Maestro və onun kölgəsi

 
Maestro və onun kölgəsi

Barqonuovo küçəsi 21-də yerləşən saray iki min il bundan əvvəl inşa edilib. O zaman Milan Sardinya Krallığının şəhərlərindən biri idi. 80-ci illərin əvvəllərinə qədər saray yerli patrisi sülaləsinin ixtiyarında olub, sonralar onu modelyer Corco Armani aldı. Aldı və öz zövqünə uyğun şəkildə dəyişdirdi.

Ağ, qara, boz, bej, həzin işıq - başqa heç bir rəng çalarına üstünlük vermirdi. Layihəsi Armaniyə məxsus olan və “Armani Casa” firması tərəfindən hazırlanmış rahat mebel, 15 otağın hamısına döşənmiş yumşaq xalılar, alınandan bəri ağzı açılmamış qutular… Dünyanı səyahətə çıxdıqca Armani əntiq şamdanlar, tunc, çini qablar alır, amma evdə bunları yerbəyer etməyə həvəsi gəlmirdi.

Saat 6-dır. Armani yuxudan oyandı, gözləri yarıyumulu halda bu gün görəcəyi işləri təsəvvürünə gətirməyə çalışdı. 8:30-dan saat 2-dək ofisdəki işlər, sonra söhbətlər, daha sonra yeni kolleksiyalarla məşğul olacaq, axşam saat 8-də evə dönəcək…

Bunları düşündükcə birdən günün ən vacib məsələsi yadına düşdü və qəlbində indiyədək duymadığı bir hiss oyandı. Corco Armani başa düşdü ki, həyatı darıxdırıcı keçir.

Armani modelyerlərin kralı sayılırdı, əbəs deyil ki, nüfuzlu jurnal “Time” 1982-ci ildə Armaninin portretini üz qabığında yerləşdirmiş və belə bir sərlövhə dərc etmişdi: “Dahiyanə Corco Stili”.
Xeyli keçmiş Armaninin rəqibi meydana çıxdı və bu rəqabət Armaninin dincliyini əlindən aldı. Olimpi onunla bölüşən rəqibi kasıb zövqlü, özündən tez çıxan və işinin xatirinə hər şeyi məhv etməyə hazır insan idi. Dünya haqsızlıq üzərində qurulub. Armanini şöhrətə aparan yol asan olmayıb, rəqibi isə bu zirvəyə çox tez və rahatlıqla çatıb.

İndi ki kəmhövsələ rəqibi yoxdur, bəs onda görəsən niyə belə narahatdır?
Birsaatlıq gimnastika; 63 yaşı olsa da, oğlan bədəni vardı (rəqibi özünün qeydinə qalmırdı, bu səbəbdən fotoqraflar onu şort geymiş vəziyyətdə çəkəndə üzünə baxan adamın yazığı gəlirdi). Sıyıq və buğda bişmiş tərəvəzdən ibarət azkalorili səhər yeməyi yedi, dizinin üstünə atılan pişiyini tumarladı, şam yeməyi barədə göstəriş verdi və pilləkənlərlə aşağı düşdü. Aşağıda onu okean laynerinə bənzəyən maşını gözləyirdi. Cangüdənin biri sürücü ilə yanaşı oturub. Digəri isə avtomobiilin yanında gözləyir. Bu cavanlar həmişə onunladır, onlara o qədər alışıb ki, cangüdənsiz özünü yarımçıq geyimli hiss edir. Maşına minməzdən əvvəl Armani ətrafına boylandı və sarayın ciddi, ağır barokko (XVI-XVII əsrlərə aid stil - red.) fasadına nəzər saldı. Dünənə baxanda Armani çox irəli getmişdi: bir vaxtlar şəxsi velosiped arzusu ilə ümidsizliyə qapılmış və kiçik Pyaçensa şəhərindən buralara gəlib-çıxmış oğlan çox şeyə nail oldu.

