Məşhur qəzalar

 
Məşhur qəzalar

Kimin - istər məşhurun, istər adi insanın sükan arxasında və ya təkər altında olmasının maşın üçün heç bir fərqi yoxdur. Amma avtomobil qəzasında həlak olan məşhur faciəni maraqlı və qəddar süjetə çevirir.

1927-ci il Bugatti
Məşhur rəqqasə Aysedora Dunkan sevgilisi, şair Sergey Yesenindən 2 il çox yaşadı. Onu şərflərə və açıq avtomobillərdə gəzinti ehtirası məhv etdi. Nitsada çıxışından sonra o, dəniz kənarında maşınla gəzintiyə çıxır. Boğazına güllü uzun şərf dolayan balerina ikinəfərlik yarış Bugattiyə oturub əlini sallayaraq deyir: "Əlvida, dostlar! Mən şöhrətə gedirəm". Sonra baş verənləri Aysedoranın rəfiqəsi, yazıçı Meri Desti belə xatırlayır: "Maşın yavaş-yavaş hərəkət edəndə hiss etdim ki, şərfinin saçaqları yerlə sürünür. Birdən maşın dayandı, mən Aysedoranın yanına qaçdım, gördüm ki, o, iki saniyə əvvəl oturduğu yerdədir, amma gözəl başı kənara sallanıb". Nə baş vermişdi? Dunkan avtomobilə əyləşəndə şərfini çiynindən arxaya atır və saçaqlar arxa təkərin altına keçir. Qabaqda oturan sürücü bunu görə bilmir, ona görə hərəkəti davam etdirirdi. İki dönüşdən sonra Aysedoranın boynu sınmışdı. Destinin dediyinə görə, Aysedora bir saniyə olsun belə ağrı hiss etməmişdi.Üç gündən sonra balerinanı Parisin Per-Leşaz qəbiristanlığında dəfn edirlər.

Nüans: Ölmüş Aysedoranın boğazından şərfi açanda avaralar şərfin qalıqlarını suvenir kimi cırmışdılar.


1949-cu il Ford
"Küləklə sovrulanlar" əsərinin müəllifi Marqaret Mitçell avtomobil qəzasına tez-tez düşürdü, amma sükan arxasında olaraq başqa avtomobilin təkərləri altında həlak olub. 1949-cu il avqustun 11-də həyat yoldaşı ilə teatra yollanır. Ər-arvad gəzməyə qərar verirlər. Hava isti idi, onlar gəzərək söhbət edirdilər. Birdən qarşılarına bir taksi çıxır. Taksi səkiyə çıxaraq sürətlə yazıçıya çırpılır. Əri Con Marş kənara tullanmağa macal tapır. Marqareti xəstəxanaya aparırlar. Həkimlər beş gün onun həyatı uğrunda mübarizə aparırlar. Avqustun 16-da yazıçı dünyasını dəyişir. Onu öldürən sürücü isə sərxoş vəziyyətdə idi.

Həyat yoldaşını dəfn etdikdən bir neçə gün sonra Marş Marqaretin bütün kağızlarını, müxbirlərinin orijinal və nüsxəsi çıxarılmış məktublarını yandırdı. Niyə? Marş iddia edirdi ki, Marqaret vəsiyyətnaməsində belə yazıb. Amma sonradan məlum oldu ki, yazıçı bu barədə heç nə yazmamışdı.


1955-ci il Porsche 550 Spider
Kaliforniya, sentyabrın 30-u, cümə günü. 24 yaşlı aktyor Ceyms Din Porsche 550 Spider yarış avtomobili sürür. Sahibi yeni avtomobilinə "Balaca yaramaz" adı qoyub. Ceymsin yanında dostu əyləşmişdi, arxada isə dostlarının gəldiyi treyler var idi. Kompaniya Dinin yarışmaya qatılacağı Salinasa yollanır. Ceyms sürəti artırır, onu polis saxlayaraq cərimələyir və deyir: "Ağıllan, yoxsa Salinasa sağ çıxa bilməzsən". Üstündən yarım saat keçir. Trass tamamilə boşdur. Din sürəti saatda 150 kilometrədək artırır. Birdən qabağına sanki yerin altından bir qara maşın çıxır. "O, dönməlidir! Axı bizi görür", - deyə Din qışqırır. Üz-üzə gələn maşınlar toqquşur və "Porşe" qarmon kimi yığılır. Dostu kəllə sümüyünün sınığı zədəsini alır, Din isə həlak olur. O biri maşında olan tələbə isə "Porşe"ni görmədiyini söyləyir.

Nüans: Ölümündən bir həftə sonra Dinin uçurum kənarında maşın yarışı səhnəsini canlandırdığı sonuncu "Səbəbsiz qiyamçı" filminin premyerası olur.

