Min bir dərdin dərmanı: çaylar hansı xəstəliklərin əlacıdır?

 
Min bir dərdin dərmanı: çaylar hansı xəstəliklərin əlacıdır?


Üzdəki, ayaqdakı, dəridəki problemləri çaylarla həll etmək olar...

Çayın ziyanı varmı?

İnsanın gündəlik qidalanmasının əsasını təşkil edən iki əsas ərzaq məhsulu var: çörək və çay. Hətta pəhriz saxlayan insanlar çörəyi gündəlik rasionlarından çıxarsalar da, çayı hər kəs içir və orqanizmin qidalanmasında çayın öz xüsusi yeri var. Milli.Az xəbər portalı çayın faydası haqqında lazımlı bilgiləri diqqətinizə çatdırır.

Bəzən insanlara səhhətlərində yaranan problemlər və yoluxduqları xəstəliklərə görə müəyyən qidalar qadağan edilir. Amma çay heç bir xəstəliyə görə qadağan edilmir və hətta bəzi xəstəliklərdən əziyyət çəkən pasiyentlərə çaydan daha çox istifadə etmələri məsləhət görülür. Çünki, çay həm də bir çox xeyirli xüsusiyyətlərə malikdir.

Çayın faydası nələrdir?

Çayın tərkibində faydalı minerallar və C vitamini var. Çay içmək ürək-damar sisteminə çox xeyirlidir və mədə xərçənginin qarşısını alır. Tərkibində olan flerit maddəsi dişləri çürüməyə qoymur və dişlərin kökünü möhkəmləndirir. Çay işmək həm də həzm prosesini rahatlaşdırır. Məhz bu xüsusiyyətlərinə görə ilk dəfə çay şəfaverici sayıldığı üçün dərman kimi içilib. Amma zaman keçdikcə çay xoş ətir və dad verdiyi üçün gündəlik olaraq içilməyə başlanıb.

İlk dəfə çinlilər, sonra isə yaponlar çay içmək mərasimini öz dini adət- ənənələrinə çeviriblər. Bu gün dünya üzrə milyonlarla insan üçün çay içmək gündəlik normaya çevrilsə də çinlilər və yaponlar üçün çay içmək xüsusi bir məna kəsb edir.

Ölkəmizdə çayın ən çox qara və yaşıl növləri içilir, ümumilikdə isə çayın 1500-dən çox növü var. Dünyada çayın əsasən, 10-a yaxın növü daha çox içilir.

Ağ çay

Ağ çay əsasən sağlamlıq məqsədilə içilən çay növlərindən biridir. Çünki ağ çay növünün tərkibində başqa çaylara nisbətən daha çox xeyirli maddələr var. Bu çay növü yarpaqları açılmamış, tumurcuq olan zaman yığılır. Üz dərisinə çox xeyirlidir və mikrobları məhv edir. Bahalılığına görə çay növləri arasında ikinci yerdədir.

Təbii çay

İlk təbii çay (fabrikdə cilalanmamış) istehsal etmək fikri 1980-ci illərdə formalaşıb. İlk istehsal isə 1986-cı ildə Şri-Lankada həyata keçib. Dünya bazarına 1990-cı illərdə çıxarılan təbii çaya tələbat çox böyük olub. Satışa çıxarılan təbii çaylar dayanmadan satılır, istehsal tələbatını daha da artırır, qara və başqa növ çayların satışına mane olurdu. Bu səbəbdən də sırf təbii çayın istehsalının azaldılmasına qərar verildi və hal hazırda təbii çay növü dünya üzrə istehsal olunan çayların 1%-ni təşkil edir. Təbii çay istər sinir sisteminin, istər ürək-damar sisteminin, istərsə də mədə bağırsaq sistemi xəstəliklərinin müalicəsinə çox xeyirlidir, bir sözlə, min bir dərdin dərmanıdır.

Buzlu çay (İce tea)

Buzlu çayların hazırlanmasında istifadə olunan çay növü İnsial adlanır. Bu çay növü insanlar arasında soyuq içilən çay kimi 1900-cü illərdən tanınırdı, amma satış üçün istehsalına isə 1940-cı illərdən başlanıb. Tünd sarı rəngdə olan və buzlu çay adı ilə tanınan çayın artıq limonlu, armudlu, ballı və yaşıl çaylı növləri satışda ən çox satılan buzlu çay növləridir. Bu növ çay ürək döyünməsinin qarşısını alır.