Varlı ailədən deyil: atası yerli faşist administrasiyasındı işləyirdi, qazancı az idi, anası isə evdar qadın idi. Üç uşağının paltarlarını özü tikir və hər zaman yarıhərbi üsluba üstünlük verirdi: tikdiyi gödəkcələr, xoşagələn kiçik kəmərlər xaki rəngdə olurdu - bəlkə Armanidə hərbçiliyə meyli elə buradan qaynaqlanır?
Müharibədən sonrakı illərdə dəbdəbə barədə az adam düşünərdi. Bombardmanlar və döyüşlər ölkəni viran qoymuşdu, qadınlar köhnə paltarların formasını dəyişib geyinirdi. Onların ailəsi də çətinliklərlə üzləşdi: hökumət atasının Mussoliniyə xidmət göstərdiyindən xəbər tutdu və Uqo Armani həbs olundu. Hər şənbə günü Armani, anası, böyük qardaşı və bacısı ona baş çəkməyə gedirdi. Atasının dəmir barmaqlıqlar arasından onlara sarı uzanan əlləri əbədi olaraq Armaninin yaddaşına həkk oldu.

Xeyli sonra atası həbsdən azad olundu və ailə Milana, onlar üçün yad və böyük şəhərə darısqal evə köçdü. Armaninin tibb institutuna daxil oldu. Lakin anatomik teatrda meyitləri görəndə az qala huşunu itirdi. Orduda xidmət etdi, tərxis olunandan sonra iş tapmadı. Həkim işləmək istəmirdi.

Corco Armani müstəqil şəkildə rəssamlıq öyrəndi, amma modelyer olacağı ağlına da gəlməzdi; anası paltar tikəndə Armani iynəni əlinə almazdı.

Rəqibi Covanni Versaçe isə modaya Armanidən xeyli sonra gəldi. Artıq 70-ci illərdə Parisdə “italiyalı modellyer” sözünə istehza etmirdilər. Versaçenin atası kömür alverçisi idi, yaxşı qazancı vardı. Onların ailəsi ehtiyac nə olduğunu bilmirdi: ailənin bankda mükəmməl hesabı, şəhər kənarında böyük malikanəsi, özəl məktəbi vardı - bir sözlə, bu adam anadan xoşbəxt doğulmuşdu. Versaçenin anasının Roco-di-Kalabriyada iki kiçik butiki (butik - dəbdə olan əşyalar satılan mağaza - red.) vardı, balaca Versaçe daim anasının həndəvərində dolaşırdı - tikməyi Versaçe uşaqlıqdan bacarırdı. Məktəbdə pis oxuyan şagirdlərdən idi, universitetə barədə heç düşünmürdü, yerölçən olmağa cəhd etdi, amma burada da uğur qazana bilmədi.

Versaçe bayer oldu: anasının butikləri üçün lazım olan şeyləri aldıqca Versaçe öz əlaqələrini də genişləndirirdi. Nəhayət, modelyer olmağı qərara aldıqdan sonra Versaçe Milana gəldi. Burada o, kimlərə müraciət edəcəyini bilirdi. Armani isə əvvəlcə “La Rinoscente” ticarət evinin mətbuat mərkəzində işə düzəldi. O, reklam stendləri tərtib edir, mətbuatla, fotoqraflarla işləyir, əlaqələr yaradırdı, sonda bu insanlar onun duyumuna və zövqünə inandı.

İllər ötüb keçirdi. Nəhayət, məşhur tekstil fabrikantı Nino Çerruti “Hitman” kişi geyimlərinin yeni modellərini hazırlamaq məqsədilə ona yığcam bir kolleksiya hazırlamağı tapşırdı. Amma şöhrət zirvəsinə çatan uğurları qazanana qədər Armaninin saçlarına dən düşdü. Görəsən, necə olur onun bambılı rəqibinin işləri asanlıqla alınır?

