Əmr sahibləri kimlərə deyilir

 
Əmr sahibləri kimlərə deyilir


"Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və öz əmr sahiblərinizə itaət edin. Әgər bir məsələdə ixtilaf etsəniz, Allaha və qiyamət gününə iman gətirmişsinizsə, o məsələni Allaha və Peyğəmbərə həvalə edin. Bu, xeyirli və nəticə etibarı ilə daha yaxşıdır.” Nisa surəsi, ayə 59
Allah-taala bu ayədə bütün möminlərə özünə, Peyğəmbərə və "əmr sahiblərinə” mütləq şəkildə itaət etməyi əmr edir. Ayədə itaət əmrinin mütləq və istisnasız olduğu diqqətdən kənarda qalmamalıdır. Allah-taala özünün və məsum Peyğəmbərinin itaətinin vacib olduğu miqdarda "əmr sahiblərinin” də itaətini də vacib etmişdir.
Allah-taalaya öz bəndələri tərəfindən mütləq şəkildə itaət olunması müzakirə və təhlilə ehtiyacı olmayan bir məsələdir. Həmçinin Peyğəmbərə (s) itaətin sorğusuz-sualsız vacib olması o qədər də dərin fikir və araşdırma tələb etmir. Çünki, Peyğəmbər (s) ilk növbədə ilahi vəhylə həmişə rabitədədir, buyurduğu bütün əmrlər bilavasitə ilahi əmr kimi qəbul olunur. Lakin "əmr sahiblərinin” itaətinin mütləq şəkildə əmr olunması, yə᾿ni onun itaətinin Allah və Peyğəmbərin (s) itaəti ilə fərqli olmaması bir anlaşılmazlıq və sual doğurandır: Bu "əmr sahibləri” kimlərə deyilir? Şübhəsiz ki, söhbət bütün ümmətin vahid rəhbərə itaət etməsindən gedir. Lakin bu rəhbər hansı keyfiyyətlərə malik olmalı, kim tərəfindən təyin olunmalıdır? Ötən bəhslərimizdə İslam ümmətinin rəhbərinin təyin olunması yolları barədə söhbət açmışdıq.
Bu ayədə itaətin vacib olunduğu «əmr sahibləri» qeyd olunan yolların hansı biri ilə təyin olunan rəhbərlərə deyilir?

1. İrsi yolla təyin olunan rəhbərlər;
2. Zor gücü ilə hakim olan rəhbərlər;
3. İcma və səs vermə yolu ilə təyin olunan rəhbərlər.