Puerh çay

İstehsal olunduqdan bir neçə müddət sonra istifadəsi məsləhət görülən və digər çay növlərinə qətiyyən oxşamayan Puerh çay bir neçə il saxlanıldıqdan sonra içilir. Hal-hazırda çay satış bazarında bir çox saxta Puerh çayları satılır və təbii Puerh tapmaq çox çətindir. Amma 10-50 il saxlanılmış puerhləri də satışdan əldə etmək mümkündür. İllərlə saxlanmış təbii puerhlərin qiyməti isə qramı 1000 dollardan başlanır. Bu növ çaylar əsasən, Vyetnam və Seylonda yetişdirilir. Puerh insanın əsəblərini sakitləşdirir.

Qara çay

Qara çayın istehsalının təmizlənmək, soldurmaq, oksidləşdirmək, qurutmaq və qablaşdırmaqdan ibarət 5 əsas proses var. Qara çay özünəməxsus görünüş, rəng və ətirdə olmalı, kənar ətri xatırlatmamalıdır. Qara çaylar əsasən yarpağının ölçüsü və ətrinin intensivliyi nəzərə alınaraq müəyyən siniflərə bölünərək satılır. Bu növ çay beyin hüceyrələrinin aktivləşdirilməsinə və mədə-bağırsaq sisteminə çox xeyirlidir.

Qırmızı çay

Qırmızı çaylar əsasən, Çində sadə, şirin, tüstüyə verilmiş, ədviyyat qatqılı şəkillərdə istehsal olunur. Bu çayın istehsalı klassik qara çay istehsal olunması texnikası ilə eynidir. Amma sonuncu mərhələdəki qurutma yarpaqların qovrulması ilə əvəz olunur. Dəmləndikdə isə qan rəngi təsuratını yaradır və bu növ çaylar baş ağrılarına çox xeyirlidir.

Yaşıl çay

Yaşıl çay quru çayın ən xeyirli növlərdən biridir. Yaşıl çay əsasən iki cür, Yapon və Çin istehsal texnologiyasına əsasında hazırlanır. Digər çay növlərindən fərqli olaraq yaşıl çayı saxtalaşdırmaq daha çətindir. Yaşıl çayı başqa çay növlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri də uzun müddət saxlanıla bilməsidir. Çünki, yaşıl çayın tərkibi onun rənginin, ətrinin və tərkibindəki xeyirli maddələrin itirilməsinin qarşısını alır. Yaşıl çayın yetişdirilməsi və satış üçün hazırlanması da digər çaylara nisbətən daha asandır. Tərkibində bir çox xeyirli minerallarla yanaşı fosfor, yod, kalsium və bir sıra vitaminlər də var. Tərkibindəki antioksidant maddələri xərçəngin istənilən növünün yaranmasının qarşısını alır. Orqanizmi kökəlməyə qoymur və arıqladır. Bakteriyaları və mikrobları öldürür, orqanları daxilən təmizləyir, radiasiyaya düşməkdən qoruyur, beyin hüceyrələrini aktivləşdirir.

Saxta çayıları necə tanımalı?

Hal hazırda çay bazarında təmiz, qatqısız və təbii çay tapmaq çox çətinləşib. Bəzi üzdəniraq işnazlar saman çöplərini çay ölçüsündə doğrayıb, çay rənginə boyayıb təbii məhsula qataraq satışa buraxırlar və bununla daha çox gəlir əldə etmiş olurlar. Təbii çayın 100 qramının 60 qəpiyə satılması nə dərəcədə realdır? Nəzərə alsaq ki, həmin çay paketlərinin üstündə “birinci növ çay” yazısı yazılır, artıq bu cümləni yazmaqla istehsal etdiyi məhsulun insanlarda şübhə doğurduğunu həmin şirkətlər özləri etiraf etmiş olurlar.

Rənglənmiş saman çöplərinin orqanizmə ziyanı haqqında yazmağa isə ehtiyac yoxdur. Çünki, həmin o çöpləri istehsal edən şirkətlər də, aldanaraq o çayları içən istehlakçılar da bu haqda xəbərdardır.

Paket çaylar bizə nə verir?

Bundan əlavə, paket çay adı altında satışa buraxılan kompaktlığı ilə rahatlıq yaradan çayların da insan orqanizminə ziyanı heç də az deyil. Nəzərə alsaq ki, əsl çayın dəmini verməsi üçün ən azı 15 dəqiqə vaxt lazımdır və suya daxil olan kimi rəngini suya buraxan çay adı ilə marketdən aldığımız paket çaylar sadəcə rəngdən başqa bir şey deyil, onda suda həll olaraq orqanizmimizə daxil olan bu kimyəvi maddələrin hansı fəsadlar törətməsi haqqında düşünməyə dəyər. Özü də paket çayların orqanizmə ziyanı saxta çaylara nisbətən ikiqat çoxdur. Çünki, paketlənmiş birdəfəlik çayların tərkibindəki saxta çaylarla yanaşı, müəyyən zərərli maddələr də orqanizm üçün çox ziyanlıdır.