Armani başını yellədi: “alınır” yox, “alınırdı” - o, xəyala daldığından unutmuşdu ki, Covanni Versaçe artıq həyatda yoxdur. Cangüdənlərin əhatəsində tənha həyat o qədər də xoş deyil, amma o, heç olmasa, sağdır, rəqibinin coşğun həyatı isə faciə ilə bitdi…
Maşın dayandı, cangüdənlər maşının qapısını açdı. Qızmar iyul günü idi. Onu reportyor əhatəyə aldı, fotoaparatlar işə düşdü. Ofisinin qapısına doğru irəliləyən Armani müxbirlərin suallarına cavab verirdi:
- Bəli, biz bir-birimizi xoşlamırdıq, ancaq indi bunun nə əhəmiyyəti var?
- Əlbəttə, Covanni deyib ki, “Armani” dən paltar alan ancaq kütbeyinlərdir, amma mən həmişə bunu müəllifin ən yaxşı zarafatlarından saymışam.
- Versaçenin modelləri qadınları həyasızlaşdırır? Allah köməyiniz olsun, siz mənim sözlərimi təhrif edirsiniz. Axı mən fikrimi belə qaba şəkildə ifadə etməmişəm…

Nəhayət, ağır qapılar örtüldü. Hay-küylü fotoqraflar ordusu arxada qaldı. Armani sərin havası, bol işığı və ən çox sevdiyi rənglərlə - boz rəngin dörd, bej rənginin üç çaları ilə tək qaldı.
O gün nahar fasiləsindən sora firmanın piar-menecerinə töhmət verdi:
- Bildiyimə görə, iri qəzetlər bizim firma ilə az maraqlanır. Əziz Lüçiya, siz əminsinizmi ki bu vəzifədə qala bilərsiniz?

Piar-menecerin rəngi qaçdı. Corco Armani bir qədər yüngülləşdi. Necə olsa, gün yaxşı başlamamışdı, ən pisi isə o idi ki, o hələ ürəyini boşaltmamışdı. Birincisi, bu onun adəti deyildi, ikincisi, belə hərəkət onun nüfuzuna xələl gətirə bilərdi. Hər halda, jurnalistlər haqlı idi: Versaçe “moda kralı” deyil, modanı məhv edən olub. Bütün həyatıboyu insanların zövqünü korlayıb.

Corco Armanini klassik kostyum cəngavəri hesab edirdilər, bu əbəs deyildi. Armani bu dəbi məhv etməyə çalışmayıb, onun məqsədi tədrici inkişaf olub. Yenidən dirçəlməsi, canlanması üçün klassikliyin dəyişilməsi lazımdır. Armani kişi kostyumlarını cəngavərlərin polad geyiminə bənzədən elementlərdən azad etdi. Bu elementlərə qoyma çiyinliklər, içi pambıqla, yaxud at tükü ilə doldurulmuş yaxalıqlar aiddir. Onun fikrincə, belə elemetntlər istənilən kişini bütə oxşadır!

Geyimin parçası axmalıdır, sərbəst sallanmalıdır - bu həm parad, həm də ofisə geymək üçün yararlı olan yüngül, gündəlik paltarlara aiddir. Yüngül kaşemir sviterlər kimi onları da rahat şəklə salmaq vacibdir. Belə olduqda kostyum parçası zərif görünür, biçimi də dəyişir. Armani parçalar üzərində eksperimentlər aparır, fasonlarıı dəyişirdi. Onun modelləri, ilk növbədə azad sənət adamları - rəssamlar, artistlər jurnalistlərin, daha sonra geniş ictimaiyyətin diqqətini cəlb etdi. Bu işdə əlbəttə ki, qızğın məqalələr də öz rolunu oynadı.
Cəmi bir neçə tutqun çalar, boz və palıdı rənglərin əlavə tonlarından istifadə etməklə Armani bənzərsiz yenilik yaratdı. Jurnalistlər ona təriflər yağdırırdı. Armaninin adı Fransa, İngiltərə, daha sonra Birləşmiş Ştatlarda dolaşdı. Əvvəllər mayka və futbolkalar və formasız pencəkləri bəyənən Hollivud ulduzları indi Armaninin modellərinə üstünlük verirdi.

