Zikrlər

 
Zikrlər

1. Yuxudan oyanarkən deyilən zikrlər
«Əlhəmdu lilləhi-l-ləzi əhyənə bə'də mə əmətənə və ileyhi-n-nuşur»
(Həmd-bizi öldürdükdən sonra dirildən Allaha məxsusdur, və biz ona qayıdacağıq»
(Buxari. Bax «Fəthul Bəri» (11/113); Müslüm (4/2083).

2. Libas geyinərkən deyilən dua.
«Əlhəmdu lilləhi-l-ləzi kəsəni həzə (saubə) və razəqanihi min ğeyri haulin minni və lə quvvətin...»
«Həmd mənə bu libası və ruzini verən Allaha məxsusdur. Güc və qüvvət sahibi olan tək Odur»
(Nisai və digər sünən sahibləri ixrac etmişlər. Bax. «Iravul Qalil» (7/47)).

3. Ayaq yoluna girməzdən qabaq:
«(Bismi-l-lləh) Allahummə inni əuzu bikə minə-l-xubsi va-l-xəbə'isi» «Allahın adı ilə, Allahım! Şey­tandan və murdarlıqdan Sənə sığınıram» (Buxari (1/45); Müslüm (1/283) (Bismi-l-lləh. Allahın adıyla) ifadəsini isə Səid bin Mansur ixrac etmişdir.Bax «Fəthul Bəri» (1/244).

4. Ayaq yolundan çıxarkən:
«Ğufranəkə»(Allahım, məni bağışla»
(Nisaidən başqa digər sünən sahibləri ixrac etmişdirlər.
Nisai isə «Əməlül yaum və leyl»-də təxric etmişdir. Bax «Zədul Miad» (2/387)).

5. Dəstəmazdan qabaq deyİlən zikr:
«Bismi-l-lləh» «Allahın adı ilə»
(Əbu Davud, Ibn Macə, Əhməd, Bax «Iravul Qalil» (1/122)).

6. Dəstəmazdan sonra deyİlən zikr.
«Əşhədu ən lə iləhə illə-l-llah vahdəhu lə şərikə ləhu və əşhədu ənnə Muhammədən əbduhu və rasuluhu»
«Şəhadət verirəm ki, Allahdan başqa ibadətə və itaətə lahiq haqq mə'bud yoxdur. O təkdir, şəriksizdir.Və şəhadət verirəm ki, Məhəmməd Onun qulu və elçisidir» (Müslüm (1/209)). «Allahummə əc'alni minə-t-təvvabin və əc'alni minə-l-mutatahhirin» «Allahım! Məni çox tövbə edənlərdən, (günah və pisliklərdən) təmizlənənlərdən et» (Tirmizi (1/78). Bax. «Səhih sünəni Tirmizi» (1/18)).

7. Evdən çıxarkən deyİlən zİkr:
«Bismi-l-lləh, təvəkkəltu alə-l-llah, va lə haulə və lə qüvvətə illə bi-l-lləh»
«Allahın adı ilə, Allaha arxalanırıq. Qüvvət Uca olan Allaha məxsusdur»
(Əbu Davud (4/325), Tirmizi (5/490), Bax. «Səhih Tirmizi» (3/151)).

8. Evə qayıtdıqda deyilən zikr:
«Bismi-l-lləhi valəcnə, va bismi-l-lləhi xarəcnə, va alə rəbbinə təvəkkəlnə»
(Sonra isə ev adamlarına salam verin).
«Allahım. Sənin adınla qayıdırıq və Sənin adınla çıxırıq və Rəbbimizə arxalanırıq! Ey Allahım! Səndən qayıtmağımızın və çıxmağımızın xeyirli olmasını diləyirik» (Əbu Davud (3/325) ixrac etdi. Alim bin Baz Şeyxul Islam «Iuhfətul əhyar» (s. 28) sənədinin həsən olduğunu söylədi. Bir digər səhih hədis də çatdırıb: «Bir nəfər evinə girərkən və yemək yeyərkən Allahı zikr etdikdə öz şeytanı deyər
«Sizdə nə gecələməyə yer var, nədə axşam yeməyə» (Müslüm (h. 2018)).