Bəzi istehsalçılar paket çay istehsalında daha az maddi vəsait xərcləmək məqsədilə, ləvazimatların seçimində keyfiyyətli deyil, sintetik materiallara üstünlük verirlər. Nəticədə paket çay içdiyimiz zaman rənglənmiş saman çöpləri və çayın sintetik örtüyü də orqanizmimizi zəhərləmiş olur.

Çaylar hansı xəstəliklərin dərmanıdır?

Çay içkisi ilə yanaşı, çay bitkisinin özü də orqanizm üçün çox faydalıdır. Keçmişdə təbabətdə loğmanlar çay bitkisindən şəfa vermək məqsədilə çox geniş istifadə edirdilər. Bu günün özündə də çay bitkisindən yararlanmaq olar. Belə ki, boğaz ağrısı zamanı tünd çay dəmi çox xeyirlidir. Qırmız çayı yaxşıca dəmləyin və ilıq dəm ilə boğazınızı qarqara edin. Bu, mikrobları öldürür və ağrıları yüngülləşdirir.

Yağlı dəriyə də çayın çox xeyri var. Dəriniz yağlıdırsa, yuyunduqdan sonra bədəninizi balzam əvəzi iliq çay ilə yaxalayın. Bu proseduru 4-5 dəfə təkrar etdikdən sonra yağlı dəri normallaşır və dəriyə xüsusi təravət və canlıllıq verir.
Makiyajdan zədələnmiş dəriləri də ilıq çay ilə silmək məsləhətdir.

Ayaqdan iy gəlirsə bu problemin də həlli çayla aradan qalxır. İlıq çay ilə dolu vannaya ayaqlarınızı qoyun və hər gün axşam yatmamışdan 10 dəqiqə əvvəl vanna edin. 10 gün ərzində çay vannası qəbul edəndən sonra ayaqdan gələn iy təmamilə kəsiləcək.

Əksər gənclər üzlərində çıxan sızanaqlardan şikayət edirlər, amma çoxları bilmir ki, bunun da dərmanı çaydır. Yaşıl çayı dəmləyin və pambığı çaya batırıb sızanağın üstünə qoyun, 10-15 dəqiqə saxlayın. Tezliklə xeyrini görəcəksiniz.

Çay min bir dərdin dərmanı, susuzluğu kəsən, rahatlıq verən ən sevimli içkidir. Çaya təlabat zamanı keyfiyyətli çaylardan istifadə etməyə çalışın ki, min bir dərdin dərmanı bədəninizdə yeni bir dərd yaratmasın.


Geri dön

RoMaNTiK SerSeRi

  • 12 fevral 2012 15:18
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN.....MARAQLDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

NELLY19

  • 2 avqust 2011 17:55
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
TWK MARAQLI MELUMATA GORE...

::..ONSLAUGHT::..

  • 3 aprel 2011 21:35
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
cox maraqli melumatlardi

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 29 mart 2011 18:24
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox maraqli melumatlardi

Filiz

  • 27 mart 2011 13:50
  • Məqalə: 0
  • Şərh: 103
  • Bal:
{awards}
maraqlidi tewekkur bele faydali xebere gore cox sagol wink

Lexikon

  • 27 mart 2011 00:27
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
melumat ucun tewekur

YuMoS

  • 26 mart 2011 15:06
  • Məqalə: 5
  • Şərh: 26
  • Bal:
{awards}
Cayla aram yoxdu

--------------------
Benim Sevdam Bir Masal,Bu Masalin YuMoS-uyum Ben..!

Gunel_1993

  • 26 mart 2011 14:51
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
tsk xebere gore

--------------------
himmmmmm

kristal

  • 26 mart 2011 14:48
  • Məqalə: 0
  • Şərh: 474
  • Bal:
{awards}
ice tea-yeri var

heyasiz204

  • 26 mart 2011 14:09
  • Məqalə: 27
  • Şərh: 1200
  • Bal:
{awards}
tewekkur wink

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir

leylam

  • 26 mart 2011 13:51
  • Məqalə: 3
  • Şərh: 375
  • Bal:
{awards}
COX MARAQLIDI TWK MENDEN COX CAY ICEN YOXDU BELKEDE OZDE QIP QIRMIZI

--------------------
istersen mende unudum varliqimi???
SENE GORE !!!!!!!!!!

Asya

  • 26 mart 2011 13:41
  • Məqalə: 0
  • Şərh: 49
  • Bal:
{awards}
Teshekkürler dosi.Maraqlı xeberdi

justin bieber

  • 26 mart 2011 13:05
  • Məqalə: 46
  • Şərh: 415
  • Bal:
{awards}
oxumaga sebrim catmadi .amma yene de tesekkur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 57
Cəmi: 78

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 478
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}