Xeyli keçmiş Versaçe də rəqabətə qoşuldu və bundan sonra hər şey başqa məcraya düşdü. Versaçe nəinki fərqli moda yaratdı, o, Armaninin modellərini tamamilə alt-üst etdi. Bundan başqa, Versaçe elə yaramaz toxluqda yaşayırdı ki, ona baxanda Armani özünü kələm və noxud həlimindən ibarət pəhriz saxlayan tərki-dünya bir rahib sanırdı. Qadın geyimləri məhz Armaninin modellərində zəriflik və ahəngdarlıq kəsb etdi. Armani modası xanımlara kraliça görkəmi verirdi, bu modellər gündəlik, yaxud iş yerinə geyinmək üçün də əlverişli idi.

Versaçe isə uyğyn gələn, yaxud gəlməyən rəng tonlarını birləşdirir və heç bir ölçüyə sığmayan rəng çalarlarını modellərinə qatırdı. Bununla belə həmin paltarı Liz Herli “Oskar” mükafatı alarkən təntənəli mərasimə geyindi. Və nəhayət, çəhrayı, qırmızı, mavi və müxtəlif rəngdə kişi kostyumları şöhrətin zövqsüzlük təntənəsinə çevrildi - Versaçenin dostu, musiqiçi Elton Con onlarca belə kostyum alırdı. Adamlar arasında belə fikirlər də dolaşırdı: Elton Con evində güzgü saxlamır ki, özünə baxanda depressiyaya düşməsin.

Versaçenin fanatları arasında layiqli adamlar da az deyildi. Şahzadə Diana onun modellərinin pərəstişkarı idi. Corco Versaçe ilə Armani arasında Hollivud ulduzları uğrunda əsl müharibə gediridi.; Versaçe ondan Liz Herli, Sindi Krouford, Silvestr Stallone, Ceyn Fondanı aldı. Armani Kevin Kostner, Codi Foster, Anjelika Hyüston və Tom Henkslə qaldı. Üstəlik, Erik Kleptonu da Cannidən alıb öz tərəfinə çəkdi. Hollivudda hər görüş, hər şou onların qarşıdurması, bir-birini inkar edən iki üslubun mübarizəsinə çevrilirdi.

Armani düşünürdü ki, Versaçenin modellərinin əsasını şəhərdə küçələri dolaşan ləyaqətsiz qadınların paltarları təşkil edir. Çılpaq bədənlər və gen yubkalar, dərin dekoltelər - bütün bunlar nəzəri cəlb etməyi, seksuallığı gücləndirməyi nəzərdə tutan elementlər idi. Nə deməli, bəzən “Versaçe” yubkaları o qədər qısa olurdu ki, zalda oturan tamaşaçı maneken qızların alt paltarları müşahidə edə bilirdi. Hətta bir dəfə fotoqraf Klaudio Şifferi belə vəziyyətdə çəkmişdi. Naomi Kempbellin isə yubkasının altından heç nə geymədiyi məlum olmuşdu. Əlbəttə zal belələrini alqışlayacaq…

Nəhayət, Versaçe həqiqətən demişdi ki, Armaninin modalarını ancaq kütbeyin qadınlar geyinir. Versaçe bunu ictimaiyyət qarşısında söyləmişdi. Belə sözü bağışlamaq olmazdı. Odur ki Armani də bağışlamadı.
Armani şöhrəti asanlıqla qazanmadı. Yuxudan erkən durmaq, yüngül şam yeməyi, saat 10-da yatmaq, ertəsi və sonrakı günləri də eyni qayda ilə başa vurmaq… İllər-illərə qovuşur, o, sənətinə aid olmayan kitabları oxumur, tamaşalara getmir, özünü yalnız işə həsr edirdi. Getdikcə real həyatdan daha çox uzaqlaşırdı: indiki avtobuslara gediş haqqının necə ödənildiyindən xəbərsiz idi, axı 20 ildən artıqdır ki, nəinki gediş haqqı, ümumiyyətlə, heç nəyə görə pul ödəmirdi. Yəni restoranlarda onun əvəzinə cangüdənlər hesablaşır, təyyarə biletini katibi alırdı. Beləcə Armani ilə dünya arasında keçilməz sədd yarandı.

