 50

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}