9. Məscidə girərkən deyilən dua:
«Əuzu bi-l-lləhi-l-azım, va bivachih-l-kərim, va sultanihi-l-qadim, minə-ş-şeytani-r-racim» Bismi-l-lləh, va-s-salatu Va-s-sələmu alə rasuli-l-lləh.
«Allahumməftəh li əbvabə rahmətikə» «Lə'nətlənmiş şeytandan Uca Allaha, Kərim Və'hinə (Üzünə) və Əzəli hökümdarlığına sığınıram» (Əbu Davud Bax. «Səhih Cəmi» (459y)). Allahın adı ilə salat və salam) Ibn Əs-Sunni rəvayət etmişdir (h.88) və əl-Əlbani (Allah razı olsun) «Hədis həsəndir» demişdir. (Əbu Davud (1/126), Bax. «Səhih Cəmi» (1/528)). «Allahım! Mənə rəhmətinin qapılarını aç»
(Müslüm), Ibn Macənin: («Allahım! Günahlarımı bağışla və mənə rəhmətinin qapılarnı aç»)).

10. Məscİddən çıxarkən deyilən dua
«Bismi-l-lləhi va-s-salətu va-s-sələmu alə rasuli-l-lləhi, Allahummə inni əs'əlukə min fadlıkə, Allahum-mə a'sımni minə-ş-şeytani-r-racim» «Allahın adı ilə, xeyir dua və salam Allahın Elçisinə! Allahım! Sənin fəzilətini istəyirəm. Allahım, məni lə'nətlənmiş şeytandan qoru» (Bax 20 rəqəmli hədis rəvayətlərinin təxricinə (Allahım! Məni qovulmuş şeytandan qoru) ziyadəsi Ibn Macədə. Bax. «Səhih Ibn Macə» (1/129)).

11. Əzan zikrləri
Müəzzinin dedikləri təkrarlanır, yalnız: «Hayyə alə-s-salət» (Namaza tələsin) və «Hayyə alə-l-fələh»
(Xilas olmaq və nicat tapmaq üçün tələsin) dedikdə «Lə haulə va lə qüvvətə illə bi-l-lləh»
(Qüvvət ancaq Uca olan Allaha məxsusdur) demək lazımdır. (Buxari (1/152), Müslüm (1/288)).

Müəzzin şəhadəti oxuduqdan sonra demək lazımdır: «Va ənə əşhədu ən lə iləhə illə-l-llah vahdəhu lə
şərikə ləhu və əşhədu ənnə Muhammədən abduhu va rasuluhu, Radıtu bi-l-lləhi rabbən,
va bimuhammədin (s.ə.s.) rasulən, va bi-l-isləmi dinən»
«Və mən də şəhadət edirəm ki, Allahdan başqa ibadətə və itaətə layiq haqq mə'bud yoxdur.
O təkdir, şəriksizdir. Məhəmməd onun qulu və elçisidir.
Rəbb olaraq Allahı, elçi olaraq Məhəmmədi və din olaraq Islamı qəbul etdim».
(Müslüm (1/290), Ibn Huzeymə «Səhih» (1/220)).

Müəəzin əzan sözlərini bitirdikdən sonra Peyğəmbərə (s.a.s) salavat deyilməlidir. (Müslüm (1/288)).

«Allahummə rabbə həzihi-d-də'vəti—t-təmmə, va-s-saləti-l-qa'imə əti muhəmmədən
əl-vasılətə va-l-fadılətə, vab'ashu məqamən məhmudən əlləzi vaadtəhu»
«Ey bu kamil də'vətin və qılınacan namazın Rəbbi olan Allahım!
Məhəmmədə vəsilə dərəcəsini və fəzilətini bəxş et, və onu və'd etdiyin Məqamı
Məhmuda yüksəlt» (Şübhəsiz ki, Sən və'd etdiyini dəyişmərsən)». (Buxari 1/152).