Onun rəqibi isə başqa həyat yaşadı, bax bu, Armaniyə ağır gəlirdi. Rəqibi həmişə tək gəzir, cangüdən saxlamırdı. Bəli, Versaçe öz aləminə aid olmayan işlərlə, teatrla da məşğul olurdu. Yəni Versaçe onunla rəqabət aparmaqla yanaşı, baletlərə tərtibat verir, kitablar yazırdı. Qəzetlər xəbər verirdi: “Canni Versaçe Moris Bejarın yeni baletinə tərtibat verdi”, “Versaçe “Qran Opera” ilə əməkdaşlıq edir”, “"La Skala” tamaşasında məşhur modelyerin kolleksiyasından istifadə olundu”, “Versaçe xüsusi olaraq səhnə üçün kolleksiya yaradıb”...

Bu ərəfədə müsahibə verən Armani bambılı rəqibinə işarə etdi: həp kəs öz işi ilə məşğul olmalıdır, belə olmadıqda xaos yaranır. Həmçinin hamını inandırmağa çalışırdı ki, rəqibinin hansı işlə məşğul olmasından xəbər yoxdur. Əslində, Versaçenin teatr işləri barədə yazıları oxuyur və səhnə müvəffəqiyyətinin nə olduğunu duymağa çalışırdı.

İkisi də qeyri-adi həyat sürürdü. Uşaqlıqda Armani qəşəng bir məktəbli qıza vurulmuşdu, amma bu vurğunluğun ömrü qısa oldu: velosiped sürən qız hərbi maşınla toqquşdu. Bu hadisə Armaninin həyatında ən dəhşətli xatirəyə çevrildi. Daha sonra Milanda tibbi təhsil alarkən Barbi gəlinciyinə oxşayan sarışın bir qızla dostlaşdı. İllər keçsə də dostları Armaninin o qıza necə göstərişlər verdiyini xatırlayır: “Saçını dara”, “Yubkanı düzəlt"…

Yəni Armani elə o vaxtlar da perfeksionist (hər şeydə ideallıq, mükəmməllik axtaran - red.) idi və həmin qıza münasibətdə də buna önəm verirdi. Daha sonra Serco ilə dostlaşdı. Sonda ayrılsalar da onlar birgə işləyirdilər. Qaleotti QİÇS-dən dünyasını dəyişəndə Armani dərddən az qala dəli olacaqdı. Armani indiyədək Serconun şəklinj yazı stolunda saxlayır, könlündəki bu yara hələ də sağalmırdı. Armani şəxsi hisslərini başqalarına bildirmirdi, ictimaiyyət bunu ancaq duya bilərdi.

Canni Versaçe isə tamam başqa adam idi. Bu adamın mehriban ailəsi vardı, belə ailələr İtaliyanın cənubunda yaşayanlara xas olur. Ata - ailənin patriarxı idi, Canni - yaradıcı, böyük qardaşı Santo - firmanın işlərini idarə edir, sevimli bacısı Donatella şirkətin reklam işləri ilə məşğul olur, şəxsi kolleksiyalarını yaradırdı. Hamısını birləşdirən nəslin mələyi, anasının xatirəsi idi. Milad bayramlarında ailə bir yerə cəm olur, bir-birini başa düşürdü.

Hər şey çox gözəl idi, amma gözlənilmədən Donatella qardaşının çoxdankı sevgilisi Pol Beki əlindən aldı. Onlar evləndilər, Donatellanın övladları dünyaya göz açdı. Artıq ailə Milad bayramını yeni tərkibdə qeyd edirdi. Bu mövzuda çox söz-söhbət yayılsa da, Canni hər şeyi olduğu kimi qəbul edir, Donatella ilə Polun qızı Alleqranı öz balası kimi sevirdi. Hətta deyilənlərə görə, bütün varidatını onun adına vəsiyyət etmişdi.
Armani ehtiyatlı adam idi, xoşagəlməz hadisələrdən qaçırdı. Bir ideya onu özündən çıxartdı: Versaçe ailəsi Milad bayramını qeyd edir, Versaçe yolkaya yaxın oturub, onun şərəfinə tostlar söylənir, keçmiş xatirələri yada salır, uşaqların başını tumarlayır - yaxşı, bəs görəsən bu ailə başqa nə barədə düşünür?