Çox təəssüflər olsun ki, bəzi alimlər kor-koranə şəkildə təyin olunma üsulundan asılı olmayaraq, bütün hakim və rəhbərlərin "əmr sahibi” olduğunu və onlara itaətin vacib olduğunu demişlər.
Bu fikrin batil və bütün səmavi dinlərin mahiyyətinə zidd olduğunu isbat etmək o qədər də çətin deyil.
Elə isə ilahi peyğəmbərlər nə üçün öz zamanlarının zalım hakimlərinə itaət etmədilər? Nə üçün Musa peyğəmbər Fironun, İbrahim peyğəmbər Nəmrudun zülm və tüğyanları qarşısında qiyam etdi?
Zahirindən göründüyü kimi, bu təfəkkür tərzinin bünövrəsi qəsbkar əməvilər sülaləsinin hakimiyyət illərinə təsadüf edir. Demək istəyirlər ki, imam Hüseyn (ə) Allahın dinini təkzib edən mənfur Yezid ibni Müaviyəni (l.ə.) əmr sahibi hesab edərək onun əllərini öpməli idi!?
Söhbət yalnız icma və səsvermə üsulu ilə seçilən rəhbərdən gedə bilər ki, Allah-taala bu üsulla təyin olunan rəhbərə mütləq şəkildə itaət olunmasını vacib etmişdirmi? Diqqət etsək cavabın mənfi olduğunu qəbul etməli olacağıq.
İcma və səsvermə yolu ilə təyin olunan rəhbərin müəyyən dərəcədə səhv etməsinə ehtimal olunmurmu?
Xalqın əksəriyyətinin seçdiyi hər hansı bir şəxs günahdan uzaq və məsum hesab olunurmu?
Şübhəsiz ki, insanların zahiri keyfiyyətlərlə qiymətləndirib seçdikləri heç bir şəxs səhv və günah ehtimalından uzaq deyil. Çünki, biz insanlar bir-birimizin batinini görmək, qəlbindən xəbər verməyə qadir deyilik. Bəzən insanları tanımaqda, öz nikbinliklərimizdə elə böyük səhvlərə yol veririk ki, illərlə peşmançılıq çəkirik. Bəs Allah-taala səhv və günah ehtimalı olunan bir şəxsin (ehtimal az olsa belə) itaətini Öz itaəti qədərində vacib edə bilərmi?
Bu, yolu yaxşı tanımayan bir şəxsi başqalarına bələdçi tə᾿yin etməyə bənzəmirmi? Bütün aqil insanlar qəbul edirlər ki, mütləq şəkildə itaəti vacib olan şəxs hökmən mə᾿sum və günah ehtimalından uzaq olmalıdır.
İmam Fəxri Razi «Məfatihul-ğeyb» təfsirində bu ayəni şərh edərkən yazır:
«Әgər bu ayədə «əmr sahiblərinin» məsum olmadığını desək, iki zidd məfhumu bir yerə cəm etmiş olarıq – gecə ilə gündüzün bir vaxtda cəm olması kimi... (iki zidd məfhum dedikdə günah və itaəti nəzərdə tutur).»
Bəli, təsdiq etməliyik ki, itaəti sorğusuz-sualsız vacib olan şəxs mütləq məsum olmalıdır.
Bəs məsum şəxslər kimlərdir?
Ötən bəhslərimizin birində Әhzab surəsinin 33-cü ayəsində Әhli-beytin bütün günah və pisliklərdən paklanması və məsum olması barədə məlumat vermişik. Müxtəlif əhli-sünnət kitablarında Әhli-beytin Әli (ə)-a və onun övladlarına şamil olduğunu bəyan etdik. Bu barədə bir neçə mötəbər hədis gətirməklə bir daha həqiqəti açıqlayırıq:
Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddə» kitabında Peyğəmbərdən (s) nəql edir:
"Mən, Әli, Həsən, Hüseyn və Hüseynin övladlarından doqquz şəxs bütün pisliklərdən paklanmış və bütün günahlardan məsumdurlar.”
Şeyxul-islam Həmvini "Fəraidus-simətəyn” kitabında Salman Farsidən nəql edir:
"Peyğəmbər (s) əlini imam Hüseynin çiyninə qoyub buyurdu: O, imam oğlu imamdır. Onun sülbündən gələn doqquz imam ən yaxşı insanlar, əmanətdar və məsumdurlar.”
Gördüyünüz kimi bütün mötəbər hədislər göstərir ki, itaəti vacib olan "əmr sahibləri” ilahi əmrlə təyin olunan məsum imamlardır.
Bundan əlavə, digər hədislərdə və bu ayənin şərhində "əmr sahiblərinin” Әli (ə) və onun övladları olduğu açıq şəkildə bəyan edilmişdir:
Әbu İshaq Şeyxul-islam Həmvini "Fəraidus-simətəyn” kitabında, özünün mö᾿təbər saydığı hədislərə istinad edərək yazır:
"Peyğəmbərdən (s.a.a.) bizim əlimizə belə çatmışdır ki, «əmr sahibləri» Әli (a.s.) və digər Әhli-beytdir (a.s.).”
İsa ibni Yusif Həmədani Şafei Səlim ibni Qeysdən nəql edir:
"Bir gün Әli (a.s.) bir dəstə səhabənin müqabilində Peyğəmbərdən (s.a.a.) "əmr sahibləri” barəsində soruşdu. Həzrət buyurdu: Ya Әli! Sən onların birincisisən.”
Məhəmməd ibni Mömin "Risalətul-etiqadat” kitabında yazır:
"Әmr sahibləri Әli (ə)-ın barəsində nazil olmuşdur.”
Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddə» kitabında yazır:
"Peyğəmbər (s) Әlini Mədinədə canişin təyin edəndən sonra bu ayə Әlinin barəsində nazil oldu.”


Geri dön

music_angel

  • 4 sentyabr 2011 17:45
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

lider

  • 27 mart 2011 12:13
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TEWEKKURLER

::..ONSLAUGHT::..

  • 23 mart 2011 23:28
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
xebere gore twk

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

YazYamuru

  • 23 mart 2011 22:27
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}

"Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və öz əmr sahiblərinizə itaət edin. belay

--------------------



Cant_Breathe

  • 23 mart 2011 20:51
  • Məqalə: 64
  • Şərh: 1394
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..

kiss love

  • 23 mart 2011 20:04
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
xebere gore twk

--------------------

Lexikon

  • 23 mart 2011 19:24
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
cox sag ol

marlin

  • 23 mart 2011 19:14
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
xebere gore twk

--------------------

host_470

  • 23 mart 2011 17:27
  • Məqalə: 0
  • Şərh: 273
  • Bal:
{awards}
BAX BU GOZEL XEBERDI love

AySeLLiM

  • 23 mart 2011 16:07
  • Məqalə: 0
  • Şərh: 390
  • Bal:
{awards}
tsk what

--------------------
Nə qədər bilirsən bil,söylədiklərin qarşındakının anladığı qədərdir".

_RONALDO_

  • 23 mart 2011 15:35
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
http://legend.az/19906-emr-sahibleri-kimlere-deyilir.html

--------------------

Ulya

  • 23 mart 2011 15:25
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox maraqlidi.tesekkur

RoMaNTiK SerSeRi

  • 23 mart 2011 15:01
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
onlar adeyildiyini bilmirdim

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

only-girl

  • 23 mart 2011 14:47
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
Sitat: -=EFSANE-XANIM=-
tewekkurler


--------------------

-=EFSANE-XANIM=-

  • 23 mart 2011 14:45
  • Məqalə: 8
  • Şərh: 844
  • Bal:
{awards}
tewekkurler

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

_schnecke_

  • 23 mart 2011 14:32
  • Məqalə: 0
  • Şərh: 23
  • Bal:
{awards}
cox gozeldi twk:))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 44
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}