«Əzan və iqamət arasında edilən dua rədd edilməz».

(ət-Tirmizi, Əbu Davud, Əhməd. Bax «Iravaul Qalil» (1/262).

12. Namazdan sonra deyilən zikrlər:
«Əstağfiru-l-llah (3 dəfə).

Allhummə əntə-s-sələm, va minkə-s-sələm, təbaraktəyəzə-l-cələl va-l-ikram»
«Allahım, bağışla məni». «Allahım! Sən Salamsan, Salamatlıq (müvəffəqiyyət) Səndədir.
Ey əzəmət və hörmət Sahibi, Xeyir-dua Səndəndir» (Müslüm (1/414)).

«Lə iləhə illə-l-llah, vahdəhu lə şərikə ləhu, ləhu-l-mulk, va ləhu-l-həmd və huva alə
kulli şey'in qadir, Allahummə lə məni'ə limə ə'taytə və lə mu'tıyə limə
mənə'tə, va lə yənfə'u zə-l-cəddi minkə-l-cədd»
«Allahdan başqa ibadətə və itaətə layiq haqq mə'bud yoxdur. Mülk və həmd Onundur.
Təkcə O, hər şeyə qadirdir. Allahın verdiyinə mane olan və Onun
vermədiyini verə biləcək kəs yoxdur. Sənsən Əzəmət Sahibi».
(Buxari (1/255); Müslüm (1/414)).

«Lə iləhə illə-l-llah vahdəhu lə şərikə ləhu, ləhu-l-mulk, və ləhu-l-həmd va huva alə
kulli şey'in qadir. Lə haulə və lə qüvvətə illə bi-l-lləh, lə iləhə illə-l-llah, və lə
nə'budu illə iyyəh, ləhu-n-ni'mətu və ləhu-l-fadlu, va ləhu-s-sənə'u əl-həsən,
lə iləhə illə-l-llah muxlisinə ləhu-d-dinə və lau kərihə-l-kəfirun»
«Allahdan başqa ibadətə və itaətə layiq haqq mə'bud yoxdur. Təkdir və şəriki yoxdur.
Təkcə O, hər şeyə qadirdir. Qüvvət ancaq Allahdadır. Allahdan başqa ibadətə
layiq olan ilahi yoxdur. Ancaq Ona ibadət edirik, ne'mət, ləyaqət, gözəl tə'riflər
Onadır-Allahdan başqa ibadətə və itaətə layiq haqq mə'bud yoxdur.
Biz Allahımıza və dinimizə sadiqiq, kafirlərin xoşuna gəlməsə də» (Müslüm, (1/415)).

33 dəfə «Subhanə-l-llah»,
33 dəfə «Əlhəmdu lillah»,
33 dəfə «Allahu Əkbər».


Və axırda bir dəfə «Lə iləhə illə-l-llah vahdəhu lə şərikə ləhu, ləhu-l-mulk, va ləhu-l-l-həmd va huva alə kulli şey'in qadir»
«Bütün nöqsanlardan təmiz olan Allahım (33), «Həmd Allaha məxsusdur (33), «Allah hər bir şeydən üstündür və böyükdür» (33). «Allahdan başqa ibadətə və itaətə layiq haqq mə'bud yoxdur. O, Təkdir və şəriki yoxdur. Mülk və Həmd Onundur. O, hər şeyə qadirdir» (Hər namazdan sonra bunu söyləyən, dənizdə köpüylərin sayı qədər olan günahları bağışlanır» (Müslüm (1/418)).

Hər namazdan sonra: İxlas, Fələq və Nəs surələrini oxumaq:

İxlas:

Bismilləhir-rahmənir-rahim.Qul huvallahu Əhəd.Allahu-s-Saməd.
Ləm yəlid və ləm yuləd.Va ləm yəkun ləhu kufuvan əhəd.