Corco Armani ev almağı xoşlayırdı, bu onun zəif cəhəti idi. Via Borqonuovo -21-də ev, Via Borqonuovo - 11-də - “Orsini” sarayı, Nyu-Yorkda, Parisdə - imarətləri, Pyaçensidə - “Rivarva” villası ona məxsus idi. Bununla belə, Armani bu kolleksiyaları ilə kifayətlənmək niyyətində deyildi və bu kolleksiyasındakı yeniliklərin hamısı onun zövqüncə yaradılmışdı. Yalnız bir neçə otağı keçmiş sahiblərinə ehtiram əlaməti olaraq olduğu kimi saxlamışdı.

Bütün qəzetlər və TV kanalları xəbər yaydı: Versaçe - 5-ci avenyuda moda mağazası açacaq, mağazanın açılışına 750 adam dəvət olunub, royal arxasında Elton Con və Bon Covi olacaq. “New York Times” qəzeti “Cah-cəlal knyazı - Lorenso de Versaçe” məqaləsini ona həsr etdi. Məqalə Versaçeni Lorenso Mediçi ilə müqayisə edirdi.

Həmişəki kimi Versaçe yanında cangüdən saxlamırdı. Odur ki Mayami-Biçdə baş verən hadisə barədə eşidəndə Armani təəccüblənmədi.

Bu gün işi var, onu təxirə salmaq salmaq olmaz. Saat üçdür, bir azdan Milanın baş kilsəsi xidmətə başlayacaq, izdiham çoxalsa, vidalaşmaq çətin olacaq. Axşam saat altıda bura minlərlə adam toplaşacaq, o isə başqalarının onu burada görməsini istəmirdi. Versaçelər ailəsii bu hadisədən üzüağ çıxacaq, hər şey yüksək səviyyədə təşkil olunacaq: “Tanrı - mənim hökmdarımdır” surəsini Stinq və Elton Con ifa edəcək. Dəfn mərasimində şahzadələr və şahzadə xanımlar, top-modellər, məşhur idmançılar, dəbdə olan jurnalların redaktorları, xoreoqraflar iştirak edəcək, bir sözlə, dünya ulduzları Milana axışacaq. Saat 6-da şahzədə Diana, Karl Laqerfeld, Moris Bejar, “Voque"dan Anna Vintur da kilsəyə gələcək. Amma onlar Corco Armanini görməyəcəklər, çünki o rəqibi ilə indi vidalaşacaq.

Neçə illər əvvəl Armani Milanda şöhrət qazandı, amma bu, Versaçe meydana çıxana qədər davam etdi. Sonra onlar şöhrət tacını bölüşdülər, indi ... o yenə də təkdir. Görəsən, əlləri niyə belə titrəyir? Görəsən, həyatın getdikcə mənasızlaşması onun fikriınə haradan gəldi?

1997-ci ilin 15 iyul günündə Versaçe Mayami-Biçdəki “Kaza-Kazuarina” villasından çıxır, qəzet almaq üçün yaxınlıqda yerləşən kafeyə yanaşır. Armani ağlına sığışdıra bilmirdi: “çıxıb!” “təkcə!” “qəzet almaq üçün!”. Həmin vaxt dostu d’Amiko və onların ümumi tennis məşqçisi də kafenin yeməkxanasında kofe içirmiş. Qəfildən eşidilən güllə səslərinə bayıra atılan dostlar Versaçeni qan içində pillələrin üzərində yıxılıb- qalmış vəziyyətdə tapırlar. Bir az aralıda bir nəfər dostların nəzərini cəlb edir. Məşqçi cəld onun üstünə atılır, amma həmin adam əlindəki tapança ilə onu hədəlyib sakitcə maşınına tərəf gedir. Az bir zaman ərzində qatilin şəxsiyyəti müəyyənləşir: bu, silsilə qətllər törətməkdə məşhur olan 27 - yaşlı Endrü Fillip Kyunenen idi.

