Qədim Misir

 
Qədim Misir

Fironların İdarəçilik Sirri

Xalqı zülm ilə idarə edən fironlar, xalqın oyanmaması üçün özlərində ilahi xüsusiyyətlərin olduğunu elan edərdilər. Fironlar bəzi dövrlərdə özlərini anrının oğlu bəzi dövrlərdə anrı bəzi dövrlərdə isə xalq ilə tanrı arasında asitəçi kimi təqdim etmişdilər. Xalqı da boş xülyalara inandırmaq üçün əllərindən gələni etmişlər; bu mövzuda bütpərəst din adamlarının da dəstəklərini almışlar. Əlbəttə ki, bu dəstək qarşılıqsız olmamışdı. Din adamları da fironlardan istədikləri güzəştləri qopararaq lyuks həyat yaşamışdılar.

Fironların Kölələri

Misir xalqının inancı sanki fironları ucaltmaq və onlara əbədi xidmət üzərinə qurulmuşdu. Çünki onlar xalqın nəzərində bir tanrı idi (?). Bu sapıq inanışdan güc alan fironlar, dilədiklərini etməkdə sərbəst idi. Əhali onlardan heç nə soruşa bilməzdi. Xalq fironun hər dediyini yerinə yetirmək məcburiyyətində idi.

Misirlilər firon üçün hər xidməti ən yaxşı formada etməyə hazır idi. Böyük piramidaların tikilməsi xalqın bir çoxunun fironları qoruma istəyindən irəli gəlirdi. Qədim Misirlilərin inancına görə fironların hökmdarlığı öldükdən sonra da davam edərdi.

Piramidaların Sirri

Qədim Misirlilər öldükdən sonra bədənin göyə çıxıb Ra-ya (Günəş tanrısı) çatacağına (!) inanardılar. Piramidalar da tanrıya gedən bir nərdivan kimi düşünülmüşdü. Özlərini lah və xalq üçün bir xilaskar kimi təqdim edən fironlar bu inancdan da ən yaxşı şəkildə faydalanmağı bilmiş və özləri üçün bu gün hələ də yaşayan nəhəng piramidalar düzəltdirmişlər.

Dördüncü sülalənin ikinci fironuna aid olan Xeops Piramidası dünyanın yeddi möcüzəsindən biri qəbul olunur. Həcmi 2.515.000 metr kubdur. Hündürlüyü 147 metrdir. Bu piramidanın tikinti 20 ilə yaxın davam etmiş və tikintisində 100 min işçi çalışmışdır. Ən yüngülü 20, bəziləri isə 30 tona çatan bu daş blokların necə daşındığı, bunların üst-üstə necə qoyulduğu, inşaatın necə aparıldığı isə hələ vacib bir sual kimi qalmaqdadır. Fəqət bilinən bir şey var, o da minlərlə insanın böyük işgəncələrə və çətinliklərə məruz qalaraq bu daşları daşımağa məcbur olmasıdır. Tanrı kimi tanıdıqları fironlar, onlara mərhəmət etmirdi.

Bəzi piramidaların içindəki qəribəliklər hələ də tamamilə bilinmir. Bu qəribəliklərin bəziləri bunlardır: maya qatılmamış südün qatığa çevrilməsi, suyun losyon halına çevrilməsi, ülgüclərin daha da itiləşməsi, heyvan ölülərinin çürümədən uzun müddət qalması, fironun qəbrinə ildə iki dəfə günəş işığının düşməsi (doğulduğu və taxta çıxdığı gündə), radiasiya izlərinin olmaması, içində heç bir rabitə vasitəsinin çalışmaması və s.

Köməkçi Həşəratlar

Qədim Misirlilərdən bəziləri ölüyə kömək edəcəyinə inanaraq qəbrə balıq, ilan və digər həşərat növlərini qoyardılar. Rahiblərin hazırlayıb satdığı Ölülər Kitabını da məzara qoymaq da vacib sayılırdı. O dövrdə ölümdən belə pul qazanan bütpərəst din adamları olurdu.

Misirdə ilahi dinləri yaymaq istəyən peyğəmbərlərin qarşısındakı ən böyük maneə bütpərəst din adamları idi. Çünki yeni bir dinin yayılması əvvəlki dinə mənsub din adamlarının bütün mənfəətlərinin sona çatması demək idi.

Mumiyalar

Öldükdən sonra dirilməyə inanan qədim Misir xalqı, ölülərini mumiyalayaraq basdırardılar. Fironların cəsədləri ən yaxşı mumiyalanardı. Onların məzarına dəyərli əşyalar və gündəlik həyatda istifadə etdiyi ləvazimatlar qoyulurdu. Bu məzarların oğrulardan mühafizə edilməsi məqsədilə məzar yerinin gizlədilməsinə diqqət edilir, əlaqəli memar və işçilər öldürülürdü. Öldürülənlərin tanrıya qurban verildiyi söylənərək işlənmiş cinayətə yaxşı bir qəlib geydirmişdilər.


Geri dön

Lexikon

  • 12 mart 2011 02:03
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
tewekurler...

gul_93

  • 6 mart 2011 00:46
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
tewekkurler

LOVE IS DEAD

  • 17 iyul 2010 13:28
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
{awards}
KAPIRAVAT ETDIM SONRA OXUYACAM TESHEKKURLER

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.

♥ Nazli♥

  • 16 iyul 2010 11:32
  • Məqalə: 1
  • Şərh: 36
  • Bal:
{awards}
men Misirin mumyalarini gormek isteyirem

Persofona

  • 16 iyul 2010 09:17
  • Məqalə: 24
  • Şərh: 562
  • Bal:
{awards}
misirde olmaq isteyerem canli gormey basqadi. tesekkur

Jackson_fanatı

  • 16 iyul 2010 05:40
  • Məqalə: 0
  • Şərh: 788
  • Bal:
{awards}
...................THANKS.............TEŞEKKÜR..............ÇOX SAĞOL..........

Ulya

  • 16 iyul 2010 02:41
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
baciwkam maraqli melumatlar idi.cooox sagol

Yusif

  • 15 iyul 2010 13:27
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
twk

Mr_Unlimited

  • 15 iyul 2010 12:26
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
tewekkurler cox maraqli idi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 12
Cəmi: 29

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}