1982-ci il Land Rover


14 sentyabrda Monako şahzadəsi, knyaginyası, Hollivudun eks-ulduzu Qreys Kelli dünyasını dəyişir. O ərəfədə Qreys qızı Stefaniyanı avtomobildə şəxsən Parisə aparmağı qərarlaşdırır. Şahzadə qızının modelyer olmaq istəyinə qarşı çıxırdı və yolüstü onunla bir daha bu barədə danışmaq istəyirdi. Şahzadə səhərdən onu əldən salan kəskin başağrısına baxmayaraq, sürücünün xidmətindən imtina edir. Maşında ana-qız münasibətlərini müzakirə edərkən şahzadə əsəbiləşir və qışqıraraq "Özümü pis hiss edirəm! Heç nə görmürəm!" - deyir. Qorxu içində Stefaniya rulu ələ keçirməyə çalışsa da, alınmır, çünki o, arxa oturacaqda oturmuşdu. Land Rover idarəni itirərək 45 metr aşağı - dərəyə yuvarlanır. Qızı sınıqlara, şok vəziyyətinə baxmayaraq maşından çıxa bilir. Təcili yardım gələn kimi şahzadəni süni nəfəs aparatına qoşurlar, amma sentyabrın 13-dən 14-ə keçən gecə beyni fəaliyyətini dayandırır, yaxınları Qreysi aparatdan ayırmaq qərarına gəlirlər.

Nüans: Qreys Kelli çox mövhumatçı idi. Bir dəfə görücü demişdi ki, onu avtomobil qəzasında ölüm gözləyir. Qreys deyirdi: "Bilirəm ki, avtoqəzada öləcəyəm".

1997-ci il Mercedes-Benz
Avqustun 31-i, Paris, Şahzadə Diana və nişanlısı Dodi əl Fayed kirayələdikləri "Mersedes"ə oturaraq sahil kənarı ilə yola düşürlər. Onları motosikllərdə paparassilər təqib edir. Avtomobil saatda 200 kilometrlə gedərək Alma tunelinə daxil olur. Sürücü Anri Pol dirəyə dəyir. Zərbədən sürücü və Dodi yerindəcə dünyasını dəyişir. Sağ qalanları xəstəxanaya aparırlar. Yolda şahzadənin ürəyi 4 dəfə dayanır, səhər 4-də o, dünyasını dəyişir. Cangüdəndə yaddaş pozğunluğu olduğundan o, nə isə danışmaqdan imtina edir. Sürücünün qan analizi göstərir ki, alkoqolun miqdarı normadan 3 dəfə çox olub. Amma onun yaxınları iddia edirlər ki, Anri Pol ümumiyyətlə, spirtli içki qəbul etmirdi.

Nüans: Ölümünə 2 gün qalmış Diana şahzadə Qreysin qəbrini ziyarət edir və niyyət tutur. Hansı? Heç kim bilmir.


2004-cü il Cadillac
Yanvarın 23-də məşhur fotoqraf Helmut Nyuton həlak olub. Günorta o, qaldığı oteldən çıxaraq idman avtomobilinə oturub yüksək sürətlə Sanset-bulvara tərəf yola düşür. Maşın qəflətən evlərdən birinə girir. Xoşbəxtlikdən sakinlərdən heç kim zərər görmür. Təcili yardım hadisə yerinə 10 dəqiqə sonra gəlir, Nyuton hələ sağ olur, onu operativ olaraq xəstəxanaya çatdırırlar. Amma heç nə edə bilmirlər. Qəzaya səbəb özündəngetmə və ya ürəktutması ola bilərdi, axı Helmut Nyutonun 83 yaşı vardı.

Nüans: Ölümünə az qalmış Nyuton belə deyirdi: "Mən qadın bədənindən yorulmuşam, indi məni daha çox maşınlar cəlb edir".


Geri dön

::..ONSLAUGHT::..

  • 10 aprel 2011 23:16
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
tesekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 30 mart 2011 12:42
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkurler

Lexikon

  • 27 mart 2011 00:20
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
maraqlidi tewekurler

_RONALDO_

  • 26 mart 2011 23:19
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Bunlari hamimiz bilirik de. Yene de teshekkur

--------------------

фея

  • 26 mart 2011 23:18
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
cox saqoli tukurpedici xeber oldu

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

sevgi yalandir

  • 26 mart 2011 19:36
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
hm tewekkurler maraqli didi

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

ZEHRA

  • 26 mart 2011 18:18
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
Maraqlidir

Cant_Breathe

  • 26 mart 2011 17:23
  • Məqalə: 64
  • Şərh: 1394
  • Bal:
{awards}
Maraqlidir

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..

N_A_T_A_

  • 26 mart 2011 17:06
  • Məqalə: 0
  • Şərh: 380
  • Bal:
{awards}
tewekkurler

MuslimGirl

  • 26 mart 2011 16:33
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Allah hamimizi qezadan qorusun! Amin! Dosi, sevimli xeberim etdim. Inshallah, oxuyacam. Tesekkurler

YazYamuru

  • 26 mart 2011 16:23
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
feel HMMMMM SAĞOL MARAQLI XƏBƏRDİ smile

--------------------



İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 23
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}