Kyunenen Mayami-Biçə Minneapolisdən gəlmişdi. Orada o, iki sevgilisini öldürdükdən sonra birinin maşınına minib Çikaqoya gəlib və burada 75 - yaşlı milyonçu Li Miqlini qətlə yetirmişdi. Nəhayət, bundan sonra Liqlinin “Leksus"una minib Nyu-Cersiyə yollanmışdı. Burada Kyunenen qəbiristanlıq gözətçisi Uilyam Rizi öldürmüşdü. Növbəti qurban Versaçe olmalıydı: Kyunenen tarixə düşmək istəyirdi.

Versaçenin dəfninin ertəsi günü Mayami-Biçdə lövbər salmış gəminin kayutunda Kyunenen özünə qəsd etdi. Əvvəlcə qatil sanki qeybə çəkildi, amma Federal Axtarış Bürosü qarış-qarış arayaraq, qatilin izinə düşdü.

Asta addımlarla keçmiş rəqibinin tabutuna yaxınlaşan Armani düşünürdü ki, bu hadisə nə vaxtsa baş verməliydi. Versaçeni tale məhv etdi - belə hadisə taleyinə meydan oxuyan hər kəsin başına gələ bilər.
Corco Armani çox kitab oxumamışdı, amma qədim yunanların alın yazısı barədə dedikləri yadında idi - böyük müvəffəqiyyətlər böyük bəlalara aparır, daim qalib gəlmək və öz uğurlarını nümayiş etdirmək olmaz. Əgər başqa cür yaşaya bilmirsənsə, cangüdən saxla, küçəyə tək çıxma. İnsanlarla münasibətdə sərhəd saxla. Xoşbəxt olduğunu yaxşı düşünülmüş maska arxasında gizlət…

Armani yeriyir, özündən asılı olmayaraq addımlarını yavaşıdır, düşünürdü ki, aralarındakı rəqabət onun həyatındakı boşluğu doldururdu; bəzən özündən çıxan vaxtlar da olurdu, amma bunun özündə də bir gözəllik vardı. O, rəqibinə üstün gəlmək üçün onun qalib gələ bilməyəcəyi bir şey tapmaq istəyirdi. Bəs indi kim onu narahat edəcək?

Sabah səhər yenə saat 6-da yuxudan oyanacaq, axşamdan keçənə qədər ofisdə olacaq, sonra televizora baxmaq və yatmaq üçün evinə qayıdacaq - yenə, sonra yenə, ildən ilə belə davam edəcək - onun üçün işıq sönənə qədər. Hər kəs cəhənnəmi özü yaradır. Endrü Fillip Kyunenen Armanidəki son güclü hissi məhv etdi, bu onu dünyaya bağlayan yeganə hiss idi. İndi onun nifrət etməli adamı yox idi, demək, yaşamağa dəyməzdi.

Tabutun yanında dayanan keşiş Corco Armaninin gözlərində işartıyan yaşları sezdi və özlüyündə düşündü ki, bu iki modelyer arasında ədavət olduğu barədə car çəkənlər, həmişə olduğu kimi, hər şeyi şişirdirmişlər.


Geri dön

only-girl

  • 3 aprel 2011 11:30
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
twkler xebere gore

--------------------

Lexikon

  • 24 mart 2011 18:01
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
twkkkkkkkkk

Ulya

  • 24 mart 2011 17:40
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
wink

_RONALDO_

  • 24 mart 2011 16:34
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
ele bilirsiniz ki bunu oxuyacam??????

--------------------

Cant_Breathe

  • 24 mart 2011 16:01
  • Məqalə: 64
  • Şərh: 1394
  • Bal:
{awards}
Oxumadim.

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..

FanatkaJB

  • 24 mart 2011 15:29
  • Məqalə: 18
  • Şərh: 922
  • Bal:
{awards}
tşk))

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 29
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}