Duyğularim...

 
Duyğularim...

Ağac olmaq istəyirəm sıldırım bir qaya üstə bitmək üçün. Istəyirəm dəli külək hər saralan yarpağımı tez qoparsın.İradəsiz bir şəkildə məni göylərə aparsın. Göydəki ulduzlar üçün sığınacaq yer olsun. Mən cürüyüm yavaş-yavaş torpaq altda itmək üçün. Həm daş olmaq istəyirəm. Bir qəribin sinəsinə sığıncaq üçün. QOy həyatda şadlıq üçün döyünməyən saf ürəyi döynəməsin. Qoy xəyanət acısından inildəməsin. İstəməsə eybi yoxdur üstü naməlum yazılı bir daş olub bir məzarla görüşmək üçün. Nəfəs olmaq isteyirəm ağzı köpüklu bir körpənon sonəsinə dolmaq üçün. Məni alsın sinəsinə od püskürən nəfəs olum nalların çırpsın yerə. Bəlkə qafil yatan min-min, bəlkə də çox qalxdı belə köhlən məni bəyənməsə daxma bacasından çıxan qara tüstü olub kəm gözlərə dolmaq üçün.

Duyğularim...

Bulud olmaq istəyirəm püskü alan bəndələri yaşatmaq üçün. Nə dilinə, nə dininə, nə irqinə fərq qoymadan hər bir insan sinəsində boy atmağı özümə bir qayə bildim. Heç ölməyim. Ölən kimi tez oyanım tez dirilim. Yalvarıram heç olmasa isti qəfəd içindəki bir quş olum kor yetimin ürəyini boşaltmaq üçün. Xəritənin üzərində bir yer olmaq istəyirəm. Sadəcə var olmaq üçün. Bəlkə nakam iki insan qaçmaq üçün yer axtarıb gözlərini yuman zaman içdən dərin bir ah çəkib barmağını mən olduğum yerə qoydu. Bəlkə dünya təzadından qaçmaq üçün kağız dünya üzərində ürəklənib qacdıqları məkan buydu. Bu da mənə çoxsa əgər, üzülmərəm, mən razıyam. Gənc zabitin otağında gözlərini dikdiyi bir divar üstə yan tərəfi ömrün qaralanmış xəritədə bir dünya üzərində cılızlaşmış qoy dar olum.

Duyğularim...

Dəniz olmaq istəyirəm. Sərbəst olub istəyəndə dəli kimi coşmaq üçün... Sahilində tənha qalan bir gözəlin göz yaşı tək ya sevincdən, ya kədərdən, heç özü də bilmədiyi gizli bir hissdən kirpikləri arasından yanağına, sonra kövrək dodağına danmaq üçün. Bunlar hamısı çoxdur mənə. Nə olar ki. Qınamayın.... Bir balaca körpəyəm mən. Əlindəli oyuncağı göz yaşıyla oğurlanan zərif, incə kəpənəyəm. Cəmi bir gün ömrü olan. Yanıqlı bir ney səsiyəm. Hicranıma dəm tuturam. Mən bir konül bəstəsiyəm. Mən ki heç nə istəmirəm. Heç olmasa bunu mənə çox görməyin. Mən istəmək isteyirəm.....

Duyğularim...

EY HƏYAT,ÖLÜMƏ ŞÜKR ET!SƏNI SEVMƏYİMİN SƏBƏBİ ODUR...


Geri dön

Narka E-ZaDe

  • 24 avqust 2011 13:19
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
EY HƏYAT,ÖLÜMƏ ŞÜKR ET!SƏNI SEVMƏYİMİN SƏBƏBİ ODUR...


EY HƏYAT,ÖLÜMƏ ŞÜKR ET!SƏNI SEVMƏYİMİN SƏBƏBİ ODUR...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 41
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}