Fələq:

Bismilləhir-rahmənir-rahim.Qul əuzu birabbi-l-fələq.Min şərri mə xaləq.
Va min şərri ğasiqin izə vaqab.Va min şəri-n-nəffəsəti fil uqad.
Va min şərri həsidin izə həsəd.

Nəs:

Bismilləhir-rahmənir-rahim.Qul əuzu birabbi-n-nəs.Məlikin-n-nəs.Iləhi-n-nəs.
Min şərri-l-vasvasi-l-xannəs.Əlləzi yuvasvisu fi suduri-n-nəs.Minə-l-cinnəti va-n-nəs.

(Əbu Davud (2/186); Nisai (3/68); Bax «Səhih Tirmizi» (2/8)

bu üç surəyə «muavazat» deyilir. «Fəthul Bəri» (9/62)).

«Hər namazdan sonra: Ayətul Kursi (əl-Bəqərə, 255) oxumaq.
«Allahu lə iləhə illə huva-l-hayyul qayyum
lə tə'xuzuhu sinətun və lə naum
ləhu mə fi-s-səmavati va mə fi-l-ardı
mən zə-l-ləzi yəşfə'u indəhu illə biiznihi ya'ləmu
mə bəynə əydihim va mə xalfəhum
va lə yuhitunə bişey'in min ilmihi illə bimə şə'ə
vasi'a kursiyyuhu-s-səmavati va-l-ard va lə yə'uduhu hifzuhumə va huva-l -aliyyul-azim»)
(Kim bu ayəni hər namazdan sonra oxuyarsa cənnətə girməsi ilə arasında ancaq ölümü olar.
Nisai «Əməlul yaum və leyl» (h.100). Ibn əs-sunni (2. 121);
Əl-Əlbani «Hədis səhihdir» deyib.
Bax «Səhih Cami» (5/339), «Silsilətul əhədisi Səhih» (2/697-h. 972).

Sübh (səhər) və Məğrib (axşam) namazından sonra 10 dəfə:

«Lə iləhə illə-l-llah vahdəhu lə şərikə ləhu, ləhu-l-mulk, va ləhu-l-həmd yuhyi və yumit, va huva alə kulli şey'in qadir».
«Əlhəmdu lilləhi-l-ləzi əhyənə bə'də mə əmətənə və ileyhi-n-nuşur»
(Həmd-bizi öldürdükdən sonra dirildən Allaha məxsusdur, və biz ona qayıdacağıq»


Geri dön

cingiz muradov

  • 25 dekabr 2011 15:52
  • Məqalə: 0
  • Şərh: 155
  • Bal:
allah razi olsun

music_angel

  • 4 sentyabr 2011 17:46
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

only-girl

  • 3 aprel 2011 21:26
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
twk xebere gore

--------------------

Ulya

  • 26 mart 2011 18:12
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
hamisini maraqla oxudum

Lexikon

  • 26 mart 2011 07:10
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
tewekurler

_RONALDO_

  • 25 mart 2011 19:16
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
cox sagol qardasim Allah razi olsun

--------------------

huseyn12

  • 25 mart 2011 15:16
  • Məqalə: 59
  • Şərh: 202
  • Bal:
{awards}
Çox sağ olun,
33 dəfə «Subhanə-l-llah»,
33 dəfə «Əlhəmdu lillah»,
33 dəfə «Allahu Əkbər».

burda 34 dəfə «Allahu Əkbər» deyilir və Ayətəl kursi axıra kimi verilməyib.
ALLA razı olsun.

--------------------
Allahım, Səndən qorxaraq Səni sevməyi deyil, Səni sevərək Səndən qorxmağı bizə nəsib et.

kiss love

  • 25 mart 2011 13:11
  • Məqalə: 4
  • Şərh: 1278
  • Bal:
{awards}
tesekkurler allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 46

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 628
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 34
Cəmi: 48
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 141
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}